MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə157/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   153   154   155   156   157   158   159   160   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

22.5. Asimmetrik informasiya
Həm istehsalçılar, həm də istehlakçılar üçün informasiya bazarda uğurla fəaliyyət göstərməyin zəruri şərtidir. Əgər qərarların qəbulu keyfiyyətsiz informasiyaya söykənirsə, ba­zar səmərəli işləməyəcəkdir. Amma real bazar iqtisadiyyatın­da firmalar və istehlakçılar qərarlarının hamısının nəticələri barədə kifayət qədər yaxşı məlumatlandırılmış olmurlar. Xü­susi bazarlar lazımi keyfiyyətdə və lazımi həcmdə informasiya verməyə də bilərlər. Məsələn, firmalar işçilərinin səhhəti üçün təhlükənin uzunmüddətli nəticələrinin öyrənilməsində maraqlı deyillər. Kələkbazlığa görə cərimələr olmasaydı, təhlükəli əmtəə istehsalçıları məmulatlarının zərərli olmasını imkan düşdükcə gizlədərdilər.
Real gerçəklikdə istehlakçılar və istehsalçılar onların seçimini müəyyənləşdirən bu və ya digər əmtəənin iqtisadi xüsusiyyətləri barədə tam məlumata malik olmurlar. Bir qayda olaraq, onların bir qismi digərindən daha çox məlu­matlı olur, yəni söhbət asimmetrik informasiyadan gedir.
Asimmetrik informasiya biznesdə çox hallar üçün səciy­yəvidir. Bir qayda olaraq məhsulun satıcısı onun keyfiyyəti haqqında alıcıdan çox bilir. Fəhlələr öz bacarıq və qabiliyyət­lərini sahibkardan yaxşı bilirlər. İşləri idarə edənlər öz im­kanlarını müəssisənin mülkiyyətçilərindən daha yaxşı bilirlər.
Asimmetrik informasiya müasir cəmiyyətdəki bir çox institusional qaydaları aydınlaşdırır. Bu məfhum nə üçün avtomobil şirkətləri, məişət texnikası istehsal edən şirkətlər yeni modellər üçün təminat və xidmətlər təklif etdiyini; nə üçün firma və işçilərin maraqlar və mükafatlar nəzərdə tutan müqavilələr bağladığını; nə üçün şirkətlərin səhmdar­ları işləri idarə edənlərin hərəkətlərini nəzarətdə saxlamala­rının vacib olmasını anlamağa imkan verir.
Asimmetrik informasiya resurs bölgüsünün tənzimlən­məsində bazarı imkansız edir. Asimmetrik informasiyanın nəticəsi əmtəənin keyfiyyəti barədə qeyri - müəyyənlik və ya «limonlar bazan » olur. Deyək ki, siz əmtəə almısınız və son­radan başa düşmüsünüz ki, o sizə lazım deyil və onsuz ötüşə bilərsiniz. Həmin əmtəəni satmaq istədikdə siz onu aldığınız qiymətdən aşağı qiymətə təklif edəcəksiniz.
Əmtəənin ikinci əldən satışı faktının özü onun qiymətli- liyini xeyli aşağı salır. Bu nə üçün baş verir? özünüzü bu və­ziyyətdə olan potensial alıcı yerinə qoyun. Sizdə də sahibinin əmtəəni nə üçün satması şübhə doğurardı? Əmtəənin sahibi həqiqətənmi fikrini dəyişib, yoxsa əmtəənin nəsə qüsuru var? Əmtəənin «limon», yəni «turş» mal olması istisna olunmur.
Məsələn, köhnə maşınların potensial alıcıları onların key­fiyyətindən həmişə və əsaslı olaraq şübhəli olacaqlar. Bu hal­da əmtəə satıcılarının informasiyası alıcılarınkından daha dolğun olur. Məhsulun keyfiyyəti haqqında asimmetrik infor­masiyanın əhəmiyyəti ilk dəfə D.Akerlof tərəfindən təhlil olunmuşdu. O, köhnə avtomobillər bazarını tədqiq etmişdi. Lakin bu təhlil sığorta, kredit, hətta əmək bazarlarına da tətbiq oluna bilər. İnformasiyanın asimmetrikliyinə görə aşa­ğı keyfiyyətli əmtəələr yüksək keyfiyyətli əmtəələri bazar­dan sıxışdırıb çıxarırlar. Bunu köhnə avtomobillər bazarının


Şəkil 25.6. “Limonlar bazarı”: a-yüksək keyfiyyətli avtomobillər; b-aşağı keyfiyyətli
avtomobillər

timsalında şərh edək. Deyək ki, iki növ - yüksək və aşağı keyfiyyətli - köhnə avtomobillər var. Həm də fərz edək ki, satıcılar da, alıcılar da eyni dərəcədə tam informasiyaya ma­likdirlər. Onda qrafik şəkildə bu belə olacaq (şəkil 25.6).


DH - anlara tələb əyrisidir (bu maşınların birinin bazar qiyməti 10000 pul vahididir, 50000 ədəd maşın satılır). Şəkil 25.6, b-də eyni qaydada aşağı keyfiyyətli avtomobillərin qiy­məti 5000 pul vahidi və
həmin miqdarda satışını göstərən tələb və təklif əyrisi verilmişdir.
Qeyd edək ki, SH SL -ə nisbətən daha yuxarıdadır, çünki yüksək keyfiyyətli avtomobillərin sahibləri onlarıdan ayrıl­mağa bir o qədər də həvəsli olmurlar və satsalar, daha yüksək qiymətə satmalıdırlar. Müvafiq olaraq DH DL -dən yuxarıda­dır, çünki alıcılar yaxşı keyfiyyət üçün daha çox pul Ödəmə­yə hazırdırlar.
Əslində isə köhnə avtomobili satan onun keyfiyyəti haq­qında alıcıdan xeyli çox bilir (alıcı avtomobili alandan və bir qədər sürəndən sonra onun keyfiyyətinə bələd olur). Bu hal­da nə baş verir? Alıcı əvvəlcə güman edə bilərdi ki, yaxşı maşın almaq şansı 50% -dir. Beləliklə, avtomobil alanda alı­cılar onları «orta» keyfiyyətli maşın kimi nəzərdən keçirir-



Şəkil 25.7. “Limonlar” problemləri:


a-yüksək keyfiyyətli avtomobillər; b-aşağı keyfiyyətli
avtomobillər
lər. Yalnız maşını alandan sonra alıcı onun əsl keyfiyyətini müəyyənləşdirir.
Şəkildə DM kimi göstərilmiş orta keyfiyyətli avtomobil­lərə tələb DH-dən aşağı, lakin DL-dən yuxarıdır. Şəkil 25.6- dan göründüyü kimi indi daha az (25000) yüksək keyfiyyətli və daha çox (75000) aşağı keyfiyyətli avtomobil satılacaqdır.
İstehlakçılar satılan avtomobillərin çox hissəsinin (ümu­mi sayının 3/4 -ə qədərinin) aşağı keyfiyyətli olduğunu başa düşən kimi tələb dəyişir. Şəkil 25.7-də göstərildiyi kimi, yeni tələb əyrisi DM ola bilərdi. Bu, orta hesabla avtomobil­lərin keyfiyyətinin aralıq səviyyədən aşağı olduğunu göstərir. Lakin bu halda avtomobillərin ümumi sayı aşağı keyfiyyət­lilərə daha yaxın olacaq. Bu yerdəyişmə nəticəsində yalnız aşağı keyfiyyətli avtomobillər satılır. Bu zaman qiymət o qə­dər aşağı olur ki, yüksək keyfiyyətli avtomobillər satıla bil­mir. Buna görə də alıcılar haqlı olaraq güman edirlər ki, alınan avtomobillərin hamısının keyfiyyəti aşağıdır və tələb əyrisi DL -lə üst-üstə düşür. İnformasiyanın asimmetrikliyi səbəbindən aşağı keyfiyyətli əmtəələr yüksək keyfiyyətli əmtəələri bazardan sıxışdırır.
Asimmetrik informasiya problemi bir çox yollarla həll olunur. Məsələn, kredit informasiyası sahəsində bu, kompü- terləşmə ola bilər. Doğrudur, burada kommersiya sirri prob­lemi yaranır, lakin kredit bazarının səmərəli işləməsi daha vacibdir.
Etibar məsələsi də «limon» bazarı probleminin həlli vasi- tələrindəndir. Alıcılar müvafiq etibar qazanmış mağazalar­dan bazarlıq edirlər, müvafiq etibar qazanmış restorana gedir, mütəxəssisə (elektrik, məişət texnikası ustası və s.) müraciət edirlər.
Lakin etibar məsələsi alıcı və satıcının sınanılmış müna­sibətləri ilə bağlıdır. Bəs bu olmasa? Məsələn, restoran və ya kafe sürət şosesi kənarındadır. Müştərilərin çoxu ora ya cəmi bir dəfə və ya hərdənbir yola çıxanda gəlir. Bu halda «limon» problemi başqa yolla — standartlaşma vasitəsilə həll olunur. Öz doğma şəhərinizdə olarkən siz çətin ki, «Makdo- nalds»da və ya «Bistro»da qidalanmaq istəyəcəksiniz. Lakin sürət trassasında olanda siz məhz bu kafeni seçəcəksiniz, çünki burada sizə bu tipli istənilən kafedə satılan və sizə mə­lum olan standartlaşdırılmış ərzaq məhsulu təklif olunacaq.
İnformasiya asimmetrikliyini aradan qaldırmağa imkan verən digər mexanizm bazar siqnallarıdır. Siqnalların kon­sepsiyası M.Spens tərəfindən işlənib hazırlanmışdır. O gös­tərmişdir ki, bəzi bazarlarda satıcılar alıcılara əmtəənin keyfiyyəti barədə informasiyanı ifadə edən özünəməxsus siq­nallar verirlər.
Bazar siqnallarının işləməsini asimmetrik informasiyaları səciyyəvi olan əmək bazarının timsalında nəzərdən keçirək. İşə götürüləndə yeni işçilər öz işlərinin keyfiyyəti barədə (nə dərəcədə məsuliyyətli, intizamlı, peşəkar və s. olmaları) onla­rı işə götürən firmadan çox bilirlər. Sınaq müddətində işçinin qabiliyyətlərinin üzə çıxarılması həmişə qeyri-məhsuldar məs­rəflərlə bağlıdır. Buna görə də firma potensial işçinin keyfiy­yətlərini səciyyələndirən informasiyanı işə götürməzdən əvvəl almaqda maraqlıdır. Bu informasiya müəyyən siqnal­lardan formalaşır. Məsələn, işçinin xarici görünüşü: geyim siqnaldır, lakin dəqiq siqnal deyil. «Geyimə görə qarşıla­yır*, lakin tamamilə başqa əlamətə görə yola salırlar. Hətta pis işçilər də iş tapmaq üçün hərdən yaxşı geyinirlər.
Təhsil əmək bazarında güclü siqnaldır. Fərdin təhsil səviy­yəsi bir neçə göstərici ilə ölçülə bilər: təhsil illərinin miq­darı, alınan təqaüdlər, dərəcəni vermiş universitetin nüfuzu, orta bal və s. Təhsil işçinin səmərəliliyinin vacib siqnalıdır, çünki daha qabiliyyətli adamın daha yüksək səviyyədə təhsil alması daha asandır. Qabiliyyətli insanlar adətən daha intel­lektual, enerjili, əməksevər olurlar ki, bu keyfiyyətlər təhsil alınan zaman gərəklidir və müvafiq olaraq işçini səciyyələn­dirirlər. Beləliklə, firma üçün təhsil işçinin imkanları barədə siqnal rolunu oynayır.
Nə üçün «üçüncü dü:ıya» ölkələrinin yerli kredit bazar­larında yüksək faizlər müəyyənləşir? Nə üçün yaxşı, az qala lap təzə avtomobil mütləq iri dilerin əlinə keçir, sahibinin özü isə onu satmaq iqtidarında olmur? Nə üçün firma hətta ikiqat vergi qoyulması şəraitində belə dividentlər ödəyir? Nə üçün varlı torpaq sahibləri məhsulun pis olması riskini tam öz üzərinə götürməyib onu yoxsul icarədarlarla bölüşürlər? Bütün bu müxtəlil, əvvəllər iqtisadi nəzəriyyənin izah etmə­diyi suallara asimmetrik informasiya konsepsiyası cavab verir.
2001-ci ilin Nobel mükafatı laureatları hər yerdə yayıl­mış vəziyyətin vahid izahını və nəzəri əsaslandırılmasını tək­lif etmişlər: sövdə iştirakçılarından biri digərinə nisbətən daha çox informasiyaya malikdir. Onların nəzəriyyəsi «qey­ri-təkmil informasiyanın iqtisadi nəzəriyyəyə daxil edir. On­ların konsepsiyası bazarın özü-özünə tənzimlənməsi və onun haqqında hamıya hər şeyin məlum olması kimi ümumi təsəv­vürdən fərqlənir. Bazarın A.Smit tərəfindən qısaca ifadə olunmuş «Mənə lazım olanı ver, mən də sənə lazım olanı ve- rim» mahiyyəti bu gün işləmir. Avstriya məktəbi iqtisadçı­ları nəinki keçmişdə qalıblar, hətta bu gün də elmi dairələrdə fəal surətdə mövqe qazanırlar. Onlar bazarın özü-özünə məh­vi ehtimalını qəbul etməklə kifayətlənmirlər, hətta bunun tamamilə real olması fikrində israrlıdırlar. Müasir Avstriya məktəbinin nümayəndəsi Lüdviq fon Mizes özünün «İnsan fəaliyyəti» adlı klassik əsərində qeyd edir ki, «qeyri-müəy­yənlik istənilən fəaliyyədə var ».
Müasir institusionalizmin banilərindən biri D.Helbreyt 31 yanvar 1990-cı ildə «lzvestiya» qəzetinə müsahibəsində aşkar və kəskin demişdi: «Smit dövrünün azad bazarına qa­yıdışdan danışanlar o qədər yanlışdırlar ki, onların nöqteyi- nəzəri klinik səciyyəli psixi pozuntu hesab oluna bilər. Bu, bizdə Qərbdə olmayan, bizim heç vaxt barışa bilməyəcəyimiz və bizdə mövcud ola bilməyən hadisədir».



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   153   154   155   156   157   158   159   160   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin