Qiymətləndirmə standartları dörd səviyyə üzrə qiymətləndirmə sxemləri şəklində hazırlanır:Birinci səviyyə - aşağı; İkinci səviyyə - orta; Üçüncü səviyyə - yüksək; Dördüncü səviyyə - ən yüksək. 1-ci səviyyə ən aşağı, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. 1-ci və 2-ci səviyyə əksər şagirdlər, 3-cü və xüsusilə 4-cü səviyyə isə daha istedadlı şagirdlər üçün nəzərdə tutulur.
Mövzu10. Tərbiyənin mahiyyəti, tərbiyə prinsiplərinə yeni yanaşmalar. Plan 1.Tərbiyənin məna və mahiyyəti,etimalogiyası.
2.Tərbiyənin məqsədi və məzmunu,vəzifələri.
3.Tərbiyə prosesinin qanunauyğunluqları,hərəkətverici qüvvələri.
4.Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri.
5.Tərbiyənin prinsiplərinə yeni yanaşmalar.
Pedaqogika tarixçiləri təmamilə düzgün olaraq “Qurani-Kərim”i yalnız dini-fəlsəfi kitab kimi deyil,həm də tərbiyə kitabı kimi qiymətləndirirlər.(1.s.135).İslamda insanın tərbiyəsi,cəmiyyətin tərbiyəlilik səviyyəsi xoşbəxt həyat tərzi kimi qiymətləndirilir.İslamda uşağın tərbiyəsi baxımından onun inkişafı iki mühüm dövrə bölünür:1)tədbiri dövr 2)tətbiqi dövr
Tətbiqi dövruşağın ana bətni dövrünü(prenatal dövr)əhatə edir.İslamda gələcək nəslin tərbiyəsi doğumla deyil,hələ kişi və qadının evlənməyə qərar verməsi ilə başlayır.Belə ki,ailə quran şəxslər dini əqidəni nəzərə almaqla,mömin bir insanla ailə qurmalı,əxlaq qaydalarına,davranış normalarına riayət etməlidirlər.Bunun isə əsas qayəsi haram hesab edilənlərin 23 cüt xromosom vasitəsi ilə uşağın genlərinə keçməməsi ilə əlaqəlidir.Uşağ ana bətnində olarkən ola olan münasibəti duyur və his edir.Bu mənada tərbiyə uşağın ana bətnindən başlayıb,həyatı boyunca davam edir və bir çox şərtlərin gözlənilməsini tələb edən uzun müddətli mürəkkəb bir prosesdir.