KM-4 tipli magistiral koaksial kabel. Bu kabellər dörd KC-dən və ulduz şəkildə burulmuş beş simmetrik dördlükdən ibarətdir. KM-4 tipli KK-in en kəsiyi şəkil 3.9-da göstərilmişdir.
Hər bir KC diametri d=2,6 mm olan daxili və diametri D=9,5 mm olan xarici naqillərdən ibarətdir. Hər iki naqilin materialı misdəndir. Daxili və xarici naqillər bir-birindən qalınlığı 2,2 mm və 25 mmövcudən bir qoyulmuş polietilen şayba ilə izolə olunurlar.
KK-in konstruksiyasını hesablayan zaman ilk növbədə KC-ün xarici diametrini hesablamaq lazımdır. Bu aşağıdakı düsturla tapılır:
DKC= Ddax.+2·(t+tekr.+tiz.), mm (3.11)
burada Ddax.-xarici naqilin daxili diametridir, mm; t-xarici naqilin qalınlığıdır, mm; tek.-ekranın ümumi qalınlığıdır, mm; tiz-ekranın üstündən çəkilən izolyasiya təbəqəsinin qalınlığıdır, mm.
Simmetrik dördlüyün cərəyan keçirən nailinin materialı mis, diametri d=0,9 mm-dir. İzolyasiyası hava-kağız birləşməsindən və ya polietilendəndir.
KM-4 kabeli ilə xidmət olunmayan gücləndirici məntəqələr (XOlGM) arasındakı məsafə 6 km-dən bir olan iki K-1920 və XOlGM arasındakı məsafə 3 km olan iki K-3600 sistemləri təşkil etmək olar. Bundan başqa, İKM-480 və İKM-1920 RVS-ləri də tətbiq etmək mümkündür. AVS-lərindən K-1920 sıxlaşdırma aparaturası qoşulduqda tezlik diapazonu 8,5 MHs, K-3600 aparatı qoşulduqda isə 18 MHs təşkil edir. İKM-480 və İKM-1920 qoşulduqda isə uyğun olaraq 34 Mbit/san və 140 Mbit/san olacaqdır.
XOlGM-lər bir-birindən 120÷240 km məsafədə yerləşən XOGM-lərdən qidalanırlar. Aparat 48,4 dB-ə qədər gücləndirmə qabiliyyətinə malikdir. Rabitənin maksimal uzaqlığı 12500 km-dir.
KMA-4 və KME-4 tipli KK-lər KM-4 tipli kabellərdən yalnız alüminium örtüyünə görə fərqlənirlər. KMA-4 kabeli, qalınlığı 1,5 mm olan alüminium örtükdən ibarətdir. KME-4 kabeli ikiqat örtüyə malikdir. 1-ci təbəqə qalınlığı 1,0 mm olan alüminiumdan və 2-ci, bilavasitə onun üzərinə çəkilmiş, qalınlığı 1,3 mm olan qurğuşum təbəqədən ibarətdir. Bu kabellər yüksək ekranlaşma xassəsinə malikdir. Ona görə də atmosferdə elektrik boşalmaları güclü olan yerlərdə, yüksək gərginlik xətlərinə (YGX) və elektrikləşdirilmiş dəmir yollarına yaxın olan yerlərdə bu kabellərdən istifadə olunur. KMA-4 və KME-4 tipli kabellərin mühafizə olunma əmsalı 0,1÷0,14 arasında dəyişir.
Dostları ilə paylaş: |