MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə142/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   138   139   140   141   142   143   144   145   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Başqa
əmtəələrə
xərclər

əkil 24.12-də dövlət tərəfindən nemətin 50%-nin subsi­diya olunması (məsələn, mənzilin kirayə haqqının 50% -nin subsidiyası) halı təsvir olunmuşdur. Subsidiya olunmasını həmin nemətə qiymətin azaldılması kimi təhlil etmək olar. Subsidiya alandan sonra fərd gəlir və əvəzləmə effektinin təsiri nəticəsində öz davranışını dəyişir. Gəlir effekti (İE) özünü fərdin bir qədər varlanması, bəzi yeni resurs imkanla­rının onun üçün əlçatan olması və onun daha yüksək fərqsiz- lik əyrisinə keçməsində göstərir. Digər tərəfdən, subsidiya olunan nemət (mənzil) onun üçün nisbətən daha ucuz olur və fərd bununla başqa nemətlərin istehlakını əvəzləyir. Əvəzləmə effekti (SE) özünü burada göstərir.
Şəkil 24,12. Subsidiyaların təhrifedici təsiri
Subsidiyaların təhrifedici təsiri özünü əvəzləmə effekti­nin mövcud olması nəticəsində fərdin subsidiya olunan ne­mətdən həddindən artıq çox istifadə etməsində və buna dövlətin həddən artıq çox resurs xərcləməsində göstərir. Ve­rilən subsidiyaların həcmi köhnə (BLq) və yeni (BL2) büdcə məhdudiyyətləri arasındakı şaquli məsafəyə bərabərdir, halbuki fərdi həmin daha yüksək fərqsizlik əyrisinə keçirə biləcək qeyri-məqsədli pul ödənişlərinin həcmi BLrlə gəlir effektini əks etdirən və ona paralel olan qırıq-qırıq xətt arasındakı şaquli məsafəyə bərabərdir. Nəticədə BL2 ilə BLj-ə paralel qırıq-qırıq xətt arasındakı məsafəyə bərabər artıq və­sait xərci (xalis itkilər) yaranır.
Fərdin natural kömək almasının, məsələn, ona müəyyən sahəli mənzilin pulsuz verilməsinin nəticələri şəkil 24.13-də şərh olunmuşdur.
Y0C0 xətti köməyin olmaması vəziyyətində fərdin büdcə məhdudiyyətini göstərir. Əgər fərd CL məbləğində pulsuz fərdi nemət alırsa (müəyyən yaşayış sahəsindən pulsuz isti­fadə üçün mənzil vauçeri), onda o həmin miqdarda nemətin istehlakı ilə məhdudlaşa, yaxud onun dəyərinin bir qismini ödəməklə daha çox nemətdən istifadə edə bilər. Bu halda fər­din büdcə məhdudiyyəti paralel yerini dəyişir (AB xətti), la­kin üfüqi parça (YqA) da meydana gəlir, çünki istehlakm minimum həcmi verilib və fərd mənzil vauçerindən başqa məqsədlər üçün deyil, yalnız mənzil haqqının ödənilməsi üçün istifadə edə bilər.


Şəkil 24.13. Natural yardım

Yeni tarazlıq AB parçası üzərində əldə olunursa, xalis itkilər yaranmır, çünki bu halda əvəzləmə effekti olmur. Əgər fərqsizlik əyriləri şəkil 24.13-də təsvir olunduğu kimi yerləşərsə, tarazlıq A nöqtəsində yaranar (künc həlli) və fər­də maksimum faydalılıq gətirən istehlak səviyyəsi (C*) onun üçün əlçatmaz olur. Belə vəziyyətin yaranmasının səbəbi ondadır ki, natural yardım edən cəmiyyətin minimum zəru­ri nemətlər istehlakı haqqında öz müəyyən təsəvvürü var və bu da ayrılıqda götürülmüş fərdin təsəvvürləri ilə üst-üstə düşməyə bilər.


Yardım proqramlarının doğurduğu təhrifləri minimallaş- dırmaq nöqteyi-nəzərindən pul forması daha əlverişlidir, çünki fərd gəlirlərini özü bölüşdürmək və tələbatlarını mak­simum dolğunluqla ödəmək imkanı əldə edir. Yardım natural məhsulların verilməsi və ya ayrı-ayrı məhsullara subsidiya formasında həyata keçiriləndə isə fərdə müəyyən dərəcədə proqramı hazırlayanların üstünlükverimləri “qəbul etdiri­lir”. Bundan başqa, eyni zamanda həyata keçirilən bir neçə naturallaşdırılmış proqramın təhrifləri üst-üstə gəlir və proq­nozlaşdırma və təhlil üçün çətinlik yaranır.
Yaranan təhriflərə baxmayaraq, natural yardım forması­nın bir sıra üstünlükləri var. İstehlakçıların nemətin xarak­teristikaları haqqında məlumatlanma səviyyəsi aşağıdırsa, inzibati qərarlar daha yaxşı ola bilər. Bundan başqa, onlar müəyyən nemət növünün istehlakını dəstəkləyir və vəsaitlə­rin təyinatına görə xərclənməməsinə imkan vermirlər. Axı, fərdin pul şəklində aldığı vəsait, məsələn, uşaqların təhsilinə deyil, alkoqol alınmasına xərclənə bilər. Bu halda, bir tərəfdən yardım alan fərdlərin, digər tərəfdən isə cəmiyyətin (vergi ödəyiciləri) üstünlükverimlərinin qarşılıqlı asılılığı yaranır.



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   138   139   140   141   142   143   144   145   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin