MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Mənfəətin, gəlirin gözlənilən kəmiyyətlərə nisbətən azalması itki hesab olunur



Yüklə 1,26 Mb.
səhifə146/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   142   143   144   145   146   147   148   149   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Mənfəətin, gəlirin gözlənilən kəmiyyətlərə nisbətən azalması itki hesab olunur. Sahibkar itkiləri - birinci növ­bədə sahibkarlıq mənfəətinin təsadüfən azalmasıdır. Məhz belə itkilərin kəmiyyəti riskin dərəcəsini səciyyələndirir. Deməli, riskin təhlili hər şeydən əwəl itkilərin öyrənilməsi ilə əlaqədardır.


21.2. İtkilərin növləri
Hadisələrin gözlənilməyən variant üzrə inkişafı ilə şərt­lənən bu və ya digər itkilərin ehtimalını qiymətləndirmək üçün, hər şeydən əvvəl sahibkarlıqla bağlı bütün itki növlə­rini bilmək və onları ehtimalla proqnozlaşdırılan həcmlər kimi əvvəldən hesablamağı bacarmaq lazımdır.
Ehtimal olunan itkilərin proqnozlaşdırılması prosesində hesablanmasından danışdıqda nəzərə almaq lazımdır ki, ha­disələrin sahibkarlığın gedişi və nəticələrinə təsir edən təsa­düfi inkişafı yalnız bir resurs növünün məsrəfini artırmır, həm də başqa bir növün məsrəfinin azalmasına səbəb olur, yəni bir resurs məsrəfinin artması ilə yanaşı digərinə qənaət edilməsi müşahidə oluna bilər.
Riskin qiymətləndirilməsi zamanı onların hər biri eyni dərəcədə nəzərə alınmalıdır. Başqa sözlə, mümkün məcmu itkilərin müəyyənləşdirilməsi zamanı hesablanıb nəzərdə tutulmuş itkilərdən onları müşayiət edən qazancı çıxmaq lazımdır.
Sahibkarlıq fəaliyyətində mümkün olan itkiləri maddi, əmək, maliyyə, vaxt itkisi, xüsusi itki növlərinə bölmək məqsədəuyğundur.
Maddi itkilər - bu sahibkar layihəsində nəzərdə tutul­mamış əlavə məsrəflər və ya bilavasitə avadanlıq, əmlak, məhsul, xammal, enerji və s. itkisidir. Bu itki növlərinin hər biri öz ölçü vahidləri ilə hesablanır. Maddi itkilərin hə­min növ maddi resursların ölçülməsi üçün istifadə olunan ölçülərlə, yəni çəki, həcm, sahə və s. fiziki vahidləri ilə he­sablanması daha düzgündür.
Lakin müxtəlif vahidlərlə ölçülən itkiləri vahid itkilər şəklində ümumiləşdirmək qeyri-mümkündür. Kiloqramla metrləri toplamaq olmaz. Buna görə də itkiləri praktik ola­raq dəyər şəklində, pul vahidləri ilə ifadə etmək lazım gəlir. Bunun üçün fiziki ölçülü itkilər müvafiq maddi resursun vahidinin qiymətinə vurulmaqla dəyər ölçüsündə ifadə olunur.
Dəyərləri əvvəlcədən məlum olan kifayət qədər çox miqdar­da maddi resursların itkilərini o saat pul ifadəsində qiymətlən­dirmək olar. Hər bir ayrıca maddi ehtiyatların digər kəmiyyətində mümkün itkilərin səviyyəsi məlum olduqca, onlan ümumiləşdirmək olar, bu zaman təsadüfi kəmiyyətlər və onların ehtimalının fəaliyyət qaydalarına riayət olunmalıdır.
Əmək itkiləri təsadüfi, gözlənilməyən şəraitdən irəli gə­lən iş vaxtı itkiləridir. Əmək itkiləri insan-saat, insan-gün və ya sadəcə olaraq iş vaxtı saatları ilə ölçülür. Əmək itkiləri həcminin dəyər, pul ifadəsinə çevrilməsi əmək saatlarının miqdarını bir saatın dəyərinə (qiymətinə) vurmaqla həyata keçirilir.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   142   143   144   145   146   147   148   149   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin