Üçüncü mərhələ. XIX əsrin ortalarından (alman tarixşünaslığı və bərpa dövrü fransız tarixçilərinin timsalında) özünü göstərir Bu dövrdə tarixilik prinsipi Hegelin anlamından fərqli spekulyativ (sırf nəzəri sxematik) deyil, empirik (təcrübi) səpki alır. Həmin mərhələ aşağıdakı müddəalar ilə səciyyələnir: a) tarixi tədqiqat empirik xarakter daşımalı, deməli, tamamilə mötəbər mənbələrə arxalanmalıdır. Tarixin məqsədi nəyin, necə baş verdiyini təsvir etməkdir; b) mənbələrin və onlardan alınan informasiyanın dəqiqliyi yardımçı tarixi fənlərin işləyib hazırladığı xüsusi metodlar tərəfindən təmin olunur; v) tarixi nəqletmə, tarixi təsvir maxsimum dərəcədə dolğun olmalıdır. O, mənbələrdə ifadə olunan bütün situasiyaları, hadisələri və prosesləri tam şəkildə göstərməlidir; q) tarixin əsas məqsədi tarixi personajların (şəxsiyyətlərin) məqsədləri və niyyətlərini bərpa etməkdir. Buna görə də tarixi tədqiqatın mərkəzi fiqur şəxsiyyətlərdir.
Tarixilik metodoloji prinsipinin formalaşmasının dördüncü mərhələsi marksist fəlsəfəni əhatə edir. Onun başlıca cəhətləri aşağıdakılardır: a) tarixin obyekti bəşəriyyətin keçmiş inkişafının öyrənilməsidir. Bu inkişaf xüsusi obyektiv qanunlara tabedir; b) cəmiyyətin inkişafı təbiətin inkişafından fərqlənir. Təbiət insanların iradə, şüur və məqsədindən asılı olmayan öz qanunları üzrə inkişaf edir. Tarixi inkişaf hər şeydən əvvəl, insanların məqsədyönlü fəaliyyətinin inkişafı deməkdir, yəni bütün səviyyələrdə şüur amilini əhatə edir. Şüur bu prosesdə iradə, emosiya və dərk olunan, yaxud da intuitiv ifadə olunan məqsəd formasında çıxış edir və tarixin mühüm amili rolunu oynayır; v) şüurun bütün formaları, növləri və təzahürləri nəticə etibarilə insanların ictimai varlığı ilə müəyyən olunur. Şüur varlıqla şərtlənsə də nisbi müstəqildir və ona fəal təsir göstərir. İctimai şüuru biıbaşa ictimai varlığa ınüncər etmək səhvdir; q) tarixi idrakın empirik bazasını tarixi və arxeoloji mənbələrin verdiyi faktlar təşkil edir; d) obyektiv tarixi reallığın hadisələri, şəraitləri və prosesləri bir-birilə səbəbiyyət və funksional əlaqələrdədirlər; e) tarixi reallığın bütün hadisə və prosesləri öz əhəmiyyəti və tarixi inkişafda roluna görə eyni deyildir. Onların əhəmiyyətlilik dərəcəsi tarixi prosesin ayrı- ayrı tərəflərinə müsbət, mənfi və ya bitərəf münasibəti ilə müəyyən olunuı. j) tarixi hadisələrin yaranması, inkişafı və məhvi obyektiv zaman və məkan şəraitində baş verir. Tarixi proses dialektik yol ilə müəyyən tarixi formada, yəni bir-birinə əks sosial qüvvələrin (sinif, təbəqə və qrupların) toqquşması və mübarizəsi formasında baş verir.
Qeyd edək ki, XX əsrin son dövründə baş vermiş nəhəng dəyişikliklər (birinci növbədə sovet imperiyasının dağılması) tarixi prosesin kommunizmin qələbəsinə doğru getdiyi haqqında marksist müddəanın yalan olduğunu sübut etdi. Lakin buna əsaslanaraq tarixi prosesin anlaşılmasında marksizmin rolunu heçə endirmək ədalətsizlik olardı.
Dostları ilə paylaş: |