səhifə 134/161 tarix 28.04.2022 ölçüsü 0,93 Mb. #56523 növü Dərs
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş
Ödəmə qabiliyyəti - Dövlətin, hüquqi və fiziki şəxslərin tədiyyələr (borclar) üzrə öhdəliklərini yerinə yetirmək qabiliyyəti.
Ödəniş valyutası - Xarici ticarət əlaqələrində aparılan əməliyyatların ödənildiyi valyuta.
Ölkənin sənayeləşdirilməsi - Ölkə iqtisadiyyatının sənaye əsasına keçirilməsi.
Ölü renta - İstifadə olunmayan mülkə , əmlaka, torpağa görə ödənilən icarə haqqı.
Özəl bölmə - Özəl (xüsusi) mülkiyyətdə olan , özəl kapitala məxsus iqtisadi obyektlər.
Özəlləşdirmə - Dövlətə və ictimai mülkiyyətə məxsus müəssisə , şirkət, obyektlərin ayrı-ayrı vətəndaşlara , xüsusi mülkiyyətçilərə , eyni zamanda xaricilərə satılması.
Öz xərcini ödəmə - istehsal olunan məhsulun satışı və göstərilən xidmətlər hesabına qazanılan gəlirlə öz xərclərini tam ödəməyə əsaslanan təsərrüfatçılıq prinsipi.
Dostları ilə paylaş: