MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


İtkilərin quruluşu və onları doğuran səbəblər



Yüklə 1,26 Mb.
səhifə148/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   144   145   146   147   148   149   150   151   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

21.3. İtkilərin quruluşu və onları doğuran səbəblər
İstehsal, kommersiya, maliyyə sahibkarlığında itkilərin bir neçə spesifik mənbələrini və onlara təsir edən amilləri göstərmək olar. Birinci növbədə bu, gözlənilməz siyasi amil­lərin təsirindən olan itkilərdir. Belə itkilər siyasi risk yara­dır. Bu təsərrüfat fəaliyyəti şəraitinin gözlənilməz, siyasi düşüncə və hadisələrdən dəyişməsi şəklində təzahür edir, sa­hibkar üçün uğursuz fon yaradır və resursların artıq xərc­lənməsini və gəlir itkisini şərtləndirə bilir.
Belə riskin tipik mənbələri - vergi dərəcələrinin artırılma­sı, məcburi ayırmaların tətbiqi, müqavilə şərtlərinin dəyişməsi, mülkiyyət formaları və münasibətlərinin transformasiyası, siyasi səbəblərdən əmlak və pul vəsaitlərinin alınmasıdır. Mümkün itkilərin həcmini və bununla şərtlənən risk dərəcə­sini bu halda öncədən müəyyənləşdirmək olduqca çətindir.
Gözlənilməzliyinə görə bunlara təbii fəlakətlər, həmçinin oğurluq və reketlə şərtlənən itkilər yaxındır.
Biznes planı formalaşdıran və mənfəət və gəlirin hesab­lanmasını həyata keçirən şəxslərin səriştəsizliyi və metodolo­giyanın qeyri-kamilliyindən irəli gələn itkilər olduqca spesifikdir. Əgər bu amillərin təsiri nəticəsində sahibkarlıq layihəsində gözlənilən mənfəət və gəlirlər artıq göstərilmiş­dirsə, real nəticələr isə aşağı olarsa, fərq istər-istəməz itki kimi qiymətləndirilir.
Sahibkarın tərəfmüqabillərinin səhlənkarlığı, vicdansızlı- ğı və müflisliyi ilə şərtlənən itkilər xüsusi yer tutur. Sövdə- də aldadılma, borclunun ödəniş qabiliyyətinin olmaması, borcun qaytarılmaması riski təəssüf ki, kifayət qədər realdır.
Sahibkarlıq növlərinə tətbiq edilən ən geniş yayılmış itki və risk şəraitlərini nəzərdən keçirək.
İstehsal sahibkarlığında itkilər

  1. Əmək məhsuldarlığının azalması, avadanlığın boş da­yanması və ya istehsal gücündən tam istifadə olunmaması, iş vaxtının itirilməsi, kifayət qədər ilkin materialın olma­ması, zay məhsul faizinin yüksək olması nəticəsində nəzərdə tutulmuş həcmdə məhsul istehsalı və satışının azalması plan­laşdırılmış satış pulunun əldə olunmamasına səbəb olur. Bu halda ehtimal olunan DD dəyərlə ifadədə aşağıdakı düsturla hesablanır:

DD=DHxQ,
burada DH - məhsul istehsalının ehtimal olunan məcmu azalmasıdır;
Q - məhsul həcmi vahidinin satış qiymətidir.

  1. Məhsulun satış üçün nəzərdə tutulmuş qiymətlərinin keyfiyyətin aşağı olması, bazar rəqabətinin uğursuz dəyiş­məsi, tələbin azalması, qiymət inflyasiyası ilə bağlı aşağı düşməsi aşağıdakı düsturla hesablanan ehtimal olunan it­kilərə səbəb olur:

DD=DQxH,
burada DQ - məhsul həcmi vahidi qiymətinin ehtimal olu­nan azalmasıdır;
H - istehsal və satış üçün nəzərdə tutulmuş məhsulun ümumi həcmidir.

  1. Materialın, xammalın, yanacağın, enerjinin artıq işlə­dilməsi ilə şərtlənən artıq maddi məsrəflər aşağıdakı asılılıq­la müəyyənləşən itkilərə səbəb olur:

DD=DM1 x Qi+DMa x Q2+...,
burada D M - material resurslarının ehtimal olunan artıq məsrəfidir;
Q - resurs vahidinin qiymətidir.

  1. Digər artıq məsrəflər yüksək nəqliyyat xərcləri, tica­rət məsrəfləri və s. əlavə xərclər nəticəsində yarana bilər.

  2. Əmək haqqı fondunun nəzərdə tutulmuş həcmindən ar­tıq xərclənməsi hesablanılmış say tərkibinin artırılması və ya ayrı-ayrı işçilərin əmək haqqının planlaşdırıldığından ar­tıq ödənilməsi nəticəsində yaranır.

  3. Biznes planın həyata keçirilməsi prosesində ayırmalar və vergilərin müəssisə üçün uğursuz istiqamətdə dəyişməsi yüksək ayırmalar və vergilərin ödənilməsinə səbəb olur.

Cərimələr, təbii itkilər şəklində və təbii fəlakətlərlə şərtlənən mümkün itkiləri hesablama yolu ilə nəzərə almaq qeyri-mümkündür. Kommersiya sahibkarlığında itkilər

  1. Alış haqqında müqavilə şərtləri ilə təsbit olunmamış sahibkarlıq layihəsinin həyata keçirilməsi prosesində əmtəə­nin alış qiymətinin uğursuz dəyişməsi (artması) aşağıdakı düsturla hesablanan ehtimal olunan itkilərə səbəb olur:

DD=H x DQ,
burada H - fiziki ölçüdə əmtəə alışı həcmi;
DQ - alış qiymətinin ehtimal olunan artımıdır.

  1. Alış həcminin nəzərdə tutulanla müqayisədə gözlənil­mədən azalması satış həcminin, yəni bütün əməliyyatların miqyasının azalmasına səbəb olur. Mənfəət (gəlir) itkisi alış həcminin azalmasının əmtəə satışı həcmi vahidinə düşən mənfəət (gəlir) vahidinə hasili ilə hesablanır.

Nəzərə alınmalıdır ki, alış və satış həcminin azalması xərclərin azalması ilə müşayiət oluna bilər, çünki şərti-daimi xərclərdən başqa əməliyyat həcminə müvafiq xərclər də var.

  1. Tədavül (daşınma, saxlanılma) prosesində əmtəə itkisi və ya əmtəənin keyfiyyətinin, istehlak dəyərinin itkiləri onun dəyərinin azalmasına səbəb olur. Belə zərərin səviyyəsi itirilmiş əmtəənin miqdarının alış qiymətinə və ya xarab ol­muş əmtəənin miqdarının satış qiymətinin azalmasına hasi­li yolu ilə hesablanır.

  2. Tədavül xərclərinin nəzərdə tutulmuşla müqayisədə artması müvafiq gəlirin, mənfəətin azalmasına səbəb olur. Xərclər artımının mümkün səbəbləri arasında nəzərdə tutul­mamış gömrük haqları, ödənişlər, cərimələr, əlavə xərclər də ola bilər.

  3. Əmtəənin satış qiymətinin nəzərdə tutulandan aşağı düşməsi satış həcminin qiymət azalmasına hasili həcmində itkiləri müəyyənləşdirir.

  4. Satış həcminin əmtəəyə əvvəldən nəzərə alınması mümkün olmayan tələb və ya tələbatın düşməsi, onunla rəqa­bətdə olan əmtəələr tərəfindən sıxışdırılması, satışa məhdu­diyyətlər ilə şərtlənən azalması satılmamış məhsul həcminin satış qiymətinə hasili ilə hesablanan gəlir və mənfəət itkilə­rinə səbəb ola bilir.




Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   144   145   146   147   148   149   150   151   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin