Mühazirə Məşğələnin planı: Antiseptiyanın növləri Aseptik üsulları


Desmurgiya. Nəqliyyat immobilizasiyası



Yüklə 189 Kb.
səhifə7/13
tarix02.01.2022
ölçüsü189 Kb.
#43796
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   13
Desmurgiya23

Desmurgiya. Nəqliyyat immobilizasiyası

Desmurgiya sarğılar, yəni bədənin xəstə hissəsini istənilən vəziyyətdə saxlamaq və ya onu sarğı materialı ilə bağlamaq məqsədini daşıyan uyğunlaşma haqqında təlimdir. Sarğılar möhkəmləndirici (sarğı materialını saxlamaq üçün), sıxıcı(qanaxmanı saxlamaq üçün) və hərəkətsiz (təsbitedici) olur. Möhkəmləndirici sarğılar. Yara nahiyəsində sarğı materialını bərkitmək üçün qoyulur. Bu sarğılar ləçəkvari, sapandvari bintdən, yapışqanlı və plastırlı ola bilər. Bint sarğıları bədənin müəyyən hissəsində daimi təzyiq yaratmaq üçün işlədildikdə, məsələn, kiçik qanaxmalar və ya qansızmalar zamanı qoyulduqda ona təzyiqedici sarğı deyilir.

Hərəkətsiz vəya immobilizasiyaedici sarğılar. Ən çox sakitlik şəraiti yaratmaq üçün bədənin bir hissəsini hərəkətsiz vəziyyətdə saxlamaq məqsədi ilə tətbiq edilir. Belə sarğıları nəqliyyat sarğıları kimi,sümüklərin sınıqlarını,sümük oynaq vərəmin, bəzi kəskin iltihabı prosesləri müalicə etdikdə, sümüklərdə və oynaqlarada edilən operasiyalardan sonra işlədirlər. Sarğı bədənin bu və ya başqa hissəsinin vəziyyətini düzəltmək məqsədi ilə qoyulduqda ona düzəldici sarğı deyilir. Hərəkətsiz sarğılar şinli, nişastalı, yapışqanlı və ğipsli ola bilər.

Dartılmaqla qoyulan sarğılar sınıqları müalicə etdikdə, sümük və oynaqların bəzi başqa xəstəlikləri zamanı oynaqların cəng olmasında (kontrakturalar zamanı) və s. tətbiq edilir.

Ləçək sarğıları

Ləçək düzbucaqlı bərabəryanlı üçbucaq şəklində parçadır(kətan,bez daa yaxşıdır), bunun hipetonuzu 1-1,5-in bərabəridir. Ləçək sarğının ən köhnə formasıdır. Hazırda ləçək çox vaxt əlin, saidin, bazunun xəstəlikləri və zədələnmələrində, körpücük sümüyünSınıqlarında və s.-də əli asmaq üçün tətbiq edilir. Əli dirsəkdən düz bucağa qədər büküb, ləçəyi əlin altından elə keçirirlər ki,onun uzun uclarından biri(yuxarı) xəstə əl tərəfdən körpünün sümüyünün üstünə qoyurlar, ikinci ucu aşağı asılır, ləcəyin zirvəsi isə dirsəyin altından xaricə asılır, ləçəyin aşağı ucunu xəstə əlin önündən yuxarı büküb onu sağlam tərəfin çiyni üstündə arxada boyuna aparıb ləçəyin diğər ucu ilə bağlayırlar. Ləçəyin zirvəsi dirsəyin ətrafına dolayıb dirsəyin önündə sancaq ilə sarğıya bərkidirlər.

Sapandvari sarğılar. Orta hissəsindən bağqa hər iki ucu, boy uzunu istiqamətdə kəsilmiş, eyni lent şəklində tənzif və ya parçaya desmurgiyada sapand deyilir. Buruna, çənəyə, ənsəyə, təpəyə kiçik sarğılar qoymaq üçün sapand asan olur.

Bint sarğıları. Eni 5-dən 10-20 sm qədər olan lent şəklindı tənzif parçasına bint deyilir. Bintin enini bədənin hansı hissəsinə sarğı qoyulmasından asılı olaraq seçirlər. 5 sm enində ensiz bint barmaqları sarımaq üçün işlədilir. Orta enlikdə (7-9 sm) bintlər saidi, çiyni, baldırı və başı sarımaq üçün tətbiq edilir.Enli bintlərdə (9-18) buda və gövdəyə sarğı qoymaq rahat olur.


Yüklə 189 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin