MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Xarici effektlərin neytrallaşdırma zərurəti və üsulları



Yüklə 1,26 Mb.
səhifə154/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   150   151   152   153   154   155   156   157   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

22.3. Xarici effektlərin neytrallaşdırma zərurəti və üsulları
Xarici effektlərin neytrallaşdırılmasının zəruriliyi hazır­da aydındır. Hələ XIX əsrin əvvəllərində iqtisadçılar tam ciddiyyətlə parovozların qığılcımlarının fermer sahələrinə zərəri məsələsini müzakirə edirdilər. Müasir təsərrüfatçılıq şəraitində xarici effektlər problemi xeyli kəskinləşmişdir.
Eksternalilər nəzəriyyəsinin işlənilməsi sahəsində ingilis iqtisadçısı A.Piqunun xidmətləri böyükdür. 1912-ci ildə «Sərvət və rifah», daha sonra 1921-ci ildə isə « Rifahın iqti­sadi nəzəriyyəsi» əsərlərində yazırdı ki, iqtisadi sistemin iş­ləməsində qüsurlar (kənar mənfi effektlər) aşkarlanıbsa, vəziyyəti düzəltmək üçün hökumətin işə qarışması lazımdır. «Dövlət müdaxiləsi» adlı fəsildə o, milli maraqlara zidd olan xüsusi maraqların məhdudlaşdırılması üçün dövlət müdaxi­ləsinin zəruri olmasından danışır. Piqu eyni zamanda dövlətin də uğursuzluqlarım qeyd edir: dövlət idarələrinin qulluqçuları şəxsi maraqlar naminə cəhalətə, qrup təzyiqinə və korrupsi­yaya meyllidirlər. Bununla belə A.Piqu hesab edir ki, cəmiy­yətdə, o cümlədən İngiltərədə müsbət dəyişikliklər baş verir: düzlük və təmənnasızlıq əvvəllərə nisbətən artır, müasir se­çicilər isə hakimiyyətdən və imtiyazlardan sui-istifadənin qarşısını almağa qabildirlər. Buna görə də istənilən dövlət idarəsi tərəfindən istənilən müdaxilənin hazırda əvvəlkilərə nisbətən daha səmərəli olacağı ehtimalı artır. Piqu ümidlə­rini hökumət idarələrinin, onların quruluşunun, iş metodla­rının təkmilləşməsinə bağlayır və güman edir ki, bu, onların iqtisadiyyata xoş müdaxiləsini və heç kim tərəfindən məh­dudlaşdırılmayan xüsusi müəssisələrin qeyri-təkmil tənzim­ləmə mexanizminə təsirini təmin edəcək12.
Xüsusi son hədd xərclərinin (müvafiq olaraq həm də qa­zanclarının) sosial son hədd xərclərinə (qazanclarına) yaxın­laşmasını A.Piqu tənzimləyici vergi və subsidiyaların tətbiqi yolu ilə təmin etməvi təklif edir.
Tənzimləyici vergi - xüsusi son hədd xərclərini ictimai son hədd xərcləri səviyyəsinə qədər qaldıran mənfi xarici ef­fektə malik iqtisadi nemətlər istehsalına qoyulan vergidir. Havanın müəssisə tərəfindən çirkləndirilməsi ilə bağlı misa­lımızda T(fax. ver(ri) = MEC xarici son hədd xərclərinə bərabər vergi bazar tarazlığını səmərəli tarazlığa, xüsusi son hədd xərclərini sosial son hədd xərclərinə yaxınlaşdıra bilərdi.
MPC=MSC
Tənzimləyici subsidiya - xüsusi son hədd qazanclarını ic­timai son hədd qazancları səviyyəsinə qədər qaldıran müsbət xarici effektə malik iotisadi nemətlər istehsalçısına və ya istehlakçısına verilən subsidiyalardır.
\1PB=MSC
Tənzimləyici vergilər və subsidiyalar MSB = MSC sosial səmərəliliyi təmin edirlər.
Tənzimləyici vergilə1" və subsidiyalar kənar effektlərin doğurduğu problemlər' cam həll etmirlər. Birincisi, real praktikada tam doqiqli! :'a son hədd xərclərini və qazancları hesablamaq olduqca çətindir. İkincisi, mənfi xarici effektlə səciyyələnən nemətiər istehsalçılarının ödədiyi tənzimləyici vergilər heç də həmişə qarşıda qoyulmuş məqsədə yetmir.
Bu problemin həllinə marjinal yanaşma bu məktəb üçün ümumi olan çatışmazlıqlara malikdir: konkret məsələlərin mücərrəd həlli, real həyati irrasionallıq şəraitində hədsiz rasionallıq, cəmiyyətin iqtisadi həyatında müxtəlif institut­ların fəaliyyətinin mürəkkəbliyinin tam nəzərə alınmaması.
Marşall və Piqu dövründən etiraf olunmuşdu ki, ekster- nalilərin (kənar effektlərin) mövcudluğu hökumətin bazar iqtisadiyyatına müdaxiləsini zəruri edir. Əsas tənzimləmə növləri bunlardır: bu effektlərin səbəbkarlarına vergi qo­yulması və ya müəyyən firma və ya fərdlərin fəaliyyətinin birbaşa tənzimlənməsi.
Bizim dövrümüzdə eksternalilər nəzəriyyəsi Nobel müka­fatı laureatı R.Kouzun əsərlərində inkişaf etdirilmişdi. La­kin bu yanaşmanın ciddi çatışmazlıqları var. A.Piqunun tədqiqatını təhlil edərkən R.Kouz qeyd edir ki, «ekstemali- lərin* olması hələ hökumətin müdaxiləsi üçün prima facie vəziyyətinin yaranması deyil, «əgər bu ifadə hər hansı başqa mümkün yolu deyil (bura müdaxilə edilməməsi, hökumətin əvvəlki siyasətindən imtina etməsi və ya bazar transaksiya- larınm asanlaşdırılması), «eksternalilərin» hökumət müda­xiləsinə bəraət qazandırması deməkdirsə (vergiqoyma və ya tənzimləmə)*13.
Piqunun mövqeyini şərh edərək Kouz qeyd edir ki, ı«kə­nar effektlər* olduqca dəyişkəndir, vergilər əlavə xərclərlə bağlıdır, kompensasiyanı məhz zərərçəkənin alacağına heç bir təminat yoxdur. Kouz Piqonun dövlət komissiyalarının düzlüyü haqqında xəyallarına tənqidi yanaşır. Bundan baş­qa, hökumətin müdaxiləsi ictimai (sosial) xərcləri daha da artırar. Hökumət maşınının özü belə xərcsiz işləmir, səhvlər də ola bilər, siyasi təzyiq vasitələrindən də istifadə oluna bi­lər. Bundan Kouz belə bir nəticəyə gəlir: hökumətin bilava­sitə müdaxiləsi heç də həmişə problemin bazarın və ya firmanın öz öhdəsinə buraxılmasından yaxşı nəticə vermir.
Deyək ki, bir fermer mal-qara saxlamaqla, digəri isə buğda yetişdirməklə məşğul olur. Gözdən yayman mal-qara qonşunun əkinini yeyir. Dəyən zərəri ödəməli olan qonşu naxırın böyüklüyü barədə qərar qəbul edəndə hər şeyi ölçüb- biçir. Əlavə istehsal olunmuş ətin dəyəri (heyvanların kəsi­ləcəyi ehtimal olunur) əlavə xərcləri, o cümlədən qonşunun korlanmış əkininin dəyəri də daxil olmaqla, üstələməyincəyə qədər o, mal-qaranın sayını artırmayacaq. Fermer də öz növ­bəsində əkin sahəsinin artırılması məsələsini həll edəndə sahə­nin bir qisminin qonşunun heyvanları tərəfindən korlanmasını nəzərə almaqla az taxıl satarsa, qazancının necə dəyişiləcə­yindən çıxış etməlidir. Maldar korlanmış məhsulun əvəzini bazar qiyməti ilə ödəsə, o çox güman əvvəlki istehsal həcmi­ni saxlayar. Kouzun fikrincə, belə hallarda tərəflərin əlveriş­li sövdəsi üçün şərait yaranır.
Fermer və maldar razılığa gələ bilərlər ki, mal-qaranın su içmə yerinə gedən cığırı boyunca olan sahəni fermer əkməsin. Maldar isə ya həmin əkilməmiş sahənin pulunu fermerə ödə­yir, ya da fermerin verdiyindən daha çox pul verməklə həmin sahəni torpaq sahibindən özü icarəyə götürür. Hər halda tə­rəflər optimal variantı tapırlar. Ən əsası odur ki, tərəflərin hüquqları dəqiq müəyyənləşdirilmiş olsun.
R.Kouz teoreminin mahiyyəti aşağıdakı kimi müəyyən­ləşir: kənar effektlər problemi maraqlı tərəflərin razılaşması yolu ilə həll oluna bilər.
Belə razılaşma arzuolunandır, lakin həmişə mümkün olan deyil. Onun əldə olunması şərtləri:

Mülkiyyət hüquqları dürüst müəyyənləşdirilibsə, tərəflə­rin arzu edilən nəticəyə gəlməsi nisbətən asandır. Tərəflər dövlətin müdaxiləsi olmadan özləri mübahisəli məsələləri həll etməyə qabildirlər. Ziddiyyətləri və iddiaları aradan qal­dırmağa bazar və onun infrastrukturu kömək edər. Zərurisi mülkiyyət hüququnu müəyyən etməkdir. Mülkiyyət normala­rı və hüquqlarının müəyyənləşdirilməsində təsərrüfat fəaliy­yətinin bütün iştirakçıları: həm istehsalçılar, həm istehlakçılar, həm resurslardan istifadə edənlər, həm zərər vurulanlar — maraqlıdırlar.
Xərcləri azaldan, onları optimal həddə endirən mexanizm nə vergilər, nə Dövlət arbitrajı deyil, bazar razılaşmaları və iştirakçıların özlərinin sövdələşmələridir. Başqa sözlə, mülkiyyət hüququ müəyyənləşibsə vo gözlənilirsə, onda dövlət orqanlarının inzibati müdaxiləsinə səbəb yoxdur. Onun əsas vəzifəsi bu hüquqları təmin etməkdir. Bu vəziyyət D.Stiqlerin R.Kouz teoreminin şərhinə müvafiqdir: «təkmil rəqabət şəraitində xüsusi və sosial cərclər bərabərdir*.
Amma hazırda təkmil rəqabət utopiyadır. Əgər mübahi­səyə çox adam, ölkə cəlb olunubsa və mənfi effektlər dəsti xeyli böyükdürsə, razılaşma əldə etmək olduqca çətindir. Müasir təsərrüfatçılıq şəraitində xüsusi və ictimai nemətlə­rin nisbəti ciddi əhəmiyyət kəsb edir.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin