Sosial əlaqə və asıllıqlar- tərbiyə prosesinin gedişində uşaqların ictimai sərvətləri mənimsəməsi(yəni tarix boyu əmək, əxlaq, elm,mədəniyyət, incəsənət sahəsində toplanmış sərvətlərə yiyələnməsi) zamanı özünü göstərən əlaqələr, asıllıqlar nəzərdə tutulur.
Pedoqoji əlaqə və asıllıqlar- uşağı əhatə edən mühit və tərbiyə qüvvələri (müəllim, valideyn, ailə, məktəb, ictimai təşkilatlar, əmək kollektivləri, kütləvi məlumat informasiya vasitələri və.i.a.) göstərilən təsirlərlə bağlı olan əlaqə və asıllıqlardır.
Tərbiyə prosesi-dialektik prosesdir və dialektika həmin prosesin ziddiyətlərində açılır.
Tərbiyə prosesinin ziddiyətləri çoxdur. Həmin ziddiyətlərin bəziləri daxili, bəziləri isə xarici ziddiyətlərdir. Daxili xiddiyətlər tərbiyə prosesinin hərəkətverici qüvvələrinin əsasını təşkil edir.
Tərəflərin səviyyə və imkanları arasındakı ziddiyyət.
Şagird kollektivinə edilən pedaqoji təsirin ümumi, onun şagirdlər tərəfindən qəbul olunmasının fərdi xarakter daşıması ilə əlaqədar ziddiyyət.
Şagirdlərin rəftar və davranışında formalaşmış (sterotip halına düşmüş) keyfiyyətt, vərdiş və adətlər formalaşdırılmalı olan yeni keyfiyyət, vərdiş, adətlər arasındalə ziddiyyət
Xarici tələb və təsirlər ilə uşağın daxili səy, meyl, marağı arasındalə ziddiyyət.
Şagird şəxsiyyətini hərtərəfli, ahəngdar inkişaf etdirmək tələbi ilə uşağın fərdi qabiliyyətini inkişaf etdirmək tələbi arasındakı ziddiyyət.
Şagirdin əks təsirləri ilə müəllimin formalaşmış keyfiyyətləri arasındakı ziddiyyət.
Zahiri( xarici) ziddiyyətlərə misal olaraq şagirdlərə verilən vahid tərbiyəvi tələblərin məktəbdə ayrı ayrı müəllimlər tərəfindən pozulmasını, tərbiyədə uşaqların cinsi, fərdi, yaş xüsusiyyətlərinin nəzərə alınmamasını, məktəbin, ailənin tərbiyəvi təsirlərinin uyğun gəlməməsinin və s göstərmək olar.
Beləliklə yaxşı təşkil edilmiş tərbiyə prosesində özünü göstərən daxili və zahiri(xarici) ziddiyətlər “Həll oluna-oluna” tərbiyə işində müvəffəqiyyət qazanılır, şagird şəxsiyyətinin formalaşması üçün əlverişli şərait yaradılır.