Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə10/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#126641
növüMühazirə
1   ...   6   7   8   9   10   11   12   13   ...   83
az dili

İşgüzar danışıqlar maraqlı tərəflərin ünsiyyəti prosesində razılaşdırılmış qərar qəbul edilməsinin əsas vasitəsidir.
İşgüzar müşavirə problemlərin mütəxəssislər qrupu tərəfindən kollektiv müzakirə üsuludur.
İşgüzar məktublaşma mətnin xüsusi üsulla ötürülməsi ilə əlaqədar müxtəlif məzmunlu sənədlərin ümumiləşdirilmiş adıdır.
İstənilən ünsiyyət üsulundan istifadə edərkən unutmamalıyıq ki, işgüzar ünsiyyət hər şeydən əvvəl əməkdaşlıq, qarşılıqlı məsləhətləşmə, rəy və təkliflərin, maraq və tələbatların nəzərə alınmasını, işgüzar etikaya, nəzakət qaydalarına ciddi surətdə əməl olunmasını nəzərdə tutur.


Ədəbiyyat siyahısı:
Əbdülhəsənli T., Hüseynova A. İşgüzar Azərbaycan dili. (dərs vəsaiti). Bakı,2006
Hüseynov S. Azərbaycan dili və nitq mədəniyyəti. Bakı,2009
Cəfərov V. Diplomatik etiket və nitq mədəniyyəti. Bakı, 2009
Həsənova S. Nitq mədəniyyəti və üslubiyyat ( dərslik) Bakı, 2005


Fakültə: Pedaqoji
İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Kurs: I
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Müəllim: Xuraman Hacizadə
Mövzu: Ədəbi dilin normaları
ƏDƏBİ DİL, ONUN NORMALARI

Nitq mədəniyyətinin nəzərı əsaslarından danışılarkən, adətən. ədəbi dilin normaları ön plana çıxır. Dildə (eləcə də nitqdə) norma tənzimləyici, nizamlayıcı funksiyanı yerinə yetirir. Bu normalar dildə nisbi sabitliyi yaradır. Ədəbi dilin normaları mütləq deyil, dəyişkəndir, müəyyən tarixi şəraitdən asılı olaraq bu və ya digər dərəcədə dəyişikliyə uğrayır. Bu hal dilin orfoqrafık və leksik normalarında daha çox özünü göstərir. Orfoqrafıya qaydalarında dəfələrlə edilən dəyişikliklər, onlarla sözün yeni qaydalara uyğun yazılması, eləcə də dilin lüğət tərkibində bir sıra sözlərin ünsiyyətdən çıxması, yeni sözlərin dilə gəlməsi halları bu dəyişikliyə, yeniləşməyə sübutdur.


Ədəbi dilin normaları kütləvi xarakterdədir. Yəni hamı tərəfindən anlaşılan, hamının dil ünsiyyəti üçün yararlıdır. Ədəbi dilin normalaşdırılması o deməkdir ki, onun lüğət tərkibi ümumxalq dilinin zəngin söz xəzinəsindən seçilir, ayrılır, sözlərin mənası və işlənmə məqamları, tələffüz tərzi və yazılış qaydası müəyyən prinsiplərə tabe edilir, sözdüzəltmə ümumi ənənəvi qaydada aparılır, ədəbi dil dialektlərə, loru dilə, jarqonlara qarşı qoyuiur. Məhz bu normaların sayəsində nitqin bütün şəraitndə - məişətdə, istehsalatda, ictimai-siyasi mühitdə, təhsildə və s. yerlərdə dil özünün müxtəlif ünsiyyət fəaliyyətini lazımi səviyyədə yerinə yetirə bilir.

Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin