Tərbiyənin prinsiplərinə yeni yanaşmalar. Pedaqogikada tərbiyənin prinsipləri dedikdə tərbiyə prosesində rəhbər tutulası əsas tələblər,başlıca müddəalar başa düşülür.Əslində bu tələblər,müddəalar tərbiyə prosesinin qanunauyğunluqlarının ifadəsidir.Onlar tarixən şərtlənmiş olur və cəmiyyətin ictimai tələblərindən irəli gəlir.Cəmiyyətin və onun tələblərinin inkişafı ilə əlaqədar olaraq tərbiyənin prinsipləri də müvafiq sürətdə dəyişir.
Məktəbdə tərbiyə prosesinin optimal quruluşunu,tərbiyə işlərinin məzmununu,səmərəli üsul və vasitələrini müəyyənləşdirməkdə tərbiyənin prinsipləri həledici rol oynayır.Müəllim,tərbiyəçi öz fəaliyyətində həmin prinsiplərdən çıxış edəndə,onlara əsaslananda tərbiyə işində fərəhləndirici nəticə qazanır,əks halda isə uğursuzluğa məruz qalır.
Doğrudur,tərbiyənin prinsipləri,bu prinsiplərin miqdarı,təsnifatı,necə adlandırılması sahəsində də pedaqoqlar arasında tam fikir birliyi yoxdur.Məsələn,bəzi pedaqoji kitablarda,pedaqogikadan tədris proqramı,dərslik və dərs vəsaitlərində prinsiplərin sayı7-8,başqalarında 10-15 və daha artıqdır.Eyni prinsip müxtəlif proqram,dərslik,tədris vəsaiti və ya monoqrafiyada çox zaman müxtəlif şəkildə ifadə olunur.Misal üçün eyni prinsip gah “Tələbkarlıq və hörmət ” gah “Uşaq şəxsiyyətinə hörmət etmək və ondan tələb etmək” gah da “hörmət və tələbkarlğın birləşməsi”,yaxud ”Uşaq şəxsiyyətinə hörmətlə ağıllı tələbkarlığın ifadəsi”,”Şəxsiyyətə hörmətlə tələbkarlığın uzlaşdırılması”,”Şəxsiyyətə hörmət və tələbkarlığın vahidliyi”,”Tərbiyədə hörmət və tələbkarlıq”,”Tələblərin vəhdəti və onların şəxsiyyətə hörmət ilə əlaqəsi”,”Tərbiyədə vahidlik və şəxsiyyətə hörmət” və i.a adlandırılır.
Ümumiyyətlə,bu sahədəki fikir ayrılıqları həm tərbiyənin qanunauyğunluqlarının tamam-kamal tapılıb ifadə olunmasından,həm də bəzən bir prinsipin parçalanıb iki adda ifadə edilməsindən,yaxud iki prinsipin birləşdirilib bir adda verilməsindən və ya müxtəlif sözlərdə adlandırılmasından irəli gəlir.
Tərbiyə praktikasında daha çox istinad olunan prinsiplər bunlardır: