Xarici effektlər — bilavasitə maddi və ya pul məsrəfləri etməyən, lakin başqalarının fəaliyyətinin kənar nəticələrindən istifadə edən adamlara çatan xərclər və ya mənfəətlərdir.
Ekstemalilərin dörd əsas növünü və onların sosial səmərəliliyə təsirini nəzərdən keçirək.
Mənfi xarici effektlər:
1. İstehsalın xarici xərcləri: MSC=MPC+MEC, burada MSC - ictimai son hədd xərcləridir (marginal sosial cost).
MPC - xüsusi son hədd xərcləridir (marginal private cost).
MEC - xarici son hədd xərcləri (marginal external cost).
MEO MSC-MPC, yəni MSOMPC.
Əgər ictimai son hədd xərcləri xüsusi son hədd xərclərindən çox olarsa, xarici effekt mənfi olar.
Cəmiyyət üçün optimum: MSC = MSB və ya MSC = P.
istehsalçı üçün optimum: MPC = MPB və ya MPC = P, burada MSB - sosial son hədd qazancıdır (marginal sosial benefit).
MPB - xüsusi son hədd qazancıdır (marginal private benefit).
Buna misal xüsusi müəssisənin işi nəticəsində suyun, torpağın, havanın çirklənməsidir. Bu halda ictimai son hədd xərcləri müəssisə sahibinin xüsusi son hədd xərclərindən çox olacaq. Qrafik olaraq bu şəkildə (şəkil 25.1) MSC əyrisinin istehsal olunmuş məhsulun təklifini səciyyələndirən MPC əyrisinə nəzərən yerini sola dəyişməsində əksini tapır. Məhsulun bazarda müəyyənləşmiş sabit qiymətində tələb əyrisi P səviyyəsindəki üfiqi xətlə göstərilə bilər.
Şəkil 25.1. İstehsalın mənfi xarici təsiri
Bu halda firmanın tarazlıq nöqtəsi Qı istehsal həcminə müvafiq olacaq. Cəmiyyətin maraqlarını gözləmək üçün isə ekoloji cəhətdən zərərli istehsalı Q2 səviyyəsinə qədər azaltmaq, yəni istehsalın mənfi effektini (MEC) (Qi - Q2) həcmdə ləğv etmək lazımdır. Cəmiyyət üçün optimum: MSC = MPC; xarici effektin olmamasıdır. Bu zaman qeyd etmək lazımdır ki, belə optimum kənar mənfi effektin tam olmaması demək deyil, bununla belə zərər xeyli azalır.
-
İstehlakın xarici xərcləri MSB < MPB MPB = MSB + MEB,
burada MEB - xarici son hədd qazanclarıdır.
Mənfi kənar effektlər hər hansı bir məhsulun istehlakın- dan sosial qazancları azaldırlar. Məsələn, tütün və ya alkoqoldan istifadə həm istehlakçıların özlərinin, həm də bütövlükdə millətin (gen səviyyəsində) sağlamlığını pisləşdirir. Belə is- tehlakdan sosial qazanclar azalır. Qrafik şəkildə bunu MSB əyrisinin MPB əyrisindən sola yerdəyişməsi kimi şərh etmək olar (şəkil 25.2).
İstehlakm optimumu: MPB = MPC. Cəmiyyətin optimu- mu: MSB = MSC. Qrafik göstərir ki, istehlakçının və cəmiyyətin optimal istehlak həcmləri üst-üstə düşmür. Cəmiyyət tütünün, alkoqolun istehlakmın Qa -dən Qa -yə qədər azalmasında maraqlıdır.
Müsbət xarici effektlər
-
istehsalın xarici qazancları. MSC -
-
Qrafikdən (şəkil 25.3) görünür ki, firmanın MPC xüsusi xərcləri sosial optimal xərclərindən (MSC) azdır: Q2 -
İstehsalçının optimumu: MPC=MPB və ya MPC = P.
-
Cəmiyyətin optimumu: MSC-MSB və MSC=P.
-
2. İstehlakın xarici qazancları. MSB>MPB. Təhsil alarkən, ümumi mədəni səviyyəsini yüksəldərkən insan Özü üçün məmnunluq və fayda əldə edir. Eyni zamanda cəmiyyət də əlavə fayda: daha ixtisaslı iş qüvvəsi, daha az cinayətkarlıq, daha yüksək institusional inkişaf səviyyəsi: əxlaq, mənəviyyat və s. əldə edir. Bu halda sosial son hədd qazancları xüsusi qazanclarda üstündür və cəmiyyətin fikrincə, xüsusi istehlakçı bu nemətlərdən kifayət qədər istifadə etmir. Qra- fikdə (şəkil 25.4) xüsusi istehlakın tarazlıq həcminin sosial optimaldan az olduğu göstərilmişdir: Q2 -
istehlakçının optimumu: MPB —MPC və ya MPB = P.
-
Cəmiyyətin optimumu: MSB = MSC və ya MSB — P.
-
Dörd əsas xarici effekt növünün nəzərdən keçirilməsi aşağıdakı nəticəyə gəlməyə imkan verir: bazar iqtisadiyyatı mənfi kənar effekt verən istehsal və istehlakı həvəsləndirir, müsbət kənar effektlə bağlı olan istehsal və istehlakı həvəsləndirmir.
-
Beləliklə, bazar sistemi cəmiyyət üçün zərərli olan əmtəə və xidmətlərin artıq istehsalına və artıq istehlakına rəvac
-
-
verir, cəmiyyət üçün faydalı olan əmtəə və xidmətlər isə əksinə, az istehsal və istehlak olunurlar.
-
İqtisadiyyatın qloballaşması xarici effektlərin beynəlmiləlləşməsinə gətirib çıxarır. Buna misal planetimizdə dəhşətli şəkildə artan «istixana effektimdir. Bu hadisənin nəticələri artıq nəzəri proqnozlar deyil, müasir gerçəkliyin reallıqlarıdır (Antarktida buzlarının əriməsi, Dünya okeanı səviyyəsinin qalxması). Xarici effektlərin beynəlmiləlləşməsinə başqa bir misal atom sənayesinin inkişafı və onun istehsal tullantılarının basdırılması üçün yer axtarılmasıdır. Amma bu tullantılar üçün inkişaf etmiş ölkələr tərəfindən * zibilxanam nın daha az inkişaf etmiş ölkələrin ərazisində tapılması «qızıl milyard m ölkələri üçün problemin müvəqqəti həllidir. Planet üçün «kənar m xarici effekt onun mövcudluğu üçün fəlakət ola bilər.
-
Həmin sözləri Yer kürəsində meşələrin, o cümlədən Ama- zonka meşələrinin qırılması haqqında da demək olar, çünki bunun «kənar m mənfi effekti atmosferin həcminin azalması və son nəticədə Yerdə həyat üçün pis nəticələrdir. ,
-
Xarici effektlər problemi iqtisadçıların diqqətini çoxdan cəlb edirdi, buna diqqət xüsusilə XX əsrdə, bazar münasibətlərinin həvəsləndirdiyi elmi-texniki tərəqqi əsrində artdı. Həyatda olan hər şey kimi, bazar da ziddiyyətlidir: bu, bir tərəfdən insanın yaradıcılıq qabiliyyətlərin və müvafiq olaraq cəmiyyətin texniki tərəqqisini olduqca güclü həvəsləndirir, digər tərəfdən isə bazar münasibətləri inkişaf etdikcə bazarın «iflası» dərinləşir, xüsusi və ictimai xərclər arasında uyğunsuzluq,
Dostları ilə paylaş: |