Milli gəlir- Bir il ərzində yaradılmış ÜDM-un dəyərindən istehlak olunmuş istehsal vasitələrinin dəyəri çıxıldıqdan sonra qalan hissə (əmək haqqı, mənfəət, renta, faiz) .
Milliləşdirmə- Dekret və qanunvericilik yolu ilə əmlakın, torpağın, obyektin xüsusi mülkiyyətdən dövlət mülkiyyətinə keçməsi.
Milli sərvət- Millətin tarixən yaratdığı və hazırda malik olduğu bütün maddi və mənəvi nemətlər.
Monetarizm - İqtisadi proseslərdə və təsərrüfatçılıqda, tədavüldə olan pul kütləsi (miqdarı) ilə əmtəə-xidmətlərin kəmiyyət arasındakı nisbətin həlledici rol oynadığını irəli sürən elmi konsepsiya.
Mübadilə - Bazarda əmtəə-xidmətlərin alqı və satqısının reallaşdırılması (maliyyələşdirilməsi) üsulu.