MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Mövzu 21. Mikroiqtisadiyyat-da qeyri-müəyyənlik amilləri. Risklər nəzəriyyəsi



Yüklə 1,26 Mb.
səhifə143/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   139   140   141   142   143   144   145   146   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Mövzu 21. Mikroiqtisadiyyat-da qeyri-müəyyənlik amilləri. Risklər nəzəriyyəsi
21.1. Təsərrüfat riski: mahiyyəti və səbəbləri
21.2. İtkilərin növləri
21.3. İtkilərin quruluşu və onları doğuran səbəblər
21.4. Risk göstəricisi və onu qiymətləndirməyin üsulları
21.5. Riskləri idarəetmə metodları


21.1. Təsərrüfat riski: mahiyyəti və səbəbləri
Müasir şəraitdə iqtisadiyyatda ənənəvi quruluşların de­formasiyası baş vermiş, təsərrüfatçı subyektlərin mövcud olan davranış stereotipləri dəyişmişdir.
Bazar özləri riskə gedərək mübadilə sövdələşmələri apa­ran satıcı ilə alıcının görüşməsini nəzərdə tutur. Bəs müba­dilədə risk nədədir və qorxu hissi nədən doğur?
Bazarda hamı uduzmaqdan, aldadılmaqdan, zərər çək­məkdən qorxur. Hamı baha satıb ucuz almaq istəyir. Risk ondadır ki, əmtəə istehsalçısı tələbi öncədən duyub onu formalaşdırmaq və məhsulu hələ bazar dolmamış yüksək qiy­mətlə satışa çıxarmaq istəyir. Bu vaxt o, rəqiblər tərəfindən geridə qoyulmaq, pulu gələcəyi olmayan əmtəələrin istehsa­lına qoymaq, bazarın tələb etdiyindən daha çox mal istehsal edib onları dəyər-dəyməzinə satmaq təhlükəsi ilə üzləşir.
Beləliklə, bazarda kortəbii olaraq müxtəlif mübahisələr yara­nır ki, onlar da bazar mexanizminin, tələb və təklifin, rəqa­bətin və s. köməkliyi ilə öz həllini tapır.
Təsərrüfatçılıq fəaliyyətində risk adi haldır. Təsərrüfat­çılıq risklərinin səbəbləri olduqca müxtəlifdir.
Bu, təbii fəlakətlər, hadisələrin uğursuz gedişi, alıcı və satıcıların səhvləri, təsərrüfat fəaliyyətinin digər iştirakçı­ları tərəfindən öhdəliklərinin pozulması, qiymətlərin, vergi­lərin, ödənişlərin, siyasi vəziyyətin və s. dəyişməsi ola bilər. Bu səbəblər bu və ya digər dərəcədə həmişə mövcuddur, buna görə də gələcək iqtisadi vəziyyətin qeyri-müəyyənliyi riski qaçılmaz edir.
iqtisadi azadlıq qurban tələb edir, çünki bir təsərrüfatçı­nın azadlığı digər bazar subyektlərinin azadlığı ilə müşayiət olunur, onlar onun məhsulunu ala da bilər, almaya da, onun müqabilində başqa qiymətə məhsul təklif edə bilərlər, öz qiy­mətlərini, sövdələşmə şərtlərini və s. diktə edə bilərlər. Bi­rinin qazancı digərinə zərər ola bilər.
Beləliklə, bazar subyektlərinin bərabər iqtisadi azadlığı mütləq iqtisadi riskə səbəb olur. Bu zaman mütləq qeyd olunmalıdır ki, bazar iqtisadiyyatı şəraitində təsərrüfat fəa­liyyətində tam azadlıq yoxdur və ola da bilməz. M.Fridmen bu barədə obrazlı şəkildə deyirdi ki, sizin «əl-qol atmaq* azadlığınız « mənim burnuma qədər* olan məsafə ilə məh­dudlaşır. Azad bazar sistemi şəraitində tam deyil, iqtisadiy­yatın sürətli inkişafına rəvac verən kifayət qədər iqtisadi azadlıq mövcuddur. Təəssüf ki, belə azadlıq risklə bağlıdır.
V.l.Dal riski işgüzarlıq, zirəklik, xoş nəticəyə çatmaq ümidilə bəxtə-bəxt hərəkət etmək, S.I.Ojeqov isə mümkün təhlükə kimi izah edirdi. Bu izahları ümumiləşdirərək de­mək olar ki, risk uğurlu nəticəni qorxulu edən təhlükədir.
Bir qayda olaraq, bazar münasibətləri elə şəraitdə quru­lur ki, sahibkarlar rəqiblərinin maliyyə vəziyyəti, bazarın konyunkturası, bölgənin iqtisadi vəziyyəti və s. haqqında heç də həmişə dolğun və dürüst məlumat ala bilmirlər. Bu hal bazar münasibətlərinə qeyri-müəyyənlik elementləri gə­tirir və mənfəət əldə etməyə aparan davranış variantını seç­mək imkanını çətinləşdirir. Mənfəət əldə etmək imkanının real təminatı yalnız zərər çəkmək şəraitini əvvəlcədən qiy­mətləndirildiyi halda mümkün olur.
Planlı iqtisadiyyat dövründə «risk» probleminə kifayət qədər diqqət yetirilmirdi və «risk» iqtisadi məfhumu öz tətbiqi mənasında praktik olaraq işlədilmirdi. Ötən əsrin 80- ci illərinin sonunda ölkəmizdə «sahibkarlıq riski* məfhumu meydana gəldi. 90-cı illərin əvvəllərində artıq 17 «risk» nö­vü fərqləndirilmişdi: təsərrüfat, maliyyə, valyuta, investi­siya, faiz və b. Bu «risk» məfhumunun dəqiqləşdirilməsini və onun təsnifatını labüd etdi.
Hazırda iqtisadi ədəbiyyatda riskin vahid tərifi yoxdur. Lakin istənilən riskin əsası gələcəyə inamsızlıq, mümkün təhlükədir. Ənənəvi olaraq iki tərif verilir. Birincisi riskin səbəblərinə və onların qeyri-müəyyənliyinə əsaslanır. İkincisi isə riskə təsirin özünə söykənir. Buradan da risk qarşıdakı məqsəddən neqativ yayınmadır.
Əslində isə əsassız riskə yol verilməsi hallarına bir o qədər də az təsadüf olunmur. Belə riski macəra adlandırır­lar. Macəra şəraitin, imkanların və real qüvvələrin imkanla­rını nəzərə almadan görülən, təsadüfi uğura bel bağlayaraq və adətən uğursuzluğa məhkum olan işdir. Bu halda nəzərdə tuturlmuş məqsədi həyata keçirmək üçün obyektiv şərait olmur.
İqtisadi risklərin təsnifatı meyarlar çoxluğuna əsaslanır.
Sahibkarlıq fəaliyyətinin xarakterini nəzərə almaqla təsərrüfatçılıq təcrübəsində aşağıdakı əsas iqtisadi risk növlərini fərqləndirirlər:

  • istehsal - əmtəə və xidmətlər istehsalı, istənilən isteh­sal fəaliyyəti növünün həyata keçirilməsi ilə bağlıdır;

  • kommersiya - əmtəə və xidmətlərin satışı prosesi ilə bağlıdır;

  • maliyyə - bazar subyektlərinin banklar və digər maliy­

yə institutları ilə bağlı münasibətləri sahəsində meydana gə­lir. Borc götürülmüş vəsait kəmiyyətinin özünün vəsaitinin kəmiyyətinə nisbəti nə qədər çox olsa, maliyyə riski bir o qədər böyük olar. Bu onunla izah olunur ki, kredit verilməsi və ya kredit şərtlərinin sərtləşməsi istehsalın dayanmasına səbəb ola bilər.
Risklər təhlükə mənbələrinin, risk zonalarının, təsir sa­hələrinin, riskin zaman müddətində bölgüsü, risk dərəcəsi­nin nəzərə alınması əsasında təsnif oluna bilərlər.
Belə ki, təhlükə mənbəyinə görə risklər aşağıdakılar ilə şərtlənə bilər:

  • təbii qüvvələrin (sel, qar yağması, zəlzələ, torpaq axını, epidemiyalar, yanğınlar və s. ) dağıdıcı təsiri ilə;

  • siyasi xarakterli səbəblərlə (müharibə, çevriliş, inqilab və s.);

  • iqtisadi xarakterli amillərlə (valyuta kursunun, səhm­lərin kursunun düşməsi, inflyasiya, müflisləşmə, tərəfdaşla­rın öz müqavilə öhdəliklərini yerinə yetirməməsi və ya keyfiyyətsiz yerinə yetirməsi, kreditin qaytarılmaması və s.);

  • hüquqi xarakterli şəraitlərlə (qanunvericilikdə dəyişik­liklər, qanunvericiliyin qeyri-kamilliyi, dövlət orqanları tərəfindən qanunvericiliyin düzgün tətbiq edilməməsi, məh­kəmə sisteminin qeyri-kamilliyi və s., həmçinin qeyri-qanuni davranışlar: oğurluq, soyğunçuluq, cinayətkar səhlənkarlıq, yalançı müflisləşmə, fırıldaqçılıq və mülkiyyətə qarşı sair cinayətlər və b.k.).


Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin