Şəxsi yığım- Əhalinin gəlirinin istehlaka sərf olunmayıb, yığım məqsədilə saxlanılan hissəsi.
Şəriklilik- Fiziki və hüquqi şəxslərin birgə iqtisadi fəaliyyət göstərmək üçün könüllü əməkdaşlığı.
Şərti alıcı- Hər bir əmtəəni qaytarmaq şərti və hüququ ilə almaq.
Şərti əmanət- Bir şəxsin başqa bir şəxsin adına qoyduğu pul əmanəti.
Şərti rüsumsuz idxal- Ölkəyə idxal olunan məhsulların (məsələn, sərgi nümunələrindən yaxud eksponatlardan) nəzərdə tutulan müddətdə gömrük rüsumu və vergilərə cəlb olunmaması.