Mövzu 22. Bazarın iflası nəzəriyyəsi
22.1. Eksternalilər (xarici təsirlər)
22.2. Xarici təsirlərin təsnifatı
22.3. Xarici effektlərin neytrallaşdırma zərurəti və üsulları
22.4. İctimai və xüsusi nemətlər
22.5. Asimmetrik informasiya
22.1. Eksternalilər (xarici təsirlər)
22.2. Xarici təsirlərin təsnifatı
Bazarın iflası məsələsi müasir Rusiya iqtisadiyyatının inkişaf perspektivləri üçün yalnız nəzəri deyil, həm də sırf praktik əhəmiyyətlidir. Bazar bir növ iqtisadi səmərəlilik etalonu kimi nəzərdən keçirilir. Bunun üçün isə bilmək lazımdır ki, görəsən, bazar həqiqətən idealdırmı? Yoxsa onillik iqtisadi islahatlar növbəti, bu dəfə bazar utopiyasının reallaşmasıdır. Dünya iqtisadi nəzəriyyəsi çoxdan, yüz ildən artıqdır ki, bazar iflası problemi, bu iflasların nəticələrinin « yumşaldılması* yollarının axtarılması ilə məşğuldur. Əmtəənin qiyməti həmin əmtəənin ictimai istehsal xərclərinə bərabər olanda və əmtəənin alıcı üçün əhəmiyyəti həmin əmtəənin cəmiyyət üçün sərfəliliyi ilə üst-üstə düşəndə bazar yaxşı işləyir. Amma istehsal xərcləri və qazanc hərdən bazar qiymətlərində tam əks olunmurlar. Bu aşağıdakı hallarda baş verir:
kənar effektlər yarandıqda;
ictimai nemətlərin istehsalı və istehlakında;
asimmetrik informasiyada.
Bazar iflaslarına həmçinin aiddir:
inhisar (qeyri-təkmil rəqabət);
risk və qeyri-müəyyənlik.
Bu problemlər müvafiq bölmələrdə nəzərdən keçirilirlər.
Bazar iqtisadiyyatında hər bir transaksiya iki kontragen- tin: alıcı və satıcının iştirakını nəzərdə tutur. Sövdə ilə bağlı tərəflərin hər biri müəyyən xərc çəkir, lakin müəyyən xeyir də görür (faydalılıq, mənfəət).
Bununla yanaşı sövdələrin çoxu istər-istəməz sövdədə iştirak etməyən üçüncü şəxslərin maraqlarına da toxunur. Belə effektlər sövdənin üçüncü şəxsləri effekti adını almışdır. Bu kimi fenomeni adlandırmaq üçün iqtisadi ədəbiyyatda bir sıra sinonimlərdən istifadə olunur: xarici effektlər, kənar effektlər, köçürmə effekti, eksternalilər.
Xarici effektlər üçüncü şəxslər üçün müsbət və ya mənfi ola bilirlər. Xarici effektlər istehsalla və ya istehlakla bağlı ola bilirlər.
Dostları ilə paylaş: |