|
|
səhifə | 152/161 | tarix | 28.04.2022 | ölçüsü | 0,93 Mb. | | #56523 | növü | Dərs |
| Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş
Tələb qanunu - Başqa şərtlər sabit qaldıqda, qiymətin dəyişməsi ilə bağlı tələbin dəyişməsi arasındakı asılılığın ifadəsi.
Tələb qiyməti - Alıcının bazarda əmtəə-xidmətlər üçün təklif etdiyi qiymət.
Tələbat - İnsanların ehtiyac duyduğu, malik olmaq istədiyi, istifadə etmək arzusunda olduğu əmtəələr və xidmətlər toplusu.
Тəkrar istehsal - İstehsal prosesinin vaxtaşırı təkrarı və fasiləsiz davamı.
Ticarət - Hazır əmtəə-xidmətlərin istehsal dairəsindən istehlak dairəsinə hərəkətini təmin edən sahə.
Torpaq - İstehsal prosesinin əsas amillərindən biri.
Torpaq rentası - Torpaq mülkiyyətçisinin əldə etdiyi gəlir.
Transaksiya xərcləri - Əsas istehsal və tədavül xərclərindən əlavə digər dolayı əməliyyat xərcləri.
Transfert – Pulun, qiymətli kağızların bir bankdan, yaxud hesabdan başqa bank və hesaba köçürülməsi.
Dostları ilə paylaş: |
|
|