Rasional tələbat- Sağlam həyat tərzi, şəxsiyyətin hərtərəfli inkişafı məqsədilə nemət və xidmətlərin istehlak normalarına dair elmin müəyyənləşdirdiyi tələbat.
Rasionlaşdırma- İstehlakın səmərəli nisbətlərinin (məsələn, ərzaq məhsulları üzrə), rasionlarının müəyyənləşdirilməsi.
Rayonlaşdırma - Ölkə ərazisinin təbii-inzibati, iqtisadi əlamət və xüsusiy-yətlərinə görə bölünməsi.
Razılaşdırılmış audit - Şirkət və təşkilat rəhbərliyinin tələbi ilə aparılan yoxlamalar.
Razılaşdırılmış iqtisadiyyat- Müxtəlif idarəetmə və iqtisadi informasiya-məlumat göstəriciləri səviyyəsində birgə qərarların qəbul edilməsi prinsipi.