Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə10/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   6   7   8   9   10   11   12   13   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Birinci prinsip, insanların həyatda və gündəlik əmək fəaliyyətlərində müxtəlif iqtisadi seçimlərlə rastlaş­maları ilə bağlıdır. Biz daha çox xoşlayıb bəyəndiyimiz hər hansı bir şeyi (məhsulu-xidməti) əldə etmək üçün, əvəzində konkret halda başqa şeylərdən (maddi-mənəvi nemətlər­dən) istər-istəməz imtina etməli oluruq. Necə deyərlər, pul­­suz nahar olmur, xərcsiz və itkisiz nə isə əldə etmək çətindir, nəhayət eyni vaxtda bir əldə iki qarpız tutmaq mümkün deyildir. Məsələn, tələbənin öz vaxtını dərslərə hazırlaşmaq və əyləncə (idman məşqləri), ailənin gəlir­lə­ri­ni ərzaq və paltar (təmir işləri), cəmiyyətin resursların əha­linin rifahı və hərbi-müdafiə xərcləri arasında bölüş­dü­rül­məsi, onları həmişə müəyyən seçim etmək məcburiy­yə­ti qarşısında qoyur. Ayrı-ayrı fərdlərin, ailənin, bütövlük­də cəmiyyətin səmərəliliklə ədalətlilik arasındakı seçimi nə qədər çətin və riskli olsa da, hökmən baş verməlidir. Ona görə də həm insanlar, həm ailə təsərrüfatları, həm korporasiyalar (şirkətlər), həm də cəmiyyət belə bir seçi­min zəruriliyini dərk edərək, həmin variantlar arasında ən optimalını seçərək, uyğun qərarlar qəbul etmək məsuliy­yə­tinə hazır olmalıdırlar.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin