MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Risk göstəricisi və onu qiymətləndirməyin üsulları



Yüklə 1,26 Mb.
səhifə149/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   145   146   147   148   149   150   151   152   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

21.4. Risk göstəricisi və onu qiymətləndirməyin üsulları
Risk, şübhəsiz, ehtimal kateqoriyasıdır və elmi mövqedən onu müəyyən səviyyədə itkinin yaranması ehtimalı kimi sə­ciyyələndirmək və ölçmək daha düzgündür.
Ehtimal əyrisinin (və ya cədvəlinin) qurulması riskin qiymətləndirilməsinin ilkin mərhələsidir. Lakin sahibkarlığa tətbiq ediləndə bu çox vaxt olduqca çətin məsələ olur. Buna görə də təcrübədə mütəxəssislər bir qədər sadə yanaşmalarla məhdudlaşır, riski onun məqbulluğu haqqında mülahizə yü­rütmək üçün vacib olan ümumiləşdirilmiş xüsusiyyətlərdən ibarət bir və ya bir neçə göstərici üzrə qiymətləndirirlər. Bu məqsədlə itkilərin həcmindən asılı olaraq müəyyən risk sa­hələri və ya zonaları müəyyənləşdirilir (şəkil 17.1).
İtki gözlənilməyən sahələr risksiz zona adlanır, onlara sıfır və ya mənfi (mənfəət artımı) itkilər müvafiqdir.
Yol verilən risk zonası deyildikdə hüdudlarında həmin sahibkarlıq fəaliyyətinin öz iqtisadi məqsədəuyğunluğunu saxladığı sahə başa düşülür, yəni bu sahədə itkilər labüd­dür, lakin onlar gözlənilən mənfəətdən azdır. Yol verilən risk zonasının sərhədləri sahibkarlıq fəaliyyətindən hesab­lanmış mənfəətə bərabər itkilər səviyyəsinə müvafiq

Qazanc

İtkilər













Yol verilən risk zonası

Böhranlı risk zonası

Fəlakətli risk zonası




Risksiz













zonası










Mümkün itkilərin həcmi ►



Şəkil 17.1. Risk zonaları
Daha təhlükəli sahə böhranlı risk zonası adlanır. Bu sahə gözlənilən mənfəətin həcmini sahibkarlıqdan gələn və məsrəf ilə mənfəətin məbləğindən ibarət hesablanmış satış pulunun tam qədərini üstələyən itkilərin mümkünlüyü ilə səciyyələ­nir. Başqa sözlə, böhranlı risk zonası gözlənilən mənfəəti ön­cədən üstələyən və maksimumda sahibkarın işə qoyduğu bütün vəsaitlərin əvəzlənməyən itirilməsinə səbəb ola bilə­cək itkilər təhlükəsi ilə səciyyələnir.
Böhranlı zonadan başqa fəlakətli risk zonası da fərqlən­dirilir. Bu itki sahəsi öz həcminə görə böhranlı risk səviy­yəsindən artıq olur və maksimumda sahibkarın əmlak vəziy­yətinə bərabər ola bilir. Fəlakətli risk iflasa, müəssisənin müflisləşməsinə, bağlanmasına və əmlakının satılmasına gətirib çıxara bilər.
Əmlak və ya pul itkilərindən asılı olmayaraq fəlakət risk­lərinə insanların həyatı üçün təhlükə yaradan və ya ekoloji fəlakətlərin baş verməsi ilə bağlı risklər aid edilməlidir.
Risklər haqqında ən dolğun təsəvvürü itki ehtimallarının bölgüsü əyrisi və ya itki ehtimallarının bu və ya digər itki­lərin baş vermə ehtimalını göstərən səviyyəsindən asılılığı­nın qrafik təsviri verir.
itki ehtimalının tipik əyrisinin görünüşünü müəyyənləş­dirmək üçün öncə mənfəəti təsadüfi kəmiyyət kimi nəzərdən keçirək və əvvəlcə müəyyən səviyyədə mənfəətin əldə olun­ması ehtimalının bölgüsü əyrisini quraq (şəkil 17.2).

Mövcud mənfəət həcminin əldə olunması ehtimalı

Şəkil 17.2. İtki ehtimallarının bölgüsü əyrisi



Mənfəət əldə olunması ehtimallarının bölgüsü əyrisi qu­rulanda aşağıdakı fərziyyələr nəzərə alınmışdır.
1. PRR hesablaşma kəmiyyətinə bərabər mənfəətin əldə olunması ən ehtimal olunandır. Belə mənfəətin əldə olunma­sı ehtimalı (BR) maksimaldır, müvafiq olaraq PRr qiyməti­ni riyazi gözlənilən mənfəət hesab etmək olar.
Əldə olunmuş mənfəət hesablanmış mənfəətdən nə qədər
çox fərqlənsə, hesablanmışla müqayisədə çox və ya az mənfəə­tin əldə olunması ehtimalı bir o qədər az olar, yəni kənarlaşma artdıqca, hesablanmış mənfəətdən kənarlaşma ehtimallarının qiyməti yeknəsək azalır.

  1. PRr hesablaşma kəmiyyəti ilə müqayisədə mənfəətin azalması mənfəət itkisi (DPR) hesab olunur. Real mənfəət PR-yə bərabər olarsa, onda

DPR = PRr - PR olar.

  1. Hədsiz böyük (nəzəri cəhətdən sonsuz) itkilərin ehti­malı praktik olaraq sıfıra bərabərdir, çünki itkilərin öncədən yuxarı həddi var (kəmiyyətcə ölçülməsi mümkün olmayan itkilər istisna olmaqla).

Əlbəttə qəbul olunan fərz etmələr müəyyən dərəcədə mü­bahisəlidir, çünki onlar həqiqətən də bütün risk növləri üçün gözlənilməyə bilər. Lakin onlar sahibkarlıq riskinin dəyişmə­lərinin ümumi qanunauyğunluqlarını düzgün əks etdirirlər və mənfəətin təsadüfi kəmiyyət kimi normal və ya normala yaxın bölgü qanununa tabe olması kimi fərziyyəyə əsaslanır.
Mənfəət əldə olunması ehtimalı əyrisindən çıxış edərək mümkün mənfəət itkiləri ehtimallarının risk əyrisi adlandı­rılan bölüşdürülməsi əyrisini quraq. Faktiki olaraq bu, başqa koordinat sistemində qurulmuş elə həmin əyridir (şə­kil 17.3).
Ehtimal olunan mənfəət (gəlir) itkisinin bölüşdürülməsi­nin təsvir olunmuş əyrisi üzərində bir sıra səciyyəvi nöqtə­ləri qeyd edək. Birinci nöqtə (DPR = 0 və V = VR) mənfəətin sıfır itkisi ehtimalını qiymətləndirir. Qəbul olunmuş fərziy­yələrə müvafiq olaraq sıfır itkilərin ehtimalı maksimumdur, hərçənd, əlbəttə, vahiddən azdır. İkinci nöqtə (DPR = PRr və V = VD) gözlənilən mənfəətə bərabər mümkün itkilərin kəmiyyəti ilə, yəni mənfəətin tam itirilməsi ilə səciyyələnir. 1 və 2 nöqtələri qonşudurlar, onlar yol verilən risk zonasının vəziyyətini müəyyənləşdirirlər.
üçüncü nöqtə (DPR = VR və V = VKR) hesablaşma satış pulu VR itkisi kəmiyyətinə müvafiqdir. Belə itkilərin ehti­malı VKR-ə bərabərdir. 2 və 3 nöqtələri böhranlı zonanın hüdudların dadır.
Dördüncü nöqtə (DPR = İS və V = VKT) sahibkarın əmlak vəziyyətinə (İS) bərabər itkilərlə səciyyələnir ki, bunların da ehtimalı VKX-ə bərabərdir. 3 və 4 nöqtələri arasında fəlakətli risk zonası yerləşir.
Sahibkarın əmlak vəziyyətindən artıq itkilər nəzərdən ke­çirilmir, çünki onları almaq mümkün deyil.
Müəyyən səviyyədə itkilər ehtimalı gözlənilən risk və onun məqbulluğu barədə fikir yürütməyə imkan verən mü­hüm göstəricilərdir, buna görə də qurulmuş əyrini risk əyrisi adlandırmaq olar. Məsələn, əgər fəlakətli itki ehtimalı bütün əmlakın itirilməsindən ciddi xəbər verən göstərici ilə ifadə olunmuşsa (deyək ki, onun qiyməti 0,2-yə bərabərdir), onda ağlı başında olan ehtiyatlı sahibkar belə işdən imtina edib bu riskə getməz.
Beləliklə, sahibkarlıq fəaliyyəti riskinin qiymətləndiril­məsi zamanı bütün ehtimal olunan risk əyrisini qurmayıb, yalnız dörd (ən çox ehtimal olunan risk və yol verilə bilən risk səviyyəsi, böhran və fəlakətli itkilər) səciyyəvi nöqtələ­rini müəyyənləşdirmək mümkün olursa, belə qiymətləndirmə qarşısında duran məsələnin uğurla həll olunduğunu hesab etmək olar. Bu göstəricilər əksər hallarda əsaslandırılmış riskə getmək üçün kifayət edir.
Riski qiymətləndirən sahibkar üçün nöqtəvi deyil, interval yanaşma daha səciyyəvidir. Onun üçün yalnız nəzər­də tutulmuş sövdədə 1000 rublun itirilməsi ehtimalının 0,1 və ya 10% təşkil etməsini bilmək vacib deyil. O həm də müəyyən hədlərdə (1000-dən 1500 rubl intervalında) olan məbləğin itirilməsi ehtimalı ilə də maraqlanacaq.
itkilərin ehtimal əyrisi bu suala itkilərin verilmiş inter- valda ehtimalın orta qiymətinin hesablanması yolu ilə cavab verməyə imkan verir.

İnterval yanaşmasının digər, «yarıminterval» formasının da təzahürü mümkündür, bu məhz sahibkarlıq riski üçün səciyyəvidir.
Riskin mümkünlüyü və məqsədəuyğunluğu barədə qərar qəbul etdikdə sahibkar üçün müəyyən səviyyədə itkilərin eh­timal olunduğunu bilməkdən daha vacib bu itkilərin hər han­sı bir səviyyədən yüksək olmayacağını bilməkdir. Məntiqlə riskin əsas göstəricisi məhz budur.
İtkilərin müəyyən səviyyədən yüksək olmayacağı ehtimalı etibarlılığın, inamlılığın göstəricisidir. Aydındır ki, sahib­karlıq işinin risk və etibarlılıq göstəriciləri bir-biri ilə sıx əlaqədardır.
Fərz edək ki, biznesmen müəyyənləşdirib ki, 10000 rublu itirmək ehtimalı 0,1% -ə bərabərdir, yəni nisbətən azdır və o belə riskə hazırdır. Burada əsas odur ki, sahibkar məhz tam 10000 rubl itirməkdən qorxmur. O bundan istənilən qə­dər az itki ilə barışmağa hazırdır, lakin bundan artıq itki ilə barışa bilməz. Bu, risk şəraitində biznesmenin təbii qanu­nauyğun davranış psixologiyasıdır.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   145   146   147   148   149   150   151   152   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin