MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə145/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   141   142   143   144   145   146   147   148   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Yaranma mənbəyinə görə aşağıdakı riskləri fərqləndirirlər:

  • bilavasitə təsərrüfat riskləri;

  • insanın şəxsiyyəti ilə bağlı olanlar;

  • təbii amillərlə şərtlənənlər.

İqtisadi risklər bankların fəaliyyətinin bütün tərəflərini: həm xarici, həm də daxili - əhatə edir. Buna müvafiq olaraq xarici və daxili risklər fərqləndirilirlər. Xarici risklər iki böyük qrupa bölünürlər: 1) likvidlik riskləri və 2) uğur risk­ləri.
Likvidlik risklərinə daxildir:

  • kredit riski və ya kreditlərin vaxtında qaytarılmaması ilə bağlı risk;

  • yeni, planlaşdırılmamış kreditlər riski;

  • bazar riski və ya yeni fəaliyyət növləri üzrə risk;

  • başqa risklər.

Likvidlik risklərindən ən əsası kredit riskləridir. Son illərdə Bazar İqtisadiyyatında təsərrüfat riskləri qaçılmaz oldu­ğundan riski idarə etməkdə birinci qayda belədir: «Riskdən qaçmamaq, onu öncədən görərək mümkün qədər aşağı səviy­yəyə endirmək ».
Risk vəziyyətinin nə olduğunu dərk etmək vacibdir. «Və­ziyyət» anlayışı «şərait*, «şərt», « vəziyyət* anlayışlarına yaxındır. O nəyəsə kömək edə, nəyisə ləngidə, təhrif edə, nəyin­sə qabağım ala bilər. Risk vəziyyəti qeyri-müəyyənlik vəziy­yətindən fərqlənir. Belə fərqləndirmə riski qeyri-müəyyənliyi, nəzərdə tutulan nəticəyə çatmanı, uğursuzluqları və məqsəd­dən sapınmaları kəmiyyət və keyfiyyət tərəfdən qiymətlən­dirməklə, seçim etməyin labüd olduğu vəziyyətdə aradan qaldırmaqla bağlı fəaliyyət kimi dəyərləndirməyə imkan verir.
Sahibkarlıq riski müəyyənləşdirilərkən «xərc», «zərər», «itki* anlayışlarını fərqləndirmək lazımdır. İstənilən sahib­karlıq fəaliyyəti mütləq xərclərlə bağlıdır, amma itkilər ha­disələrin uğursuz cərəyan etməsi, səhvlər nəticəsində yaranır və nəzərdə tutulanlardan əlavə xərcdir. Bu, risk kateqori­yasını keyfiyyət tərəfdən səciyyələndirir, lakin sahibkarlıq riskini kəmiyyət anlayışına çevirməyə zəmin yaradır. Həqi­qətən də, əgər risk resursları və ya gəliri itirmək təhlükəsi- dirsə, bu halda itkilərin mütləq və ya nisbi səviyyəsini əks etdirən kəmiyyət meyarı da mövcuddur.
Mütləq ifadəsində risk maddi-əşya və ya dəyərlə (pul) ifa­də olunmuş mümkün itkilər həcmi kimi müəyyənləşdirilə bi­lər, əgər zərər belə ölçüyə gəlirsə. Nisbi ifadədə risk mümkün itkilərin kəmiyyətinin müəyyən bazaya nisbəti ki­mi qiymətləndirilir. Baza etibarı ilə sahibkarın mülki vəziy­yəti, yaxud həmin sahibkarlıq növünə ehtiyatların ümumi məsrəfləri, yaxud sahibkarlıq fəaliyyətindən gözlənilən gəli­rin (mənfəətin) istifadə olunması daha münasib sayılır.
Müəssisə üçün riskin nisbi həcmini müəyyənləşdirdikdə baza kimi müəssisənin əsas fondlarının və dövriyyə vəsaitlə­rinin dəyəri və ya həmin növ sahibkarlıq fəaliyyəti üçün həm cari xərclər, həm də kapital qoyuluşları daxil olmaqla nəzər­də tutulmuş məcmu xərclər və ya gözlənilən gəlir (mənfəət) götürülür. Bu və ya digər bazanın götürülməsinin elə bir əhəmiyyəti yoxdur, amma daha yüksək etibarlılığa malik göstəriciyə üstünlük vermək lazımdır.
Müqayisə üçün istifadə olunan baza göstəriciləri mən­fəət, məsrəf, satış pulu hesablanmış və ya gözlənilən göstə­ricilər adlandırılır. Məlum olduğu kimi, bu göstəricilərin qiymətləri biznes planın hazırlanması zamanı, sövdənın, sa­hibkar layihəsinin texniki-iqtisadi əsaslandırılması prosesin­də müəyyənləşdirilir.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   141   142   143   144   145   146   147   148   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin