Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


Ədatlar, adətən, sözlərə və cümləyə emosional təsir aşılayır. Bəziləri: məsələn, (-mı4)



Yüklə 319,77 Kb.
səhifə122/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   118   119   120   121   122   123   124   125   ...   189
2019-04-25 12-07-55

Ədatlar, adətən, sözlərə və cümləyə emosional təsir aşılayır. Bəziləri: məsələn, (-mı4) ədatı sual cümləsinin yaranmasında iştirak edir. Bu həm qrammatik sual cümləsi ola bilər, həm də ritorik. Məsələn,1) Dərsini oxudunmu? _Bəli (qrammatik sual). 2) Məni candan usandırdı, cəfadan yar usanmaz?! (ritorik sual). Sual ədatı danışanın məqsədindən asılı olaraq istənilən cümlə üzvünün sonuna artırılaraq sual mənası yaradır: Mənmi qocalmışam, ya zəmanəmi? Fikirləşdinmi? Evinizdən məktubmu alıbsan? və s.
Tabeli mürəkkəb cümlələrdə mı (mi, mu, mü) ədatı budaq cümləni baş cümləyə bağlayan vasitələrdən biridir. Mı (mi, mu, mü) ədatı budaq cümlə ilə baş cümlə arasında bağlayıcı funksiyasını yerinə yetirəndə əvvəlki sual cümləsi yaratma imkanını itirmiş olur. Bu fakt, əsasən, zaman budaq cümləsində özünü göstərir. Məsələn, Kəndə təzə bir müəllimə gəldimi, mən təsadüfən bir qadınla danışdım, həftələrlə evimizdən dava-dalaş əskik olmur (İ.Əfəndiyev). Göründüyü kimi, mi, mı ədatı sual çaları yaratmır, bağlayıcı vasitə kimi çıxış edir.
Mı (mi, mu, mü) ədatı mübtəda, tamamlıq, təyin budaq cümlələrinin formalaşmasında bağlayıcı vasitə kimi işlənərkən sual çalarını qoruyub-saxlayır. Müqayisə aparaq:
Sadə cümlə: Mənim üzüm payımı gətirmisənmi?
Tabeli mürəkkəb cümlə: Yadındadır, əvvəllər Novruz bayramını necə böyük həvəslə keçirərdik? (Danışıqdan)
Hər iki cümlədə sual intonasiyası qabarıq hiss olunur. Hər iki cümlənin cavab cümləsi birinci cümlə ilə bağlıdır (hə, yox və yaxud bütöv cavab). Sual verən şəxsin məqsədi informasiyanı dəqiqləşdirməkdir. İkinci cümlədə sual çaları olsa da, emosional ovqat, ifadənin təsir gücünün qüvvətləndirilməsi kimi detallar daha üstün mövqedə dayanır. Həm də ədatı ilə işlənən “yadındadırmı” xəbərinin özü əlavə sual tələb edir: nə? Əvvəllər Novruz bayramını necə böyük həvəslə keçirdiyimiz. Budaq cümlə baş cümlədə buraxılmış mübtədanın sualına cavab verərək, onun yerində işləndi. Deməli, bu cümlə ədatı və intonasiya ilə formalaşan mübtəda budaq cümləsidir.
Sual ədatı iştirak edən budaq cümlələrin komponentləri bəzən bağlayıcı, bəzən də intonasiya ilə əlaqələnir. Məs.:
1. Bilirsənmi, ürəyimdən nələr keçir, ağrın alım?
2. Dünyada ikinci bir çay tapılarmı ki, Araz qədər dərdi olsun?
Sual ədatı və intonasiya ilə bağlanan birinci cümlə tamamlıq budaq cümləsi; sual ədatı və ki bağlayıcısı ilə bağlanan ikinci cümlə isə təyin budaq cümləsidir. Baş cümlədə işlənən bir sözü qəlib sözdür və təyin vəzifəsini icra etsə də, onu tam olaraq yerinə yetirmir. Budaq cümlə (Araz qədər dərdi olsun?) onu izah edir, konkretləşdirir.
Hər iki cümlədə sual çaları qalmaqdadır. Budaq cümlələr sadələşdirildikdə də sual ədatları itmir: 1. Ağrın alım, ürəyimdən nələr keçdiyini bilirsənmi? 2. Dünyada Araz qədər dərdi olan ikinci bir çay tapılar?
Beləliklə, nümunə kimi verdiyimiz cümlə modellərindən də aydın olur ki, mı (mi, mu, mü) sual ədatı həm sual cümlələrinin formalaşmasında yaxından iştirak edir, həm də digər cümlə konstruksiyalarında (tabeli mürəkkəb cümlələrdə) bağlayıcı funksiya vəzifəsini daşıyır.
Əvəlki sətirlərdə qeyd etdik ki, –mı4 ədatı ilə qurulan sual cümlələrinin cavab cümləsi təsdiq və inkar ədatları (yox, xeyr, bəli, hə) ilə ifadə olunur. Bu da öz növbəsində üzvlənməyən cümlələr (söz-cümlə) kimi cümlə formasını yaradır. Bəzi modal sözlər və nidalar da söz-cümlələrin ifadə vasitəsi kimi (aha, əsla, əlbəttə, şəksiz, bəlkə (də) və s) çıxış edir.
Da, də, belə ədatları tabeli mürəkkəb cümlələrin (-sa2 şərt şəkilçiləri ilə birlikdə qarşılaşdırma budaq cümləsinin) qurulmasında iştirak edir. Məsələn, Azaflı, səbr elə, solsa da ömür...(M. Azaflı).
Həmçinin ki ədatı nisbi əvəzliklərlə birlikdə işlənərək budaq cümlənin baş cümləyə bağlanmasında iştirak edir.
Bir çox leksik elementlər (nisbi və işarə əvəzlikləri): o, bu, elə, belə, elələri, belələri, odur, budur, kim (ki), kimə (ki), haraya, harada, haradan (ki), hansı, nə zaman, haçan, neçə (ki) və s. mürəkkəb cümlələrin qurulmasında mühüm əhəmiyyət daşıyır.
Məlumdur ki, elə, belə işarə əvəzlikləri həm sifəti, həm də zərfi əvəz edir, həmçinin substantivləşə bilir. Elə, belə əvəzlikləri cümlədə əlaqəyə girdiyi sözdən asılı olaraq həm təyin, həm də zərflik vəzifəsini icra edir. Substantişləşdikdə cümlədə sintaktik vəzifəsi mübtəda, xəbər və tamamlıq olur.
Təyin, tərzi-hərəkət budaq cümlələrin baş cümləsində təyinin, zərfliyin qəlibi kimi elə, belə işarə əvəzlikləri işlənir. Elə, belə işarə əvəzlikləri xəbər budaq cümləsində də (baş cümlədə) əvəzlik-qəlib kimi işlənir. Məsələn, 1. Bu torpağa elə oğul lazımdır ki, onun yolunda şəhid olmağı bacarsın. Birinci tərkib hissə baş, ikinci tərkib hissə budaq cümlədir. Baş cümlədə elə işarə əvəzliyi isimlə ifadə olunmuş mübtədanı (oğul) təyin edir. Lakin sadəcə işarə edir, fərqləndirir, nə cür oğul lazım olduğunu tam açmır. Ona görə də budaq cümlə işarə əvəzliyi ilə ifadə olunmuş təyin haqqında izahat verir. Bu torpağa lazımdır – kim? Oğul. Nə cür oğul? – elə. Yəni necə? – Onun yolunda şəhid olmağı bacaran. Sadələşdirək: Bu torpağa onun yolunda şəhid olmağı bacaran oğul lazımdır. Budaq cümlə feli sifət tərkibinə çevrilərək cümlənin mürəkkəb təyininin yerini tutur.
2. Əvvəl necə idisə, indi də elədir. Birinci tərkib hissə budaq, ikinci tərkib hissə baş cümlədir. Baş cümlənin xəbəri substantivləşmiş elədir (-dir xəbərlik şəkilçisidir) işarə əvəzliyi ilə ifadə olunub. Budaq cümlə onu izah edib aydınlaşdırır. Baş cümlənin xəbərinə sual veririk: İndi necədir? – elədir? Yəni necə? Əvvəl necə idisə.
3. Qayıq elə qalxıb-düşürdü ki, başımız buluda dəyirdi. Bu cümlədə elə işarə əvəzliyi hərəkətə (qalxıb-düşürdü) aid olub, onun icra tərzini göstərir.
Bəzən belə sözü ədat kimi qarşılaşdırma budaq cümləsinin formalaşmasında -sa, -sə şərt şəkilçisi və nə qədər, hər nə qədər bağlayıcı sözləri ilə işlənir. Məsələn, Arzu, istək nə qədər gözəl olsa belə, göründüyü kimi, onların qarşısına qılınc çəkənlər də olur (S.Rəhimov).
İntonasiya sintaktik vahidlərin formalaşmasına kömək edən ən mühüm vasitələrdən biridir. Məqsəd və intonasiyaya görə cümlənin növləri, həmcins üzvlərin sıralanması, xüsusiləşmələrin digər cümlə üzvlərindən fərqlənməsi, əlavələrin izah etdiyi cümlə üzvlərindən seçilməsi, ara sözlərin, ara cümlələrin fərqləndirilməsi, mürəkkəb cümlələrin komponentlərinin qurulması intonasiya olmadan mümkün deyil. Sintaktik vahidlərin özü də cümlələrin qurulmasında iştirak edir. Belə ki, söz birləşmələri cümlələrin, cümlələr mürəkkəb cümlələrin və mətnin qurulmasında birbaşa iştirak edir.
Göründüyü kimi, sintaktik vahidlərin qurulmasında bütün dil vahidləri sanki səfərbər olaraq ünsiyyətə xidmət göstərir. Sonrakı mövzularda bu məsələlərə bir daha qayıdacağıq.

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin