Mühazirə materialları Bakı 2019 Mövzu 1


Gözlənilən nəticə/məhsul/ilk nəticə/Output



Yüklə 0,73 Mb.
səhifə79/98
tarix09.05.2022
ölçüsü0,73 Mb.
#56913
növüMühazirə
1   ...   75   76   77   78   79   80   81   82   ...   98
LM muhazire materiallari

Gözlənilən nəticə/məhsul/ilk nəticə/Output təslimat üçün hazırlanmış yekun məhsul və ya əmtəə və xidmətlərdir. Yəni, gözlənilən nəticələr "bizim nə istehsal və ya təslim etdiyimizdir". Bunlar layihə ilə əlaqəli nəticələrin ilkin səviyyəsidir. Başqa sözlə, onlar

adətən layihənin qısa müddətdə əldə etdikləridir. Məsələn, İİV və QİÇS layihəsində gözlənilən nəticələrə aiddir: icma səviyyəsində keçirilən maarifləndirmə görüşlərinin sayı, Antiretrovirus terapiyasına (ART) yönləndirilmiş İİV və QİÇS xəstəliyinə yoluxmuş şəxslərin sayı.

  1. Nəticə/Outcome dedikdə gözlənilən xüsusi nəticələri əldəetmənin nəticəsi olan xüsusi benefisiarlar üçün orta müddətli nəticə başa düşülür. Bunlar layihə ilə əlaqəli nəticələrin ikinci səviyyəsidir. Nəticə müəssisənin planında göstərilən strateji məqsəd və vəzifələrlə açıq şəkildə əlaqəli olmalıdır. Nəticə "bizim nəyə nail olmaq istədiyimiz"dir. Məsələn, təhlükəsiz su layihəsində "xlorlanmış içməli sudan istifadə edən ev təsərrüfatlarının sayının faiz göstəricisi" və ya "ishaldan əziyyət çəkən uşaqların sayının faiz göstəricisi".

  2. Təsir/Impact yoxsulluğun azaldılması, iş yerlərinin yaradılması və s. fəaliyyətlər istiqamətində gözlənilən uzunmüddətli (xüsusi) nəticələrə nailolma prosesidir. Yəni, bunlar layihə nəticələrinin üçüncü səviyyəsidir və layihənin uzunmüddətli sonluğu hesab olunur. Məsələn, yoxsulluq dərəcəsinin azalması, uşaq ölümü göstəricilərinin azalması.

Monitorinqin əsas nəticəsi kimi “Nəyi dəyişmək istədiyimizi və nəyə nail olmaq istədiyimizi” hansı resurslardan necə istifadə etməklə, hansı tədbirlər/fəaliyyətlər vasitəsilə, hansı xidməti göstərməklə və ya hansı məhsulu verməklə müəyyənləşdirməkdən ibarətdir.




QİYMƏTLƏNDİRMƏ tamamlanmış layihə və ya proqramı (və ya cari layihə və proqramın tamamlanmış mərhələsini) mümkün qədər sistematik və obyektiv şəkildə dəyərləndirir. Qiymətləndirmələr layihə və ya proqramın gələcəkdə yaxşılaşmasına gətirib çıxaracaq strateji qərarlardan xəbər verən bilgi və məlumatları ölçür.



Yüklə 0,73 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin