Mühazirə mətnləri Bakı ­- 2015



Yüklə 0,93 Mb.
səhifə151/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   147   148   149   150   151   152   153   154   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

Tender - Açıq və qapalı şəkildə keçirilən satışlar, sifarişlərin, layihələrin müsabiqə yolu ilə seçilməsinin xüsusi forması.

Təbii resurslar (ehtiyatlar) - Əmtəə-xidmətlərin istehsalında istifadə edilməsi mümkün olan təbii sərvətlərin bir hissəsi.

Tədiyyə balansı - Müəyyən dövr ərzində ölkəyə valyuta daxil olmaları ilə onun valyuta xərcləri arasındakı nisbəti (fərqi) əks etdirən cədvəl.

Tədavül - Əmtəə və xidmətlərin pul vasitəsilə mübadiləsi, yaxud alqı-satqısı.

Təklif - Bazarda olan və oraya göndərilə bilən əmtəə-xidmətlərin cəmi.

Təklif qiyməti - Rəqabətli bazarda satıcının təklif etdiyi qiymət.

Təklif qanunu - Başqa-başqa şərtlər sabit qaldıqda, əmtəə-xidmətlərin qiymətinin dəyişməsi ilə təklifin dəyişməsi nisbəti arasındakı asılılığın ifadəsi.

Tələb - İstehlakçının pul imkanı daxilində bazardakı əmtəə-xidmətlərdən faydalanmaq, yaxud onun alıcılıq qabiliyyəti.


Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   147   148   149   150   151   152   153   154   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin