MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə136/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   132   133   134   135   136   137   138   139   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

100
Gəlir,
toplanmış gQ_ faizlər
60­
40
20-

əkil 24.4. Qırıq-qırıq Lorens əyrisi
ikinci haldakından daha yüksəkdir, gəlir bölgüsü daha bəra­bərdir, Cini əmsalı bölgünü müqayisə etməyə imkan verir və başqa ölçülər də (dispersiya, variasiya əmsalı və s.) eyni mü­qayisə nəticəsi verir. Lorens əyriləri kəsişirsə (şəkil 24.3, b), hansı ölkədə bərabərsizliyin çox olduğunu dəqiq müəyyənləş­dirmək mümkün deyil, Cini əmsalı müqayisəni qeyri-dəqiq edir və başqa ölçülər müxtəlif nəticələr verə bilər.
Cədvəl 24.3

Keçid iqtisadiyyatlı ölkələrdə Cini əmsalının göstəriciləri

Ölkələr

Cini əmsalı

1987-1988

1998-1994

Polşa

0,26

0,31

Bolqarıstan

0,23

0,31

Rumıniya

0,23

0,31

Macarıstan

0,23

0,28

Çex Respublikası

0,19

0,27

Slovakiya

0,20

0,20

Sloveniya

0,24

0,29





Litva

0,23

0,37

Latviya

0,23

0,27

Estoniya

0,23

0,40

Rusiya

0,24

0,36

Ukrayna

0,23

0,33

Belarusiya

0,23

0,22

Moldova

0,24

0,36

Qazaxıstan

0,26

0,33

Qırğızıstan

0,26

0,35

Türkmənistan

0,26

0,36

Özbəkistan

0,26

0,33

Mənbə: B.Mujıauoeuu. Eeduocmb, nepaeeHcmeo u cou,uajibnası nojıumuKa e cmpanax c nepexodnoü əkohomukoü. BceMupubtü 6o.hk, 1995. C. 19.



Şəkil 24.3, b-də göstərilir ki, 20% ən az təminatlı vətən­daş Almaniyada Böyük Britaniyadakından daha azdır, lakin kəsişmə nöqtəsindən sonra Almaniyada bölgü daha qeyri- bərabər olur. Almaniya üçün Cini əmsalı daha böyük olub və bununla da Böyük Britaniyada gəlir bölgüsü bərabərsizliyi daha az olub. Lakin aşağı gəlirli fərdlər qrupuna daha çox əhəmiyyət verən başqa göstəricilərdən istifadə göstərdi ki, Böyük Britaniyada bərabərsizlik Almaniyadakından çoxdur.


Atkinson indeksi
Yuxarıdakı mülahizələrdən görünür ki, bərabərsizlik sə­viyyəsini sosial ədalətin keyfiyyət dəyərləndirilməsini cəlb etmədən dəqiq ölçmək mümkün deyil. Lorens əyriləri kəsişir­sə, bərabərsizliyin müqayisəli dəyərləndirilməsi üçün cəmiy­yətin nisbi ədalətli bölgüsündə üstünlükverimləri ifadə etmək üçün «sosial ədaləti* ölçən lazımdır. Belə ölçənlərdən biri 1970-ci ildə Entoni Atkinsonun təklif etdiyi parametri­dir. O, cəmiyyətin bərabərsizliyə verdiyi əhəmiyyəti göstərir. Parametrin qiymətləri gəlir bölgüsünün elə bir əhəmiyyət daşımadığı sıfırla cəmiyyətin ən az təminatlı fərdlərə qayğı ilə yanaşmasını əks etdirən sonsuzluq arasındadır. Atkinson indeksi bərabərsizliyi cəmiyyətin üstünlükverimlərini nəzərə almaqla ölçür:
1
A=1

f(yj

fl-Ej
burada yr i qrupunda fərdin gəliri; n - qrupların sayı;
f(yj~ gəliri i qrupuna mənsub olan əhalinin payı; /ı - gəlirin orta kəmiyyəti.
Cədvəl 24,4
Atkinson indeksinin
Böyük Britaniya və AFR üçün
kəmiyyətləri, 1964-cü il


e qiyməti

Atkinson indeksinin (A) qiyməti




Böyük Britaniya

AFR

0,5

0,12

0,17

1,0

0,24

0,29

1,5

0,34

0,38

2,0

0,43

0,45

3,0

0,55

0,54

Mənbə: Atkinson, Anthony B., On the Measurement of İnequal-ity. Journal of Economic Theory, 1970,



Atkinson indeksi bərabərsizliyi ölçən və eyni zamanda yenidən bölgüdən cəmiyyətin potensial qazancı kimi nəzər­dən keçirilə bilər. Əgər A=0,3 olarsa, gəlirin bərabər bölgü­sündə həmin maddi rifah halına çatmaq üçün hazırkı milli gəlirin cəmi (100-30)% =70% -i kifayət edərdi. Digər tərəf­dən, bərabər bölgüyə nail olan cəmiyyətin qazancı milli gəlirin 30% artımına bərabərdir. Düsturdan görünür ki, e kəmiyyəti nə qədər böyük olsa və bölgüdə ilkin bərabərsiz­lik nə qədər çox olsa, cəmiyyətin qazancı bir o qədər çox olar.


Cədvəl 24.4-də Böyük Britaniya və AFR üçün Atkinson indeksinin kəmiyyətləri verilmişdir. Cədvəldən görünür ki, e nə qədər böyük olsa, ölçülmüş bərabərsizlik bir o qədər çox­dur. Gəlir bölgüsündə bərabərsizlik £<3 olduqda Almaniya­da Böyük Britaniyadakından daha yüksəkdir, lakin aşağı səviyyədə gəlirlərin bərabərsizliyinə daha çox əhəmiyyət ve­rilirsə, vəziyyət əksinə olur.
20.3. Sosial ədalət nəzəriyyəsi
Gəlirin cəmiyyətdə bölgüsünün ölçülməsi üsullarının nəzərdən keçirilməsi bizi belə bir mühüm nəticəyə gətirdi ki, bərabərsizliyin dəyərləndirilməsi üçün statistik hesablama­larla yanaşı mövcud gəlir bölgülərinin ədalətli olması, yaxud onların dəyişdirilməsinin arzu olunması haqqında mülahizə­lərin olmasını da tələb edir.
Amil qiymətləri nəzəriyyəsinə və milli gəlirin bölgüsünü istehsal amillərindən qazanc kimi nəzərdən keçirən ənənəvi neoklassik bölgü nəzəriyyəsi iqtisadi təhlildə əhəmiyyətli rol oynayır, lakin burada əsas diqqət resursların səmərəli yerləşdirilməsi məsələsinə yönəldilir. Allokasiya səmərəlili­yinə çatmaq üçün hər bir amilin son hədd məhsulu ondan bütün istifadə istiqamətləri üçün bərabər olmalıdır. Lakin bu nəzəriyyə Özü-özlüyündə hansı bölgünün ədalətli olması sualına cavab vermir.
Bu sualın qoyulması gəlirlərin bazar qüvvələrinin nəticəsi kimi bölgüsündən dövlətin yenidən bölgü siyasətinə keçidi göstərir. Bununla bağlı həmin problemin üç aspektini göstər­mək olar:

  1. Yenidən bölgü hətta aparılan iqtisadi siyasətin məqsədi onunla heç cür bağlı olmayanda belə baş verə bilir, buna görə də mümlcün yenidənbölgü effekti nəzərə alınmalıdır.

  2. Əgər hər hansı bir yenidən bölgü zəruridirsə, onda o, səmərəliliyin itirilməsi məfhumları ilə ən az itki ilə həyata keçirilməlidir.

  3. Hansı yenidən bölgünün tələb olunduğunu müəyyən­ləşdirmək və ya aparılan büdcə siyasətinin nəticələrini qiy­mətləndirmək üçün baza - ədalətli bölgü standartı lazımdır.

Birinci iki sualı təhlil etmək üçün standart iqtisadi təhlildən istifadə oluna bilər, lakin həmin üsul üçüncü problemin məqbul həllini tapmaq iqtidarında deyil. Zəruri meyarların formalaşdırılmasına siyasi fəlsəfənin bir qismi, o cümlədən müxtəlif sosial ədalət nəzəriyyələri həsr olunub. Əsas istiqamətlər libertarizm, utilitarizm və eqalitarizmdir.
Sosial ədalətə çatmağın bu nəzəriyyələr çərçivəsində təklif olunan meyarlarını qısa şəkildə belə vermək olar.
Libertarizm:

  • bazar mexanizmləri vasitəsilə əldə olunmuş amil gəlir­lərinə malik olmaq;

  • rəqabətli bazarlarda əldə olunmuş amil gəlirlərinə ma­lik olmaq;

  • yalnız qazanılmış gəlirə malik olmaq;

  • başlanğıc vəziyyətlərinin eyniliyi şəraitində rəqabətli bazarlarda əldə olunmuş amil gəlirlərinə malik olmaq.

Utilitarizm: -

  • cəmiyyətin məcmu rifahı maksimallaşır;

  • orta rifah səviyyəsi maksimallaşır.

Eqalitarizm:
rifah halı tarazlaşır;

  • rifahın minimum səviyyəsi müəyyənləşir və ilkin malik olmaya əsaslanan meyarlar tətbiq olunur;

  • vəziyyəti ən pis olan qrupun rifahı maksimallaşır.

  • indi isə bu nəzəriyyələrin mahiyyətini daha diqqətlə nə­zərdən keçirək.


  • Yüklə 1,26 Mb.

    Dostları ilə paylaş:
1   ...   132   133   134   135   136   137   138   139   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin