|
|
səhifə | 135/161 | tarix | 28.04.2022 | ölçüsü | 0,93 Mb. | | #56523 | növü | Dərs |
| Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş
Öhdəlik zəmanəti - Hüquqi və fiziki şəxsin öz üzərinə götürdüyü öhdəliyə əməl edəcəyini təsdiqləyən sənəd.
Ölkə daxilində kapital yığımı - Milli gəlirin bir hissəsinin ehtiyat kapital kimi toplanaraq, istehsal fondlarının artırılmasına yönəldilməsi.
P
Paradiqma - Müxtəlif istiqamətli elmi-tədqiqat məsələlərinin həlli üçün qəbul olunmuş nəzəriyyə.
Paralel valyuta - Ölkədə tədavüldə olan ikinci valyuta, məsələn milli və xarici valyuta.
Paritet – Tərəflərin nisbi bərabərliyi; müxtəlif ölkələrin milli valyutaları arasında qızıl hesabı ilə nisbət.
Patent - İxtiraçının müəlliflik hüququnu təsdiq edən şəhadətnamə.
Pərakəndə satış ticarəti - Ticarətin kütləvi satış forması.
Pərakəndə satış qiyməti - Bazar qiymətinin bir forması olub, istehlakçılara satılan əmtəə və xidmətlərin son qiyməti.
Planlaşdırma – Düşünülmüş qaydada iqtisadiyyatda nisbətlərin gözlənilməsinə yönəldilmiş təşkilati fəaliyyət sistemi.
Dostları ilə paylaş: |
|
|