Mühazirə materialları Bakı 2019 Mövzu 1


MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ DÖVRİYYƏSİ



Yüklə 0,73 Mb.
səhifə77/98
tarix09.05.2022
ölçüsü0,73 Mb.
#56913
növüMühazirə
1   ...   73   74   75   76   77   78   79   80   ...   98
LM muhazire materiallari

MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ DÖVRİYYƏSİ


Monitorinq və qiymətləndirmə dövriyyəsində dörd əsas mərhələ vardır:

Monitorinq və qiymətləndirmə dövriyyəsində



PLANLAMA əsas mərhələ hesab olunur. Bu

mərhələdə təşkilatlar aşağıdakı suallar ətrafında düşünməlidir:



    • Biz bunu nə üçün və kim üçün etmək istəyirik?

    • Biz nəyi yoxlayacaq və qiymətləndirəcəyik?

    • Biz bunu necə edəcəyik?

    • Bunu kim edəcək və bizim lazımi bacarıqlarımız varmı?

    • Biz bunu nə vaxt edəcəyik?

    • Kənar dəstək daxil olmaqla hansı resurslara ehtiyacımız olacaq?

    • Biz aldığımız məlumatla nə edəcəyik?


MONİTORİNQ hədəflərə nail olmaqla proqramın gedişatını izləmək və idarəetmə qərarlarına istiqamət vermək üçün məlumat toplama, təhlil və tətbiq etmə üzrə sistematik fəaliyyət prosesidir. Monitorinq adətən fəaliyyətlərin harada və nə zaman baş verməsi, kimlərin öhdəliyində olması və hansı sayda insan və ya müəssisə üçün fayda verməsi kimi proseslərə yönəlmiş əməliyyatdır.

Monitorinq proqram başladıqdan sonra aparılır və proqramın icra müddəti boyunca davam edir. Monitorinq dörd əsas məqsədi özündə birləşdirən layihə və proqramlar üzrə ardıcıl və müntəzəm məlumat toplusudur:



    • Gələcəkdə tətbiq və fəaliyyətləri yaxşılaşdırmaq üçün təcrübələri öyrənmək;

    • İstifadə olunan resursların və alınmış nəticələrin daxili və xarici hesabatlılığına nail

olmaq;


  • Təşəbbüsün gələcəyi barədə əsaslı qərar qəbul etmək;

  • Təşəbbüs üzrə faydalananların hüquq və imkanlarının genişləndirilməsini təşviq etmək.

Belə ki, monitorinq layihə, proqram, sektor və milli səviyyədə inkişaf tədbirləri üzrə daxili resurs, fəaliyyət,gözlənilən nəticə, nəticə və təsirlərin müntəzəm izlənməsini təcəssüm etdirir.
Daxili resurs/qoyuluş/input, fəaliyyət/activities, gözlənilən nəticə/məhsul/ilk nəticə/output, nəticə/outcome və təsir/impact kimi anlayışları aydınlaşdırsaq aşağıdakı qənaətə gələrik.



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin