Mühazirə materialları Bakı 2019 Mövzu 1



Yüklə 0,73 Mb.
səhifə95/98
tarix09.05.2022
ölçüsü0,73 Mb.
#56913
növüMühazirə
1   ...   90   91   92   93   94   95   96   97   98
LM muhazire materiallari

Layihənin həyati dövrü – layihənin vaxtında, müxtəlif situasiyalarda reallaşdırılması modelidir. Layihənin həyati dövrü – layihənin ardıcıl mərhələləri, məbləği və tərkibi, layihənin ehtiyacları,layihənin icrasına cəlb olunmuş təşkilatlar, layihə iştirakçıları ilə müəyyən olunur.

Əsas komanda üzvü – əsas komanda üzvü layihə menecerinin rəhbərliyi altında fəaliyyət göstərir, layihənin əsas icraçısı hesab olunur.

Komanda üzvü – layihə çərçivəsində müəyyən tapşırıqları, işləri həyata keçirirlər. Məsələn, İT mütəxəssisi, mühasib və s.

Müştəri – layihənin nəticəsindən faydalanan (zərər görən), son məhsulundan istifadə edən şəxslərdir. Qeyd edək ki, layihənin nəticəsi və ya məhsulu müştəriləri qane etməzsə, həmin layihə uğurlu sayıla bilməz.

Təchizatçı – layihəni lazım olan materiallarla, məhsul və xidmətlərlə təmin edir.

Steykholder – layihədə marağı olan digər şəxslərdir. Buraya kredit təşkilatları, dövlət institutları, səhmdarlar və s. aid ola bilər. Benefisiar - Layihədən/proqramdan və yaxud hər hansı bir fəaliyyətdən faydalanan şəxs və\və ya bir qrup şəxs Effektivlik/Effektlilik (nəticə baxımından) - Layihənin icrası nəticəsində arzu olunan dəyişikliklərə və məqsədlərə nə dərəcədə nail olunduğunu göstərir.

Səmərəlilik - Qarşıya qoyulmuş məqsədlərə resurslardan nə dərəcədə minimum istifadə etməklə nail olunduğunu göstərir. Layihənin icrası üçün resurslardan necə istifadə edildiyini ifadə edir.

Dəyərləndirmə / Qiymətləndirmə - Fəaliyyətin (prosesin) münasibliyi (aktuallığı), gedişatı, səmərəliliyi, effektivliyi və təsirinin sistemli dəyərləndirilməsi

Məntiqi çərçivə ‐ kompleks layihələrin cədvəl formasında aydın və anlaşıqlı mənimsənilməsinə şərait yaradan proqram\layihənin tərtibi və təkmilləşdirilməsi metodu

Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin