Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə12/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   8   9   10   11   12   13   14   15   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Üçüncü prinsip, rasional insanların marjinal, yəni son faydanı düşünərək öz fəaliyyətlərində müəyyən dəyi­şik­liklər, kiçik düzəlişlər aparmasını nəzərdə tutur. Həyat­da insanlar və şirkətlər elə konkret vəziyyətlərlə rastlaşır­lar ki, onlar qərar verərkən öz marjinal faydaları ilə marji­nal xərclərini müqayisə edərək, daha rasional (səmərəli) varianta üstünlük verirlər. Məsələn uçuşa hazırlaşan 200 yerlik və hər biletin qiymətinin 500 dollara (avroya, ma­na­ta) olan sərnişin təyyarəsində yerlərin bir neçəsi boşdursa, həmin reys üçün 300 dollar ödəyib səyahətə çıxan adama imkan yaratmaq, güzəştə getmək (orjinal dəyişikliklər et­mək, kiçik düzəlişlər aparmaq) mümkündür. İmtahanlara hazırlaşan tələbənin bu işə istirahəti hesabına bir-iki saat əlavə vaxt ayırmasına, fermerin müəyyən səbəblər üzün­dən məhsulunun bir hissəsini nisbətən aşağı qiymətə sat­ma­sına haqq qazandırıla bilər. Şübhəsiz, ağıllı, rasional qərar verən şəxs və şirkət rəhbərliyi konkret halda öz iq­tisadi hərəkətini (fəaliyyətini, davranışını, əməliyyatını) bu işin marjinal (son) faydalılığının, yalnız onun xərclərini (maya dəyərini) üstələdiyi halda həyata keçirəcəkdir.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin