Struktur işsizlik- İşsizliyin bir forması olub, yeni texnika və mütərəqqi texnologiyaların tətbiqi nəticəsində iş yerlərinin ixtisarı nəzərdə tutulur.
Sığorta- Təbii fəlakətlər, qəza hadisələri zamanı şirkətlərə, vətəndaşlara maddi kömək göstərmək üçün yaradılan məqsədli pul vəsaitləri fondu.
Subsidiya - Dövlət tərəfindən yerli hakimiyyət orqanlarına, hüquqi və fiziki şəxslərə, habelə başqa ölkələrə göstərilən əvəzsiz yardım.
Sürünən inflyasiya- Nisbətən aşağı sürətlə gedən inflyasiya. Ş
Şaquli birlik- Hazır məhsul istehsalının xammal və materiallardan başlamış son məhsul buraxılışına qədər bütün ardıcıl mərhələlərini həyata keçirən təsərrüfat vahidlə-rinin bir şirkət, yaxud korporasiya daxilində birləşməsi.