Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


Sintaktik vahidlərin ifadəsində rolu olan vasitələr



Yüklə 319,77 Kb.
səhifə121/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   117   118   119   120   121   122   123   124   ...   189
2019-04-25 12-07-55

2. Sintaktik vahidlərin ifadəsində rolu olan vasitələr. İnsanlar arasında ünsiyyət vasitəsi olan dilin özü bütöv bir sistemdir. Bu sistemi yaradan, onu bir küll halına gətirən dilin ayrı-ayrı vahidləridir. Dilin ən kiçik və ən mənasız vahidi səsdirsə, ən mənalı vahidi cümlədir. Hər hansı bir fikir cümlələr vasitəsilə çatdırılır. Cümlələr isə söz və söz birləşmələrindən təşkil edilir. Əgər onlar arasında daxili qanun-qayda, sintaktik əlaqə yoxdursa, adi söz yığınıdır. Təbii ki, bununla da heç bir fikir ifadə edilməz. Məsələn,
1) O, çöl, qız, ayır, biz.

  1. Bəs, fəraq, od, kül, ələ, baş.

Bunlar yalnız sözlərdir, fikir ifadə etmir. Çünki sözlərin arasında sintaktik əlaqə yoxdur. Bu sözlər dilin qrammatik quruluşunun ixtiyarına keçdikdə qrammatik quruluş onları dilin özünün daxili qanunauyğunluğu əsasında dəyişdirib birləşdirərək dil cildinə salır. Biz həmin qanunauyğunluq əsasında qrammatik şəkilçiləri yerinə qoysaq, cümlə tamamlanacaq.
1) O çöllər qızını ayırma bizdən.
2) Bəsdir fəraq odlarından kül ələndi başımıza.
Sintaktik vahidlərin qurulmasında müstəqil sözlər, köməkçi sözlər, işarə və nisbi əvəzliklər (leksik elementlər), cümlə üzvlərinin, cümlənin sıralanması və intonasiya əsas faktorlardır. Bildiyimiz kimi, söz birləşmələrinin komponentləri, cümlə üzvləri, istər sadə, istərsə mürəkkəb cümlələr sözlərdən və söz formalarından təşkil olunur. Söz formalarının sintaktik əlaqə yaradan elementləri qrammatik şəkilçilər və qoşmalardır. Bu şəkilçilər (isim və fel şəkilçiləri) sintaktik əlaqələri təmin edir. Məsələn, kitabın cildi, insanın taleyi, dağ havası; Mən gəlirəm (Mən müəlliməm), Sən gəlirsən (Sən müəllimsən), gələsiyəm, gəlmişəm, alasıdır, alacaqdır, gəlməlidir və s. Əvvəlki sətirlərdəki fikirlər və nümunələr də bunları bir daha təsdiq edir.
Qrammatik şəkilçilərin ifadə edə bilmədiyi formal və semantik əlaqələr qoşmalar vasitəsilə həyata keçirilir. Məsələn,
Açılmışam gül kimi,
Oxuram bülbül kimi.
Dəymə mənim könlümə,
Sarallam sünbül kimi (Bayatı).


Yar yardan geri qalmaz,
Yarın əhdi pozulmaz.
Heç pərvanə mənim tək
Özünü oda salmaz (Bayatı).


Sintaktik vahidlərin qurulmasında bağlayıcıların və ədatların da xüsusi rolu var. Sintaktik vahidlərin bərabərhüquqluluq və asılılıq prinsipləri əsasında qurulmasında bağlayıcılar mühüm rol oynayır. Tabesizlik bağlayıcıları həmcins cümlə üzvləri, tabesiz mürəkkəb cümlənin komponentləri arasında, tabelilik bağlayıcıları isə tabeli mürəkkəb cümlədə baş və budaq cümlələr arasında əlaqə yaradır. Məsələn, Gah gül-çiçək açar, gah miskin baxar, Aşıqdı, dastandı, cahandı sənət (M.Azaflı). (Qeyd. İsmi xəbərlərdəki “r” samitinin düşməsi ədəbi tələffüz traskripsiyasına uyğundur). Adam var ki, qəlb aynası, məslək, vicdan istəyər... (M.Azaflı). Göyün zirvəsini keçər ah, ünü, qəlbi şaq olar, gözü gülər (M.Azaflı).

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin