MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə137/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   133   134   135   136   137   138   139   140   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Libertarizm

  • Libertarizm konsepsiyası tərəfdarları azadlıq hüququna və xüsusi mülkiyyət hüququ da daxil olmaqla fərdin hüquq­larına üstünlük verirlər. Bu konsepsiyanın kökü Qobbs və Lokkun əsərlərinə gedib çıxır. Onlar təbii qanunlar fəlsəfəsi tərəfdarı olmaqla fərdin Öz əməyinin məhsuluna hüququ olmasından danışırdılar. Beləliklə də söhbət ilkin paylaşma əsasında bölgüdən və istehsal amillərinə qiymətin yaranma­sından gedir.

  • Bu hüquq heç bir məhdudiyyətsiz həyata keçirilə bilər (me­yar 1) və ya rəqabətli bazarlarda alman gəlirlərlə məhdudlaşa bilər (meyar 2). Bu halda inhisar hökmranlığı da, əmək haq­qının işçinin son hədd məhsuldarlığı səviyyəsindən yuxarı müəyyənləşdirilməsi kimi düzgün hesab olunmayacaq. Daha bir yanaşma (meyar 3) ilkin paylaşma prinsipinin kapital gə­lirlərinə deyil, “qazanılmış” gəlirə tətbiq olunmasını nəzərdə tutur. Bu düzgün ola bilər, çünki əmək antinemətdir və fay- dalılığın azalmasım əvəzləmək üçün fərd əməyinin məhsulunu Özündə saxlamalıdır. Digər tərəfdən, kapitaldan gəlir, “qaza­nılmayan” kimi, fərqli vergi qoyulması obyekti ola bilər.

  • Müasir libertaristlərin bir qismi də təbii hüquqlar nə­zəriyyəsi tərəfdarıdır. Robert Nozik “Anarxiya, dövlət və utopiya”(1974) kitabında mülkiyyətə malik olmanın ədalət- liliyi (justice in holdinqs) və minimalist dövlət nəzəriyyəsini inkişaf etdirirdi.

  • Mülkiyyətə sahib olmanın ədalətliliyi üç tərkib hissədən ibarətdir - qazanılmış gəlirə sahib olmaq, alınmış, öz növbə­sində qazanılmış kimi yaradılmış transfertlərə (irsə) sahib olmaq və dövlətin ədalətsiz yolla əldə olunmuş gəlirləri yeni­dən bölüşdürmək hüququ.

  • Yuxarıda müəyyənləşdirilmiş ədalət tərifi dövlətin fun­ksiyalarına minimalist yanaşmanın klassik nümunəsidir: yalnız zorakılıqdan, oğurluqdan, kələkbazlıqdan müdafiə, müqavilələrin yerinə yetirilməsinin məcbur etməklə təmin olunması. Beləliklə, yenidən bölgü fəaliyyəti yalnız bu mini­mal xərclərin maliyyələşməsi ilə məhdudlaşır.

    Ceyms Byükenen və Qordon Tallok ictimai seçim nəzəriy­yəsini hazırlamaqla (1962) minimal dövlət hüdudlarından kənara çıxdılar. Onların fikrincə, hökumətə bütün cəmiyyət üzvlərinin təqdir etdiyi fəaliyyət növünü həyata keçirmək təklif olunur, çünki bircə fərdin də vəziyyətinin pisləşməsi güman edilmir. Bu, vergilərdən və dövlət xərclərindən Pare- to konsepsiyası mövqeyindən iqtisadi vəziyyəti yaxşılaşdır­maq üçün istifadə etməyə imkan verir.
    Libertarizmin digər istiqaməti Fridrix Xayek və Milton Fridmenin əsərlərinə əsaslanır. Xayek nəzəriyyəsi üç prinsi­pə əsaslanır:

    • fərdi azadlığın üstünlüyü;

    • bazar mexanizminin əhəmiyyətinin tanınması;

    • sosial ədalətə çatmağın cəmiyyət üçün yalnız faydalı deyil (çünki, belə bir şey ümumiyyətlə yoxdur), həm də zə­rərli olmasına inanmaq.

    Libertaristlər üçün azadlıq fərd üçün məcburiyyətin və məhdudiyyətlərin olmamasıdır və özündə siyasi azadlıqları, söz azadlığını və iqtisadi azadlıqları ehtiva edir. Libertarist- lərin əsas dəlili bundan ibarətdir ki, bərabərliyə çatmaq üçün edilən cəhdlər azadlığı məhdudlaşdırır və ya məhv edir. Ba­zar mexanizmi desentralizasiya olunmuş nəhəng informasiya axınının ən yaxşı koordinasiyaçısı və bununla da səmərəli bölgü alətidir. O, istehlakçılar üçün səmərə yaradır, çünki rəqabət mübarizəsi seçim İmkanlarını maksiraallaşdırır, xərcləri minimallaşdırır və istehsalçı hökmranlığım azaldır.
    Bundan başqa, o, cəmiyyət rifahlarını təmsil etməli olan hö­kumətin iradəsindən asılı deyil.
    Libertarist nəzəriyyələrindən çıxış edərək ilkin malik olma prinsipinin müasir versiyası (meyar4) bərabərsizliyin olmasını ədalətli sayır (əgər bu, fərdlərin qabiliyyətinin, onların iş vaxtına və istirahətə nisbətdə üstünlükverimləri- nin və onların Öz aktivlərindən istifadə edə bilmək qabiliy­yətinin müxtəlifliyi nəticəsində yaranırsa) və əgər onlar alınmış irsin, təhsil almaq imkanlarının müxtəlifliyi və ya ailə statusunun (məsələn, varlı ailəyə mənsubluq) nəticəsidir- sə bərabərsizliyin olmasını ədalətsiz sayır.

    Yüklə 1,26 Mb.

    Dostları ilə paylaş:
  • 1   ...   133   134   135   136   137   138   139   140   ...   166




    Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
    rəhbərliyinə müraciət

    gir | qeydiyyatdan keç
        Ana səhifə


    yükləyin