Mühazirə materialları Müəllim: t e. n. Salahov Rafiq Azad oğlu


İşçilərin kollektiv və fərdi mühafizə vasitələri



Yüklə 0,53 Mb.
səhifə19/26
tarix21.12.2022
ölçüsü0,53 Mb.
#76906
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   26
M hazir materiallar M llim t e. n. Salahov Rafiq Azad o lu (1)

İşçilərin kollektiv və fərdi mühafizə vasitələri
İşlədilmə tərzindən asılı olaraq mühafizə vasitələri iki qrupa bölünür:

  1. Kollektiv mühafizə vasitələri;

  2. Fərdi mühafizə vasitələri.


İki və ya daha çox işçini qorumaq üçün işlədilən vasitələr kollektiv mühafizə vasitələri adlanır və aşağıdakı tiplərə bölünür:
a) istehsalat otaqlarında və iş yerlərində hava mühitini normallaşdıran vasitələr;
b) istehsalat otaqları və iş yerlərinin işıqlanmasını normallaşdıran vasitələr;
c) səs-küy, titrəyiş və ultrasəsdən mühafizə vasitələri;
d) elektrik cərəyanı ilə zədələnmədən mühafizə vasitələri;
e) ətraf mühitin yüksək və alçaq temperaturlarından mühafizə vasitələri;
f) mexaniki amillərin təsirindən mühafizə vasitələri;
İşçilərin fərdi qorunması üçün işlədilən vasitələrə fərdi mühafizə vasitələri deyilir. Bu vasitələr istehsalat zərərini ləğv etmir, yalnız onların təsirindən işçiləri qoruyur.
İstehsalat şəraitində olduğu kimi praktik işlərin yerinə yetirilməsi ilə bağlı məşğələlərdə də şagird və tələbələr fərdi mühafizə vasitələrindən istifadə edirlər.

Təyinatına görə fərdi mühafizə vasitələri aşağıdakı növlərə bölünür:



  • insan bədəninin mühafizəsi üçün - xüsusi geyimlər, yəni kombinezonlar, pencəklər, şalvarlar, şalvar və gödəkcələr, sırıqlı şalvar və gödəkcələr.

  • əlin mühafizəsi üçün - xüsusi iş əlcəkləri, pastalar, kremlər;

  • ayaqların mühafizəsi üçün - ayaqqabılar, çəkmələr, valinkalar;

  • başın mühafizəsi üçün - ləçəklər, xüsusi quruluşlu baş geyimləri, kaskalar;

  • sifətin mühafizəsi üçün - maskalar, sipərlər, pastalar;

  • tənəffüs orqanlarının mühafizəsi üçün- toza qarşı respiratorlar, müxtəlif tipli əleyhqazlar, skafandrlar;

  • görmə orqanlarının mühafizəsi üçün müxtəlif tipli şüşə eynəklər, rəngsiz sınmayan şüşə, sifəti tamam örtən ekranlar;

  • eşitmə orqanlarının mühafizəsi üçün - antifonlar, baş geyimləri, qulaq tıxacları;

  • hündürlükdən yıxılmaqdan mühafizə üçün - qoruyucu kəmərlər, kəndirlər, sürüşməyən yumşaq ayaqqabılar, zəncirlər və s.;

  • titrəyişdən mühafizə üçün-məsaməli rezinlə örtülmüş əlcəklər, qalın altlıqlı ayaqqabılar, vibromeydançalar, amortizasiya kovrikləri;

  • elektrik cərəyanından mühafizə üçün-dielektrik rezin əlcəklər, qaloşlar, izoləedilmiş dəstəkli əl alətləri, izoləedilmiş ştanqlar, gərginlik indikatorları, rezin xalçalar və s.;

  • radioaktiv şüalanmadan mühafizə üçün - xüsusi qurğuşun və şüşə kostyumlar, xüsusi izoləedici ekranlar;


Sadalanan fərdi mühafizə vasitələri dərs və ya məşğələlər zamanı şagird və tələbələrə mövcud normativ tələblərə uyğun olaraq verilir.
Fərdi mühafizə vasitələr dövlət əmlakıdır, onu işçilərə pulsuz verirlər.

İş paltarı və digər fərdi mühafizə vasitələrinin verilməsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 222-ci maddəsinə və qüvvədə olan qanunvericilik normalarına müvafiq olaraq həyata keçirilir. Qanunvericilik normalarına əsasən əmək şəraiti zərərli və təhlükəli olan işlərdə, habelə xüsusi temperatur şəraitində görülən və ya çirklənmə ilə əlaqədar olan işlərdə müəyyən edilmiş norma ilə pulsuz iş paltarı, iş ayaqqabısı və digər digər fərdi mühafizə vasitələri verilir. İşəgötürən fərdi mühafizə vasitələrinin saxlanmasını, təmizlənməsini, yuyulmasını, qurudulmasını, dərmanlanmasını və təmir olunmasını əvəzsiz təşkil etməyə borcludur.




Yüklə 0,53 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin