Mühazirə mətnləri Bakı ­- 2015


İqtisadi siyasətin strategiya və taktikası



Yüklə 0,93 Mb.
səhifə81/161
tarix28.04.2022
ölçüsü0,93 Mb.
#56523
növüDərs
1   ...   77   78   79   80   81   82   83   84   ...   161
Q.ƏbdlSəlimzadə Kitab İqtisadiyyata Giriş

8.3. İqtisadi siyasətin strategiya və taktikası

(məqsəd və vəzifələri)
Dövlətin iqtisadi siyasətinin məqsəd və vəzifələri öz konkret ifadəsini, onun strategiya və taktikasında tapir. İqtisadi strategiya - uzunmüddətli iqtisadi siyasət xətti olub, perspektiv üçün irimiqyaslı vəzifələrin yerinə yetirilməsini nəzərdə tutur. Iqtisadi strategiya anlayışına iqtisadi siyasətin məqsədi ilə yanaşı, eyni zamanda həmin siyasətin reallaşdırılması istiqamətləri, yolları da daxildir. İqtisadi taktika isə iqtisadi strategiyada bir məqsəd kimi irəli sürülüb, elmi cəhətdən əsaslandırılmış vəzifələrin konkret surətdə hansı vasitələrlə və necə həyata keçiril-məsini nəzərdə tutur. Ümumiyyətlə cəmiyyət həyatında dövlətin iqtisadi siyasətinin strategiya və taktikası qar-şılıqlı surətdə bir-birini tamamlayaraq, vahid inkişaf kon-sepsiyasının tərkib hissələrini təşkil edirlər.

Dövlətin iqtisadi siyasətinin son məqsədi, istehsal və xidmət dairəsinin düşünülmüş, tarazlı inkişafı əsasında insana hərtərəfli qayğı göstərmək, onun iqtisadi fəaliy-yətinin sərbəstliyini təmin etmək, yaşayış səviyyəsini yüksəltmək, sosial problemlərini həll etmək olmalıdır. Bu mənada siyasət, о cümlədən də dövlətin ümumi daxili və xarici siyasətinin mühüm istiqamətlərindən, habelə tərkib hissələrindən sayılan iqtisadi siyasət, həqiqətən "bir elm və idarəetmə sənətidir" (Aristotel).

Nobel mükafatı laureatı Pol Samuelson ABŞ dövlə-tinin timsalında hökumətin iqtisadi siyasət vəzifələrinə aşağıdakıları daxil edir: a) ölkənin təsərrüfat həyatının iqtisadi səməliliyinin artırılması; b) əhalinin gəlirlərinin bölgüsündəki fərqlərin azaldılması və sosial ədalət prin-siplərinin qorunması; c) hökumətin makroiqtisadi göstəri-cilər (ÜDM, milli gəlir, məşğulluq, işsizlik, inflyasiya səviyyəsi) vasitəsiylə milli iqtisadiyyatın davamlı inkişa-fına nail olmaq; ç) ölkənin milli mənafeyinin və iqtisadi təhlükəsizliyinin qorunması. Dövlət bu iqtisadi vəzifələ-rini həyata keçirmək üçün bir sıra hüquqi, iqtisadi, inzibati vasitələrdən istifadə edir.

Dünya Bankının hesabatlarında, dövlətin ölkənin təsərrüfat həyatındakı rolunun beynəlxalq aləmdəki son 50 illik təcrübəsi ümumiləşdirilmişdir. Müasir iqtisadi inteq-rasiya və dünya miqyasında qloballaşma nəticəsində vahid təsərrüfat sisteminin formalaşdığı bir şəraitdə mütəxəs-sislər dövlətin ölkənin çoxcəhətli təsərrüfat həyatındakı rolunu və vəzifələrini belə qiymətləndirirlər: "Dövlətin ölkənin təsərrüfat həyatının subyekti yox, iştirakçısı yox, iqtisadi artım və inkişafın təminatçısı (qarantı) rolunu oynamalıdır". Dünya Bankının hesabatında dövlətin ölkə iqtisadiyyatının daha da yüksəlişi üçün tarazlı fəaliyyəti-nin başlıca istiqaməti və rolu belə müəyyənləşdirilmişdir:

a) dövlət qanunçuluğun əsası və qoruyucu olma-lıdır; b) dövlət siyasi sabitliyin və makroiqtisadi tarazlığın təminatçısı kimi bütövlükdə iqtisadiyyatın dayanaqlı (stabil), habelə səmərəli inkişafmı təmin etməlidir; c) döv-lət ətraf mühitin çirkləndirilməsi və korlanması qarşısını almaq üçün təsirli tədbirlər sistemi işləyib, ardıcıl mərhə-lələrlə həyata keçirməli, eyni zamanda tədricən gərgin-ləşən ekologiya problemlərinə ciddi qayğı göstərməlidir; d) dövlət ölkə vətəndaşlarının təhsil sağlamlıq həyat sə-viyyəsinin yoxsullaşdırılması problemlərini diqqət mərkə-zində saxlamalıdır; e) dövlət ölkə vətəndaşlarının iqtisadi hüquqlarının və azadlıqlarının qarantı olmalıdır.

Yüklə 0,93 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   161




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin