Mühazirə mətnləri (2023-2024) I mövzu. Pedaqogikanın ümumi məsələləri. Pedaqoji anlayışlara yeni yanaşmalara



Yüklə 0,82 Mb.
səhifə4/131
tarix03.10.2023
ölçüsü0,82 Mb.
#151690
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   131
Pedaqogika 1 Mühazirələr son variant

Müqayisəlipedaqogika - müxtəlif təhsil- tərbiyə sistemlərinin fəaliyyətinin və inkişafının qanunauyğunluqlarını müqayisəli şəkildə öyrənir.



4. Pedaqogikanın başqa elmlərlə əlaqəsi.

Pedaqogika başqa elmlərlə sıx bağlıdır. O, öz qarşısında duran vəzifələrin həlli üçün həmin elmlərin materiallarından istifadə edir.


Pedaqogika fəlsəfə ilə sıx bağlıdır: fəlsəfə pedaqogikanın nəzəri-metodoloji əsasını təşkil edir. Pedaqogikanın təlim nəzəriyyəsi fəlsəfənin idrak nəzəriyyəsinə istinad edir. Tərbiyə məsələlərinin həllində isə pedaqogika fəlsəfənin müxtəlif sahələrinə-etika, estetik, sosiologiya elmlərinə əsaslanır. Pedaqogika psixologiya ilə daha çox bağlıdır. Psixologiya müxtəlif yaş dövrlərində insanın psixi inkişafının qanunauyğunluqlarını müəyyən edir, təlim və tərbiyənin təsiri ilə psixikanın dəyişməsi mexanizmini öyrənir. Bu isə təlim-tərbiyə prosesinin səmərəli təşkili problemlərinin həlli baxımından böyük əhəmiyyətə malikdir. Məsələn, kiçik məktəblilərin diqqətinin həcmini, davamlılığını, hafizə və təfəkkürünün xüsusiyyətlərini nəzərə almadan təlimin səmərəli təşkili məsələlərini həll etmək olmaz. Pedaqogika psixoloji elmlərin müxtəlif sahələri ilə, o cümlədən yaş psixologiyası, pedaqoji psixologiya və sosial psixologiya ilə sıx bağlı olub, onların elmi nəticələrindən faydalanır. Psixi proseslərin inkişaf qanunlarını bilmədən təlim-tərbiyə işini elmi əsasda durmaq mümkün deyildir. K.D.Uşinski haqlı olaraq, psixologiyanı bilməyən müəllimi təbabətdə ara həkiminə bənzədirdi. Pedaqogika fiziologiya ilə də əlaqəlidir. Ali sinir fəaliyyəti haqqında nəzəriyyə təlim prosesinin təbii-elmi əsasını təşkil edir. Şərti reflekslər, müvəqqəti sinir rabitələri , birinci və ikinci siqnal sistemlərinin qarşılıqlı əlaqəsi,baş beyin qabığının təhlil-tərkib fəaliyyəti və başqa məsələlər bir çox mühüm pedaqoji problemlərin həllinə kömək edir. Ümumi və yaş fiziologiyası insanın müxtəlif yaşlarda fiziki inkişafının təbiəti haqqında zəruri məlumatlarla pedaqogikanı silahlandırır.
Təlim-tərbiyə prosesini düzgün sanitar-gigiyenik tələblər əsasında qurmaqda pedaqogika məktəb gigiyenasının müddəalarından istifadə edir. Pedaqogika habelə idarəetmənin ümumi qanunlarını öyrənən kibernetika elmi ilə də sıx bağlıdır. İnformasiyaların verilməsi və mənimsənilməsi, təlim və tərbiyə işində əks əlaqənin təmin edilməsi, pedaqoji fəaliyyətin idarə olunması ilə bağlı mühüm məsələlərin həllində kibernetikanın müddəaları pedaqogika üçün xüsusilə böyük əhəmiyyət kəsb edir.

Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   131




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin