MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə140/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   136   137   138   139   140   141   142   143   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

İctimai rifahın funksiyası
Kompensasiya meyarından resursların bölgüsü və təkrar bölgüsünün qiymətləndirilməsi üçün istifadə bir sıra prob­lemlər doğurur. Məsələn, qazancın miqdarını və fərdlərin it­kilərini, o cümlədən potensial kompensasiyanın həcmini necə qiymətləndirməli? Təhlilin sadələşdirilməsi üçün Abram Berqson sosial rifahın funksiyası ideyasını vermiş, sonradan Pol Samuelson həmin ideyanı işləyib genişləndirmişdi.
“İctimai” rifah konsepsiyasına yalnız cəmiyyətin sərən­camında olan resurs və nemətlərin miqdarı deyil, həm də konkret iqtisadi məhsulun bölgüsündə ədalətə aid olan etik normalar daxildir. Bundan başqa, etik normalar alternativ iqtisadi nəticələrin rəqəmlə ifadə olunmuş, təsrif atına daxil edilə bilərlər ki, bu təsrifatın özü də hər bir fərddə olan fay- dalılığın sıra qiymətləndirməsindən asılıdır.
Sosial və etik normalar məhz hər bir fərdin əldə etdiyi əmtəə dəstini əks etdirən faydalılıq indekslərinin kəmiyyəti­nə deyil, həmin dəstlərin özlərinə sanbal və qiymət verirlər. Belə mövqeyin bir sıra problemli cəhətlərini bir tərəfə qoyub asanlıqla görmək olar ki, həmin normalar bölgü etikasının rolunu yüksəldir.
İctimai rifah funksiyası fərdlərin üstünlükverimlərinə reaksiya verir ki, bu da müəyyən dərəcədə Pareto meyarı ilə uzlaşır. Eyni zamanda ona etik bölgü normaları da daxildir ki, bunlar da Pareto meyarının nəzərə almadığı nəticələrin təsnifatını aparmağa imkan verir.

Fərdi faydalılıq funksiyası və fərdi fərqsizlik əyrisinin təriflərinə bənzətməklə ictimai fərqsizlik əyrisinə tərif ver­mək olar. İctimai fərqsizlik əyrisi eyni səviyyədə rifahı tə­min edən, başqa sözlə, onlara səbəb ictimai rifahın eyni əhəmiyyət daşıdığı müxtəlif fərdlər və ya onların qrupları­nın faydalılıq kombinasiyaları çoxluğudur. İctimai fərqsizlik əyriləri cəmiyyət qarşısında duran, nəticədə bir qrupun aldı­ğı, digərinin itirdiyi alternativ seçim tiplərini nəzərdən ke­çirməyin rahat üsullarını təklif edirlər.
Şəkil 24.8. İctimai fərqsizlik əyriləri

Görünür, hər bir fərd üçün aynlıqda yaxşı olması cəmiy­yət üçün daha yaxşıdır - bu Pareto prinsipinə müvafiqdir. Belə ki, şəkil 24.8-də W2 ilə qeyd olunmuş ictimai fərqsizlik əyrisi üzərində olan 1-ci və 2-ci qrup faydalılıq kombinasi­yalarının hamısı daha yüksək ictimai rifah verir, nəinki W1 əyrisi üzərindəki bütün kombinasiyalar.


ictimai vəziyyət funksiyası Pareto prinsipindən fərqli olaraq istənilən resurs bölgüsünü dərəcələrə bölmək üçün zə­min yaradır, çünki Pareto prinsipi ilə biz yalnız bir vəziyyə­tin digərindən yaxşı olmasını müəyyənləşdirə bilirik, o da əgər vəziyyətlər heç olmasa dəyişilməz qalarsa və kimsə onları yaxşılaşdırarsa. Deyək ki, Z nöqtəsi fərd qrupları ara­sında nemətlərin ilkin bölgü nöqtəsidir. Şəkildən göründüyü kimi, yenidən bölgü hesabına Z* nöqtəsinə yerdəyişmə icti­mai rifahı artırır, özü də bu maksimum mümkün rifah sə­viyyəsi olacaq, çünki W2 fərqsizlik əyrisi çatılması mümkün olan faydalılıq əyrisinə toxunandır.
İctimai rifah funksiyasının xarakteristikasından görün­düyü kimi, o. fərdi üstünlükverimlərinin aqreqasiyasının nə­ticəsidir:



burada Ult Un - fərdlərin faydalılıq funksiyasıdır.


Bəs fərdi üstünlük verimlərin ümumiləşdirilməsi necə baş verir? İctimai rifah funksiyasının qarşısında duran məsələ­lərdən birinin cəmiyyətin ədalət haqqında təsəvvürlərini əks etdirmək olduğundan, buna cavabı yuxarıda nəzərdən keçi­rilmiş libertarizm, utilitarizm və eqalitarizm nəzəriyyələri cavab verə bilər.
Dərhal qeyd etmək lazımdır ki, libertaristlər fərdi fay- dalılıqların müqayisə edilməsinin qeyri-mümkün olmasından və deməli, ictimai rifah funksiyasının qurulmasının qeyri- mümkün olmasını söyləyirlər. Üstünlük fərdi azadlıqlara və xüsusi mülkiyyət hüququna verilir. Libertarizm nöqteyi-nə­zərindən yalnız Pareto meyarına cavab verən dəyişikliklər yol veriləndir.
Utilitarizm üçün bütövlükdə ictimai faydalılıq funksiya­sını fərdi faydalılıqlarm məcmusu hesab etmək səciyyəvidir. Əgər hər bir cəmiyyət üzvünün rifahı eyni dəyərə malikdir- sə, onda ictimai rifah funksiyasını bentamian adlandırır və belə yazırlar:



Y
n


ox, əgər cəmiyyətdə hər hansı bir qrupa və ya fərdlər qrupuna (məsələn, aztəminatlı fərdlərə) üstünlük verilirsə, funksiya belə yazılır:
Burada at üstünlük əmsalıdır.
Bu hər hansı sosial qrupa üstünlük verilməsi prinsipi At- kinson indeksinin hesablanmasında istifadə olunur. Məsələn, utilitaristlər e-nin O-la 8 arasındakı qiymətini seçərlər, amma əhalinin yoxsul təbəqələrinin faydalılığı nə qədər çox qiy­mətləndirilsə, onun qiyməti bir o qədər yüksək olar. Aydın­dır ki, libertaristlər üçün e = 0, roulsiançılar üçün isə e = 8. İctimai rifahın Bentamian funksiyası hesab edir ki, cəmiyyət bir fərdin faydalılığının bir hissəsini qurban verməyə hazırdır ki, digərinin faydalılığı bir o qədər artmış olsun. Buna görə ictimai fərqsizlik əyrisi şəkil 24.9, a-da göründüyü kimi, maillik bucağı-1-ə bərabər olan tangensli düz xətdir.
Eqalitar yanaşma nöqteyi-nəzərindən cəmiyyətin rifahı - libertaristlərdə olduğu kimi, fərdlərin rifahının sadəcə ümu­miləşdirilmiş adı deyil, hətta utilitaristlərdə olduğu kimi, fərdi faydalılıqların cəmi də deyil. Bu, cəmiyyətin özünün vahid bir orqanizm kimi ali maraqlarına cavab verir ki, bu­rada fərdlər üzv funksiyalarını yerinə yetirirlər. Bu mövqe­dən bir qayda olaraq gəlirlərin böyük müxtəlifliyi ilə bir araya sığmayan birlik və həmrəylik daha yüksək qiymətlən­dirilir, nəinki fərdi uğurlar və fərdin dövlətdən müstəqilliyi. Beləliklə, libertaristlər kimi eqalitaristlər də ictimai rifah funksiyasının mövcudluğunu tanımırlar.
Eqalitarizm çərçivəsindəki yanaşmalardan birini - roul- sianlığı nəzərdən keçirsək, onda ictimai rifah funksiyasını belə əks etdirmək olar:
W(Ut UJ=min1pı\i = (l,n)



Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin