İqtisadiyyatın tədqiqi səviyyələri də müxtəlif ola bilər. Miqyasından asılı olaraq iqtisadiyyat mikroiqtisadiyyata və makroiqtisadiyyata bölünür. Mikroiqtisadiyyat ayrı-ayrı iqtisadi subyektlərin (müəssisə, firma, istehlakçı, ev təsərrüfatı, muzdlu fəhlələr, sahibkarlar, ticarətçilər və s.) fəaliyyəti ilə bağlıdır və o, nə üçün iqtisadiyyatın ən aşağı səviyyəsində məhz bu qərarın qəbul edilməsini anlamağa kömək edir. Makroiqtisadiyyat milli iqtisadiyyatın bütövlükdə fəaliyyəti ilə bağlıdır, ümumi iqtisadi prosesləri cəmiyyət səviyyəsində (milli gəlirin istehsalı, işsizlik, inflyasiya və s.) öyrənir və cəmiyyətin çiçəklənməsi üçün dövlətin nə etməli olduğunu göstərir. Xalq təsərrüfatının ara sistemləri və ya sahələrinin (aqrosənaye, hərbi-sənaye kompleksləri və s.) davranışını öyrənən mezoiqtisadiyyatı və bütövlükdə dünya təsərrüfatının, dünya iqtisadiyyatının davranışını izah edən supermakroiqtisa- diyyatı göstərmək olar. İqtisadiyyatın çoxmərtəbəli quruluş strukturu barədə əyani təsəvvür yaratmaq üçün onun ən səciyyəvi mərhələlərini göstərək. Bunlar şəkil 3.3-də verilib. Hər bir adamın, hər ailənin özünün kiçik iqtisadiyyatı var ki, burada mədaxil və məxaricə müvafiq iqtisadi qərarlar qəbul etmək lazım gəlir. Bura yaşayış yeri, ev təsərrüfatı, şəxsi əmlak, pul və s. daxildir. Buradakı əsas iqtisadi proseslər ev işləri, istirahət, qidalanma, uşaqların böyüdülmə- sidir.
İstehsal iqtisadiyyatının əsasını əmtəə və xidmətlər istehsal edən müəssisələr (firmalar) təşkil edir.
Milli iqtisadiyyat sahələr quruluşuna malikdir. İqtisadiyyatın bütün sahə növləri arasında üç ən böyüyünü göstərmək olar: ilkin iqtisadiyyat (bura kənd və meşə təsərrüfatı, balıqçılıq, mədən sənayesi daxildir); birinci qrup sahələrin məhsulunun emalı iqtisadiyyatı (neft emalı, metallurgiya, ərzaq sənayesi və s.); istehsalata (nəqliyyat, saxlama, ticarət, reklam, informasiya və s.), əhaliyə (məişət, mənzil-komunal xidmətləri, ticarət, paltar, ayaqqabı, mebel təmiri, bərbərxa- nalar və s.), dövlətə müxtəlif xidmətlər göstərən xidməti iqtisadiyyat. Beləliklə, iqtisadi nəzəriyyə gerçəkliyin əks etdirilməsi və əsas göstəricilərinin təriflər, məfhumlar, kateqoriyalar vasitəsilə mücərrəd ümumiləşdirmələr əsasında təsərrüfat həyatının qanunu, qaydası və ya modeli kimi təqdim edilən sistemli təsviridir. Ayrı-ayrı iqtisadi nəzəriyyələrin dörd ortaq xüsusiyyətləri var, çünki onların hər biri:
■ iqtisadiyyatdakı hadisə və prosesləri müşahidə etməyə əsaslanır;
iqtisadi sistemlərin mücərrəd-nəzəri modelləşdirməsidir;
müşahidə olunan hadisələrin nəticələrinin də proqnoz- laşdırılmasını nəzərdə tutur;
təsərrüfatçılıq təcrübəsi üçün tövsiyələr təklif edir.
İqtisadi gerçəkliyin inikasının mürəkkəbləşməsi yeni pa- radiqmaların işlənilməsi ilə müşayiət olunur. Paradiqma gerçəkliyin əsas xüsusiyyətlərini ifadə edən anlayışlar sistemində əks etdirilmiş ciddi elmi nəzəriyyədir. Elmi paradiqma özündə əsas ilkin şərtləri, bu və ya digər elmdə qəbul edilmiş tədqiqat metodlarını, həmçinin alimlərin elmi problemlərin həlli üsulları haqqında təsəvvürlərini özündə ehtiva edir. Elmi paradiqmanın tərifini T.Kun “Elmi inqilabların quruluşu” (M.: Proqress, 1977) kitabında vermişdi. Dünya iqtisad elmində son vaxtlara qədər hökmran yer tutan elmi paradiqma XIX əsrin sonu - XX əsrin əvvəllərində A.Smit, D.Rikardo, C.St.Mill, A.Marşall, L.Valrasın əsərlərinin təsiri altında formalaşmışdı. Neoklas- sik nəzəriyyənin tənqidi ilə yanaşı yeni iqtisadi paradiqma- nın hazırlanmasını həvəsləndirən iqtisadi inkişaf proseslərinin məzmunu haqqında da yeni biliklər əldə olunmuşdur. Sonda C.Keynsin sözlərinə müraciət etmək daha düzgün olar: “İqtisadçılar və siyasi mütəfəkkirlərin fikirlərinin - onlar düz də, səhv də deyəndə - əhəmiyyəti düşündüyümüzdən çox-çox artıqdır. Əslində yalnız onlar dünyanı idarə edirlər”