Şans- Hansısa bir ideyanın reallaşdırılması, yaxud işin (iqtisadi prosesin) həyata keçirilməsi və uğur qazanması ehtimalı, mümkünlüyü.
Şantaj- Konkret fayda əldə etmək məqsədilə xoşagəlməz və əxlaq normalarına zidd məlumatların, davranışların aşkarlanıb yayılacağı hədə-qorxusundan ibarət cinayət ha-disəsi.
Şef- Rəis, başçı, rəhbər.
Şermon qanunu- İnhisarçılığa qarşı ABŞ konqresinin 1890-cı ildə qəbul etdiyi ilk qanun.
Şəxsi gəlir- İşçinin əmək haqqından, dividendlər, faizlər, renta, mükafatlar, transferlər daxil olmaqla əsas və əlavə mənbələrdən yaranan pul gəliri.
Şəxsihesab- Mühasibat və banklar tərəfindən ауrı-ayrı şəxslərlə hesablaşmalar aparmaq üçün açılan hesab.