MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi


Gəlirlərin yenidən bölgüsü: formaları, metodları və dövlət siyasətinin nəticələri



Yüklə 1,26 Mb.
səhifə141/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   137   138   139   140   141   142   143   144   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

20.5. Gəlirlərin yenidən bölgüsü: formaları, metodları və dövlət siyasətinin nəticələri
Gəlirlərin yenidən bölgüsünün dövlət siyasəti bir tərəfdən vergi qoymadan, digər tərəfdən isə transfertlər sistemindən istifadəsini nəzərdə tutur. Qeyd olunmalıdır ki, yenidən böl­gü həm məqsədyönlü, həm də bilməyərək aparıla bilir. Məq­sədyönlü yenidən bölgü mütərəqqi gəlir vergisi dərəcəsindən istifadəni, kapitallara vergi qoymanı və aztəminatlı fərdlərə tarazlı ödənilməsini nəzərdə tutur. Bilməyərəkdən yenidən bölgü büdcə gəlirlərinin artırılması məqsədilə vergi tətbiqi, məsələn, əmtəələrə aksiz qoyulması nəticəsində müxtəlif gəlir səviyyəli fərdlərin həmin verginin ödənilməsində müxtəlif dərəcədə iştirakı zamanı yaranır. Digər tərəfdən, ictimai nemətlərin yaranmasına sərf olunan daha aşağı sə­viyyəli vergilər Ödəyən yoxsul fərdlər ictimai nemətlərdən istifadədən, məsələn, pulsuz səhiyyə və ya təhsildən, bir qay­da olaraq daha çox faydalılıq əldə edirlər.
Yenidən bölgü sahəsində ayrıca yeri sosial sığorta tutur. Fərdlərin sosial sığorta fondlarından aldıqları ödənmələr onların əvvəllər etdikləri ödənişlər hesabına həyata keçirilir. Bununla da eyni bir şəxs üçün zamanarası yenidən gəlir böl­güsü baş verir.
Transfertlər sistemi üzərində daha geniş dayanaq. Trans- fert ödənişləri altında əhaliyə dövlət büdcəsindən ehtiyacı olan vətəndaşlara vəsaitin yenidən bölgüsü qaydasında hə­yata keçirilən pul ödənişləri başa düşülür. Bundan başqa, transfertlərə natural ödənişlər də, məsələn, məktəblərdə uşaqlara pulsuz yemək, ərzaq talonları, pulsuz kommunal xidmətləri ( və ya onların güzəştlə ödənilməsi) və s. daxildir.
Transfertlər sistemi, bir qayda olaraq, ehtiyacı olan fərd- lərin gəlirlərinin sosial məqbul səviyyədə saxlanılması məq­sədi güdür. Belə proqramların çatışmazlıqlarından biri hətta öz vəziyyətini yaxşılaşdırmaq imkanı olduğu halda belə fərd- də «ehtiyacı olaıı» kimi qalmaq istəyi oyanması vəziyyətidir. Yəni sosial yardım proqramlarının təhrifedici təsiri təzahür edir.
Pul ödənişləri fərdin zəhmət və istirahət arasında seçi­mini təhrif edir, çünki aztəminatlığı dəf etmək vasitəsi kimi çıxış edirlər və resipiyentlərin gəlirləri ilə əlaqələndirilməli­dirlər. Adətən gəlir artdıqca, ödənişlər azalır, bununla da əməyin cəlbediciliyi nisbətən azalır (yoxsulluq tələsi).
Şəkil 24.11-də fərdə pul tarazlığı ödənilməsi və gəlir art­dıqca, onun azalması vəziyyəti təhlil olunur. ZO xətti proq­ramın tətbiqinə qədərki büdcə məhdudiyyətlərini göstərir. OY* heç bir əmək gəliri olmayan fərdlərin tarazlığının qə- dəridir. OY** - məcmu gəlirinin (tarazlıq nəzərə alınmaqla) müəyyən yuxarı həddidir ki, ona çatanda şəxs daha aztəmi­natlı hesab olunmur və ona daha tarazlıq ödənilmir.
Aydındır ki, fərd LD -dən çox əmək səyləri sərf etməyə qabildirsə və niyyətindədirsə, nəzərdən keçirilən proqram bilavasitə ona aid olmur.
BD parçasında əmək həcmini LB-yə qədər azaltmağa sti­mul var, çünki B nöqtəsindən keçən fərqsizlik əyrisi D nöq­təsindən keçən əyriyə nisbətən daha yüksək faydalılıq səviyyəsini əks etdirir. Fərd yardım almaq hüququ əldə et­mək üçün əmək səylərini azaldır, yəni təhrifedici təsir, sə­mərəliliyin itirilməsi müşahidə olunur.
Y*B parçasında əmək səylərinin artması gəlirin artması ilə nəticələnir, lakin bu artım proqram olmayan vaxta nisbə­tən daha azdır. Bu parçada müavinətin həcmi: G=aY, bura­da a — proporsionallıq əmsalıdır (a
Şəkil 24.11. Pul ödənişlərinin resipiyentlərə təhrifedici təsiri
La -da fərdin qazancı Ya-dır, YaA isə ictimai vəsaitlər­dən alınan məbləğdir. Fərqsizlik əyrisinə A nöqtəsindən ke­çərək çəkilmiş biganəlik əyrisinə toxunan Z0 xəttinə paralel olub həm də F nöqtəsindən keçir. Y*B xətti toxunandan daha dikdir (bu, aBeləliklə, AH kəsiyi pul ödənişlərinin təhrifedici təsiri ilə şərtlənən xalis itkilərdir.
tndi isə natural ödənişlər və ya ayrı-ayrı əmtəə və xid­mətlərin alınmasına yardım formasında verilən yardımla bağlı vəziyyəti nəzərdən keçirək. Pul ödənişləri ilə müqayi­sədə natural ödənişlər daha güclü təhrif edici təsir göstərir­ lər. Hətta ən kiçik «naturallaşdırma» zamanı belə istehlakı ictimai vəsaitlər hesabına dəstək tapmayan başqa subsidiya buraxılan əmtəə və ya xidmətlərin əvəzlənməsinin həvəslən- dirilməsi baş verir.
Ş

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   137   138   139   140   141   142   143   144   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin