Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara


Pedaqoji prosesin üç başlıca mərhələsi – hazırlıq, əsas, yekun mərhələləri vardır



Yüklə 0,82 Mb.
səhifə23/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Pedaqoji prosesin üç başlıca mərhələsi – hazırlıq, əsas, yekun mərhələləri vardır. 
Pedaqoji prosesin hazırlıq mərhələsində aşağıdakı mühüm vəzifələr həll olunur: qarşıya məq­sədin qoyulması, şəraitin diaqnostikası, nailiyyətlərin proqnoz­laş­­dırılması, prosesin inkişafının planlaşdırılması və s.
. Pedaqoji prosesin əsas mərhələsi qarşılıqlı əlaqəli, mühüm elementləri özündə birləşdirir. Onun aşağıdakı ele­ment­ləri vardır: qarşıdakı fəaliyyətin məqsəd və vəzifələrinin müəy­­­yən olun­ma­sı və izah edilməsi; pedaqoqlarla şagirdlərin qarşı­lıq­lı təsi­ri; pe­da­qo­ji prosesin nəzərdə tutulmuş metodları; vəzifələri və for­ma­ları; əl­ve­rişli şəraitin yaradılması; məktəblilərin fəaliyyətini sti­mul­laşdırmaq üçün müxtəlif tədbirləri həyata keçirmək; pedaqoji pro­sesin digər proseslərlə əlaqəsini təmin etmək.
Pedaqoji prosesin yekun mərhələsi alınan nəticələrin təhlili ilə başa çatır. Təhlil edən zaman pedaqoq buraxılan səhvlərdən həm nə­ti­cə çıxarır, həm öyrənir və həm də inkişaf edir.
2.Ümumi təhsil sistemində pedaqoji prosesin təşkili prinsipləri aşağıdakılardır:
1.Pedaqoji prosesin tamlığı - pedaqoji prosesdə təlim məqsədləri kompleks (inkişafetdirici, öyrədici, tərbiyəedici) həyata keçirilir, real nəticələrlə yekunlaşan müəllim və şagird fəaliyyətini əhatə edir;
-Pedaqoji prosesin tamlığı onun sahələri qarşısında vahid məqsədin durması və şəxsiyyətin bütövlüyü ilə təmin olunur. Tərbiyə, təhsil və təlim prosesləri özlərinə məxsus spesifik xüsusiyyətlərə malik olsa da, hamısı ümumi bir məqsədə - şəxsiyyətin ahəngdar inkişafına xidmət edir. Həm tərbiyə, həm də təlim üç əsas funksiyanı - təhsilverici, tərbiyəedici və inkişafetdirici funksiyaları yerinə yetirir. Bu zaman pedaqoji prosesin bütün sahələri qarşılıqlı vəhdətdə çıxış edir: təlim prosesi tərbiyə funksiyasını həyata keçirdiyi kimi, tərbiyə prosesi də təlim prosesinə təsir göstərir.
2.Təimdə bərabər imkanların yaradılması - bütün şagirdlərə eyni təlim şəraiti yaradılır və pedaqoji proses onların potensial imkanları nəzərə alınmaqla tənzimlənir;
-Bu proses şagirdlərin irqi, cinsi, millətçilik və ya hər hansı bir fiziki qüsuru nəzərə alınmadan təlim prosesinə cəlb olunması deməkdir. Hər bir müəllim tədris zamanı şagirdlərin potensial imkanlarını nəzərə almaqla onların hər birinə bərabər imkanların yaratmalıdır. Bu prosesi sinifdə uğurla tənzimləyən müəllim şagirdlərdə təkçə özünəinam hissi yaratmaqla qalmır, həm də onlarda tolerantlıq, fərqlərin dərk edilməsi, çoxmədəniyyətlilik kimi bir sıra kompetensiyalar formalaşdırır.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin