Mülkiyyət- Cəmiyyətdə fiziki və hüquqi şəxslərin müəyyən əmlaka (torpağa, kapitala) malik olması və bundan müxtəlif formalarda istifadə etməsi.
Müsadirə- Məhkəmənin hökmünə əsasən, hər hansı bir şəxsin yaxud təşkilatın (şirkətin, birliyin) mal-mülkiyyətinin əvəzi ödənilmədən əlindən alınıb, dövlətə veril-məsi.
Mütləq üstünlük - Məhsul-xidmət sahəsi istehsalçılarının əmək məhsuldarlığına əsasən müqayisəsi.
Mütərəqqi (proqressiv) vergi– gəlir artdıqca orta vergi normasının artması və gəlirin aşağı düşməsi ilə həmin normanın azalması.