MühaziRƏ MƏTNİ Mövzu Mikroiqtisadiyyat- iqtisadi nəzəriyyənin tərkib hissəsi kimi



Yüklə 1,26 Mb.
səhifə139/166
tarix22.01.2023
ölçüsü1,26 Mb.
#80128
1   ...   135   136   137   138   139   140   141   142   ...   166
MİKRO-MÜHAZİRƏLƏR-2022 (1)

Meyarlar arasında seçim
Meyarlar çox olarsa, onlardan hansına üstünlük verməli? Bəlkə bir qədər geri qayıdıb yeganə düzgün meyann mövcud- luğundanmı danışmalı? Və onun həqiqətən də əsl həqiqi me­yar olmasını sübut etmək mümkündürmü? Bunlar iqtisadidən çox, fəlsəfi suallardır və bu dərslik çərçivəsində onlara cavab vermək mümkünsüzdür. Platondan başlayaraq bəzi filosoflar deyirdilər ki, təbii nizam mövcuddur ki, ona görə insanın cəmiyyətdə mövqeyi onun doğum vaxtındakı statusundan asılıdır. Lokk və ya həmmüasirimiz Nozik kimi başqaları isə bildirirlər ki, insanlar Öz zəhmətlərinin bəhrəsindən və xüsu­si mülkiyyət hüququna görə onlara məxsus olan digər amil gəlirlərindən istifadə etməlidirlər. Russo və başqaları güman edirdilər ki, İnsanlar təbiətən bərabərdirlər və onlann sosial vəziyyətləri də buna əsaslanmalıdır. Kant və həmmüasirimiz Roulz kimi mütəfəkkirlər isə hesab edirdilər ki, cəmiyyətdə ədaləti müəyyənləşdirən müəyyən əxlaqi qətiyyət mövcud­dur. Hansı meyarın üstün olması hələ müəyyənləşdirilməyib. Bu sualın cavabı yalnız ayrı-ayrı ölkələrin və bütövlükdə dünya birliyinin inkişafının gedişində tapıla bilər.


20.4. Ədalətlilik və səmərəlilik arasında seçim
Kompensasiya meyarı
Ədalətlilik və səmərəlilik arasında münaqişəni təhlil et­məzdən əwəl səmərəlilik dedikdə nəyin başa düşüldüyünü daha dəqiq ifadə etmək lazımdır. Ən geniş yayılmış qiymət­ləndirmə meyarı Pareto meyarıdır. Ona görə, bir fərdin və­ziyyətini digərinin vəziyyətini pisləşdirmədən yaxşılaşdırmaq mümkün deyilsə, bölgü səmərəlidir.
Pareto meyarı fərdidir, o yalnız aynca fərdin rifahı ilə bağ­lıdır, başqa fərdlərin nisbi rifahı və bilavasitə bərabərsizliklə bağlı deyil. Məsələn, varlını daha da varlı edən, lakin kasıba dəyməyən dəyişiklik, Paretoya görə, yaxşılaşma olardı.
Könüllü mübadilə Pareto-yaxşılaşmaya aparır. Lakin dövlətin həyata keçirdiyi məcburi yenidən bölgü nəzərdən keçirilərsə, tək bircə Pareto meyarı kifayət etmir, çünki məcburi təkrar bölgü həmişə cəmiyyətin bəzi üzvləri üçün itkilərlə baş verir. Bu vəziyyət şəkil 24.7-də öz əksini tap­mışdır.
Fərz edək ki, cəmiyyət iki fərddən (və ya iki qrup fərd- lərdən) ibarətdir və U!- birincinin, U2- ikincinin faydalılıq funksiyasıdır. Şəkil 24.7-də U'2 U'j xətti əlyetər faydalılıq- lar, yəni əldə oluna biləcək nemətlərin ilkin verilmiş miqda­rında U2 və Ui faydalılıq funksiyalarının mümkün birləşmə əyrisidir. U"2 U"-, xətti əldə oluna biləcək nemətlərin miqda­rının artması zamanı əlyetər faydalılıqlar əyrisidir. Üfüqi oxdakı U'! U"1 nöqtələri birinci fərdin, bütün nemətlər onun sərəncamında olduğu halda, ala biləcəyi maksimum faydalı- lığı göstərir. İkinci fərd üçün analoji U'2 U"2 nöqtələri şaqu­li ox üzərində yerləşir.
Deyək ki, əvvəlcə iqtisadiyyat Ax nöqtəsində olub, sonra­dan müəyyən dəyişikliklər, məsələn, əmək məhsuldarlığının artması nəticəsində fərdin əldə edə biləcəyi nemətlərin sayı elə artır ki, nail olunmuş faydalılıqlar əyrisi sağa doğru ye­rini dəyişir. Bu halda A nöqtəsi Paretoya görə səmərəliliyini itirir. Səmərəliliyə çatmaq U"2 U": əyrisinin üstünə gəlmək deməkdir. B və C nöqtələri arasındakı əyri parçası Pareto-sə- mərəli həllidir. Həqiqətən də, ya birinci fərdin (C nöqtəsi), ya ikinci fərdin (B nöqtəsi), ya da hər ikisinin eyni zamanda (D nöqtəsi) vəziyyətini yaxşılaşdırmaq mümkündür.

Şəkildən göründüyü kimi, Pareto meyarının tətbiqi yeni əlyetər faydalılıqlar əyrisinin kiçik bir sahəsi ilə məhdudla­şır. E nöqtəsinə yerdəyişmə Pareto-pisləşməni bildirəcək, halbuki əyrinin bütövlükdə U'2
U'j vəziyyətindən U"2 U'! və­ziyyətinə yerdəyişməsi cəmiyyətin rifah halının yüksəlməsi­ni göstərir. Göstərilən ziddiyyətdən qaçmaq üçün Nikolos

Şəkil 24.7. Əlyetər faydalılıqlar əyrisi


Kaldor tərəfindən kompensasiya meyan təklif olunmuşdur. Onun mahiyyəti aşağıdakılardan ibarətdir: iqtisadi səmərəli­liyin artması yalnız və yalnız əlavə qazanc əldə etmiş fərdlərin yeni vəziyyətdə uduzanlara onların itkilərini kompensasiya etməyə qabil olduğu və bu zaman ilkin vəziyyətlə müqayisə­də qazanc əldə etdiyi halda olur.
Beləliklə, kompensasiya meyarına görə, A nöqtəsindən E nöqtəsinə yerdəyişməni səmərəli hesab etmək olar, əgər birinci fərdin rifahı ikincininkinə nisbətən daha çox artmış­sa. Qeyd etmək lazımdır ki, bu meyar real kompensasiyanı nəzərdə tutmur (bu Pareto-yaxşılaşma olardı), yalnız bunun
həyata keçirilməsinin potensial imkanı vacibdir.
Pareto meyarı ilə əvəzetmə meyarını müqayisə edərək, göstərmək olar ki, Pareto meyarına görə, gəlir bölgüsü nöq­teyi-nəzərindən invariantlı olub, resurs bölgüsünə görə isə fərqlənən tədbirlərin səmərəliliyi müqayisə olunur. Əvəzet­mə meyarı tədbirlərin iqtisadi səmərəlilik dərəcəsinə görə bölünməsində tətbiq olunur, bunlar da eyni zamanda həm re­sursların, həm də gəlirlərin bölgüsünə gətirib çıxardır. Əvəz­etmə prinsipi iqtisadi səmərəlilik və gəlirlərin bölgüsü problemlərini ayırmağa imkan verir.

Yüklə 1,26 Mb.

Dostları ilə paylaş:
1   ...   135   136   137   138   139   140   141   142   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin