Mühazirə materialları Bakı 2019 Mövzu 1



Yüklə 0,73 Mb.
səhifə74/98
tarix09.05.2022
ölçüsü0,73 Mb.
#56913
növüMühazirə
1   ...   70   71   72   73   74   75   76   77   ...   98
LM muhazire materiallari

İdarəetm

ə üslubu

Nəticə

Şəxi maraqlar

Münasibətlər

Gücləndirmə

Qələbə-

Məğlubiyy



Yüksək

Aşağı

Zəiflətmə

Güzəşt-

Məğlubiyy



Aşağı

Yüksək

Qayğı

Məğlubiyyə

t- Qayğı


Yüksək

Aşağı

Kompromis

kompromis

Orta

Orta

Problemi

n həlli


İnteqrasiya

Yüksək

Yüksək

Bu tədqiqatlardan aydın olur ki, münaqişələrin həlli üçün yalnız bu metod mövcud deyildir. Yaranan vəziyyətdən asılı olaraq, layihə meneceri münaqişələrin idarə edilməsinin müxtəlif metodlarından istifadə edilməsi imkanına malik olmalıdır. Zəiflətmə metodu hadisənin inkişafını ləngidir, buna görə də o, lazım olduğu təqdirdə tətbiq edilir. Qayğı metodu uzunmüddətli strategiya ola bilməz. Kompromis metodu isə layihə meneceri nəyəsə güzəştə getdiyi halda aparılan danışıqlarda tətbiq edilir. Gücləndirmə metodu tərəflərin biri qalib gəlib, digəri isə məğlub olduqda tətbiq edilir. Bu metoddan layihənin daxilində, layihə menecerinin səlahiyyətləri kifayət qədər yüksək olduqda istifadə edilir. Tariflərin xeyli dərəcədə yüksək olduğu və əlavə alternativin olmadığı şəraitdə gücləndirmə metodu tətbiq edilir. Problemin həlli bütün modelləri özündə birləşdirə bilər və kifayət qədər vaxtın olduğu, habelə münaqişəyə girən tərəflər arasında etibarın hökm sürdüyü şəraitdə ən yaxşı metod

kimi tətbiq edilməlidir. Bu metodlardan istifadə etmək üçün layihə menecerinin əlində müvafiq hakimiyyət olmalıdır.

Əlbəttə, layihə iştirakçıları qeyri-normal halları aradan götürərkən müəyyən təsirə məruz qalarsa layihə meneceri münaqişənin həllindən narahat olmaya bilər. Bu vəzifəni yerinə yetirmək

üçün rəhbərliyin müvafiq məqsədlərə, bütövlükdə layihəyə münasibətə və onun iştirakçılarına qiymət verməsi tələb olunur. Layihə komandasının iştirakçılarının təhsil səviyyəsi müxtəlif olduğu üçün layihə mencerindən adi funksional təşkilatçıdan fərqli olaraq rəhbər kimi fəal olmaq tələb edilir. Layihə meneceri layihədən irəli gələn məqsədlərin yerinə yetirilməsinə görə məsuliyyət daşıyır.

Münaqişənin dağıdıcı gücünü azaldan və layihə menecerinin layihə iştirakçılarına təsir imkanlarını artıran iki müxtəlif faktorlar: etibar etmək və açıq ünsiyyət faktorları mövuddur.

Ümumiyyətlə, dağıdıcı gücə malik münaqişələri aradan götürməyə imkan yaradan səkkiz faktor mövcuddur:



  • münaqişələrin aydın şəkildə açıqlanması;

  • lazımsız münaqişələrdən qaça bilmək bacarığı;

  • digər şəxsləri dinləmək qabiliyyəti;

  • sərt bəyanatlardan yan keçə bilmək bacarığı;

  • bütün maraqlı tərəflərin cəlb edilməsi;

  • tərəflərin mənafelərinin uyğunlaşdırılması;

  • subyektiv fikrin ifadə edilməməsi;

  • kompromisə nail olmaq və yekdil qərar qəbul edə bilmək qabiliyyəti.

İş prosesində etimadın mövcudluğu açıq və səmimi münasibətə şərait yaradır, bu xasiyyət layihə meneceri tərəfindən layihənin ilk anından inkişaf etdirilməlidir. Etimad daha çox işləyənlərin təmin edilməsinə və bu işə stimul verilməsinə təsir göstərir. Etimadın mövcudluğu münaqişənin böyüyərək inkişaf etməsinin qarşısını alır. Eyni zamanda ünsiyyət möhkəm və səmərəli olamlıdır. Sədaqət, aydın göstərişlər, lazımi şəkildə irəli sürülmüş məqsədlər və etibarın yüksək səviyyəsi də öz növbəsində tərəflər arasındakı ünsiyyətin səmərəlilik şərtlərindən biridir.

Beləliklə, münaqişələr əsas etibarilə insanın təbiətinə xas olan müasir cəmiyyətin mürəkkəbliyinin artıb inkişaf etməsi səbəbindən bütün təşkilatlar üçün səciyyəvidir. Cəmiyyət mürəkkəbləşdikcə, klassik ənənəvi strukturların əhəmiyyəti azalır. Müasir işgüzar və digər dairələrə daha çox layihə və matris təşkilatları uyğun gəlir. Bu yeni təşkilatlara münaqişələrlə nəticələnən sürətli dəyişikliklər xasdır. Bu, daha çox layihə iştirakçıları üçün mövcud olan layihə mühitində özünü qabarıq şəkildə göstərir. Layihənin uğur qazanmasına görə məsuliyyət daşıyan layihə meneceri münaqişələrlə işləyə bilməlidir. Layihələrin idarə edilməsi faktiki olaraq münaqişəli vəziyyətdə proseslərin idarə edilməsi ilə bağlı bir elmi istiqamətdir.





Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin