Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008


Ədəbi dilin normaları onun bütün səviyyəsini əhatə edir: fonetik, leksik, qrammatik, orfoqrafik, orfoepik və üslub normaları



Yüklə 195,81 Kb.
səhifə11/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#126641
növüMühazirə
1   ...   7   8   9   10   11   12   13   14   ...   83
az dili

Ədəbi dilin normaları onun bütün səviyyəsini əhatə edir: fonetik, leksik, qrammatik, orfoqrafik, orfoepik və üslub normaları. Bu normalardan, xüsusilə dilin leksik vahidlərindən yerində, məqamında məqsədəuyğun istifadə edüdikdə mədəni nitqə nail olmaq mümkündür. Nitq fəaliyətində dil normalarının və məqsədəuyğunluq normasının ittifaqı nitqdə aşağıdakı üslubi keyfiyyətləri yaradır: düzgünlük, dəqiqlik, aydınlıq, məntiqük, ardıcıllıq, ifadəlilik, məqamlıq, ahəngdarlıq. Məhz bu keyfiyyətlərlə malik olmaqla dil öz funksiyasını (anlaşma, məlumat vermə və təsir göstərmək) lazımi səviyyədə, üslubu meyarlara uyğun şəkildə yerinə yetirə bilər.
1. Fonetik normalar. Ədəbi dilin səs sistemi də müəyyən normalar əsasında tənzimlənir. Səslərin sözlərdə müəyyən düzülüş forması və ünsıyyətdə məqbul sayılan fonetik dəyişmələrə uyğun variantları və ənənəvi deyiliş forması norma kimi qəbul olunur. Məsələn, dilimizin ahəng qanununa görə şəkilçilər sözlərin son hecasının ahənginə uyğun olaraq onlara qoşulurlar. Əgər binalar, anam, almaq, qəlmək kimi sözlərdə şəkilçilər binalər, anəm. almək, qəlmax kimi işlədilirsə, bu, fonetik normaya görə qüsur sayılır. Başqa bir misal: dilimizdə şəkilçi tərkibində e, o, ö saitiləri işlənmir. Yerli dialektdə sözlər aton, nənön, qəler, alacek kimi işlədilirsə, deməli, burada da fonetik norma pozulmuş olur. Azərbaycan dilinə məxsus sözlərdə vurğu, əsasən, sözün son hecası üzərinə düşür. Bəzilərinin danışığında sözlər o'xu, da'ha, ba'sla kimi ifadə olunur.
2. Leksik normalar. sözlərin incəlik, zəriflik, rəvanlıq cəhətdən daha geniş işlənməsi, mənasının asan dərk olunması və s. baxımından müəyyənləş-dirilməsi və ədəbi dilə gətirilməsinə xidmət edir. Bu normalara görə sözlərin ədəbi dildə işlənməsi aşağıdakı hallarda məqbul sayılmır:

  1. sözlərin yerli şivə və dialektlərdə işlənən və ümumiyyət tərifindən az anlaşılan variantları: məs: cəviz (qoz), sərək (ağılsız), soruq (döşək ağı), qəlbi (hündür), timo (zökəm) və s.

  2. köhnəlmiş, ünsiyyətə az işlənən sözlər. Bura tarixizmlər və arxaizmlər daxildir. Məsələn, çuxa, əba, xış, badya, kəndxuda, suç, cuvar (su cuvarı) və s.


  1. Yüklə 195,81 Kb.

    Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin