MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə147/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   143   144   145   146   147   148   149   150   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Maliyyə itkiləri nəzərdə tutulmamış ödənişlər, cərimələ­rin ödənilməsi, əlavə vergilərin ödənilməsi, pul vəsaiti və qiymətli kağızların itkisi ilə bağlı bilavasitə pul itkiləridir. Bundan başqa, maliyyə itkiləri nəzərdə tutulmuş mənbələr­dən qazancın az alınması, borcların qaytarılmaması, verilmiş məhsula görə alıcının ödəniş etməməsi, satılan məhsul və xidmətlərin qiymətinin aşağı düşməsi nəticəsində satış pulu­nun azalması nəticəsində də yarana bilər.
Pul itkisinin xüsusi növləri inflyasiya, rublun valyuta kursunun dəyişməsi, müəssisə vəsaitlərinin dövlət (respublika, yerli) büdcəsinə göstəriləndən əlavə alınması ilə bağlıdır. Birdəfəlik, qayıtmayan itkilərlə yanaşı hesabların dondurul­ması, vəsaitlərin vaxtında ödənilməməsi, borcların Ödənişinin ləngidilməsi ilə bağlı müvəqqəti maliyyə itkiləri də ola bilir.
Vaxt itkiləri sahibkarlıq fəaliyyəti prosesi nəzərdə tutul­duğundan ləng gedəndə meydana gəlir. Belə itkilərin bilavasi­tə qiymətləndirilməsi nəzərdə tutulmuş nəticənin əldə olunmasının gecikdiyi saat, gün, həftə, aylarla həyata keçiri­lir. Vaxt itkisini dəyər ölçülərinə keçirmək üçün təsadüfi vaxt itkilərinin sahibkarlıq fəaliyyətindən hansı gəlirlərin, mən­fəətlərin itkisi ilə nəticələnəcəyini müəyyənləşdirmək lazımdır.
Xüsusi itki növləri insanların sağlamlığına və həyatına, ətraf mühitə, sahibkarın nüfuzuna zərər vurulması, həmçi­nin digər arzuolunmaz sosial və mənəvi-psixoloji nəticələr şəklində təzahür edir. Xüsusi itki növlərini əksər hallarda kəmiyyətlə, bundanda daha çox dəyər şəklində ifadə etmək olduqca çətindir.
Təbii ki, hər bir itki növünün yaranması imkanının ilkin qiymətləndirilməsi və həcmi sahibkarlıq fəaliyyətinin müəy­yən dövrünü (ay, il, müddət) əhatə etməlidir. Ehtimal olunan itkilərin kompleks təhlilinin aparılması zamanı mümkün risklərin bütün mənbələrini müəyyənləşdirmək azdır, həm də onların hansının üstünlük təşkil etdiyini aydınlaşdırmaq lazımdır.
Mümkün itkilər həlledici və ikinci dərəcəlilərə bölünür. Sahibkarlıq riski müəyyənləşdirildikdə riskin səviyyəsinin qiymətləndirilməsində ikinci dərəcəli itkilər nəzərə alınmaya bilər. Əgər nəzərdən keçirilən itkilər arasında biri ya həcminə, ya da yaranma ehtimalına görə qalanlarını aşkar üstələyirsə, onda risk dərəcəsinin kəmiyyət qiymətləndirilməsində yalnız bu itki növünü nəzərə almaq olar. Bundan başqa, yalnız təsadüfi, bilavasitə hesablamaya, proqnozlaşdırmaya gəlməyən və buna görə də sahibkarlıq layihəsində nəzərə alınmayan itkilər nəzərə alınmalıdır. Əgər itkiləri qabaqcadan görmək mümkündürsə, onlar itki kimi deyil, qaçılmaz xərclər kimi nəzərdən keçirilməli və hesablamalara daxil edilməlidir. Belə ki, qiymətlərin, vergilərin qabaqcadan nəzərə alınmış hərə­kəti, təsərrüfat fəaliyyətinin gedişində onların dəyişməsini sahibkar biznes-planda nəzərə almalıdır.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   143   144   145   146   147   148   149   150   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin