Mövzu: Antiseptika və aseptikadesmurgiya, nəqliyyat immuobiliziyasi.
Vaxt: 80 dəqiqə
Məşğələnin
keçirilmə üsulu: Mühazirə
Məşğələnin planı:
1. Antiseptiyanın növləri
2. Aseptik üsulları
3. Aseptika və antiseptika tələblərinin gözlənilməsi
4. Desmurgiya haqqında anlayış
5. Sarğıların əhəmiyyəti
6. Sarğı qoyulmasının ümumi qydaları
7. Nəqliyyat immobilizasiyası
8. İmmobiliziyasiya vasitələri.
Antiseptika və Aseptika
Antiseptika və Aseptika ümumi cərrahlığın bir bəhsi olub, yaraların mikroblardan yoluxmasının qaeşısını almaq üçün yolların və mübarizə üsullarını öyrənir.
Antiseptika (yunanca anti- qarşı və sesis- çürümə deməkdir) dedikdə əvvələr (Lister) çürüməyə qarçı üsul, yəni yaraların mikroblardan müalicə üsulu nəzərdə tutulurdu. Antiseptika - yaranın özundə olan mikroorqnizmlərlə mübarizəyə, yaraların mikroblarla yoluxması nəticəsində orqanizmdə baş vermiş intoksiyasını aradan qaldırmağa və orqnizmin qoruyucu qüvvələrini artırmağa doğru yönəldilmiş bir sıra tədbirlər kompleksini birləşdirir.
Antiseptikanı dörd qrupa bölürlər: mexaniki, fiziki, kimyəvi və bioloji antiseptika.
Mexaniki Antiseptika sırf mexaniki yolla,yəni yaraların ilkin cərrahi işlənməsi vasitəsi ilə mikroorqanizmlərin kənar edilməsini nəzərdə tutur. Yaranı işlədikdə onun toxumalarını və dibini kəsərək, infeksiyalaşmış toxumaları kənar edirlər.
Fiziki Antiseptika yaranın daxilində olan mikroorqanizmlərin həyat fəaliyyəti üçün əlverişli şəraitin yaradılması, yaradan toxumaların parçalanması məhsulların və toksinlərin sorulması maksimum dərəcədə azaltmaq vəzifəsini qarşıya qoyur. Belə şərait havanın köməyi ilə yaranın qurudulması (yaraların açıq müalicəsi),sorucu sarğıların,hipertonik məhlullarla islanmış sarğıların tətbiq edilməsi sayəsində yaranır. Belə sarğılar toxumalarda osmotik təzyiqi dəyişərək, toxuma mayelərinin yaraya və sarğıya axmasına kömək edir.
Dostları ilə paylaş: |