MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə144/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   140   141   142   143   144   145   146   147   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Yaranma mənbəyinə görə aşağıdakı riskləri fərqləndirirlər:

  • bilavasitə təsərrüfat riskləri;

  • insanın şəxsiyyəti ilə bağlı olanlar;

  • təbii amillərlə şərtlənənlər.

İqtisadi risklər bankların fəaliyyətinin bütün tərəflərini: həm xarici, həm də daxili - əhatə edir. Buna müvafiq olaraq xarici və daxili risklər fərqləndirilirlər. Xarici risklər iki böyük qrupa bölünürlər: 1) likvidlik riskləri və 2) uğur risk­ləri.
Likvidlik risklərinə daxildir:

  • kredit riski və ya kreditlərin vaxtında qaytarılmaması ilə bağlı risk;

  • yeni, planlaşdırılmamış kreditlər riski;

  • bazar riski və ya yeni fəaliyyət növləri üzrə risk;

  • başqa risklər.

Likvidlik risklərindən ən əsası kredit riskləridir. Son illərdə
yə institutları ilə bağlı münasibətləri sahəsində meydana gə­lir. Borc götürülmüş vəsait kəmiyyətinin özünün vəsaitinin kəmiyyətinə nisbəti nə qədər çox olsa, maliyyə riski bir o qədər böyük olar. Bu onunla izah olunur ki, kredit verilməsi və ya kredit şərtlərinin sərtləşməsi istehsalın dayanmasına səbəb ola bilər.
Risklər təhlükə mənbələrinin, risk zonalarının, təsir sa­hələrinin, riskin zaman müddətində bölgüsü, risk dərəcəsi­nin nəzərə alınması əsasında təsnif oluna bilərlər.
Belə ki, təhlükə mənbəyinə görə risklər aşağıdakılar ilə şərtlənə bilər:

  • təbii qüvvələrin (sel, qar yağması, zəlzələ, torpaq axını, epidemiyalar, yanğınlar və s. ) dağıdıcı təsiri ilə;

  • siyasi xarakterli səbəblərlə (müharibə, çevriliş, inqilab və s.);

  • iqtisadi xarakterli amillərlə (valyuta kursunun, səhm­lərin kursunun düşməsi, inflyasiya, müflisləşmə, tərəfdaşla­rın öz müqavilə öhdəliklərini yerinə yetirməməsi və ya keyfiyyətsiz yerinə yetirməsi, kreditin qaytarılmaması və s.);

  • hüquqi xarakterli şəraitlərlə (qanunvericilikdə dəyişik­liklər, qanunvericiliyin qeyri-kamilliyi, dövlət orqanları tərəfindən qanunvericiliyin düzgün tətbiq edilməməsi, məh­kəmə sisteminin qeyri-kamilliyi və s., həmçinin qeyri-qanuni davranışlar: oğurluq, soyğunçuluq, cinayətkar səhlənkarlıq, yalançı müflisləşmə, fırıldaqçılıq və mülkiyyətə qarşı sair cinayətlər və b.k.).


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin