Mühazirə mətnləri F. ü. f d. R. Hümmətova I mövzu: Morfologiya haqqında məlumat


-zadə şəkilçisi. Əsasən, soyad, bəzən də ad bildirən isimlər yaradır: Tahirzadə, Xanızadə, Şahzadə (rəsmi ad) və s. 3)



Yüklə 319,77 Kb.
səhifə14/189
tarix03.05.2023
ölçüsü319,77 Kb.
#106457
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   189
2019-04-25 12-07-55

-zadə şəkilçisi. Əsasən, soyad, bəzən də ad bildirən isimlər yaradır: Tahirzadə, Xanızadə, Şahzadə (rəsmi ad) və s.
3) Bu qrupa daxil olan isimlər, əsasən, rus dili və rus dili vasitəsilə başqa dillərdən keçən şəkilçilərlə elə həmin dillərin isimlərindən düzəlir:
-izim: Bu şəkilçi vasitəsilə quruluş, dünyagörüş, cərəyan, əqidə məzmunlu isimlər yaradılır. Məsələn, humanizm, romantizm;
-ist: Bu şəkilçi vasitəsilə peşə, sənət, elm, nəzəriyyə və s. məzmunlu isimlər düzəlir. Məsələn, publisist, jurnalist;
-loq: arxeoloq, texnoloq, bioloq;
-er: milyoner.
4) Dördüncü qrupa daxil olan isimlər Azərbaycan dili şəkilçiləri ilə bu dilə məxsus olan feillərdən düzələn isimlərdir:
-ıq, -ik, -uq, -ük, -q: Bu şəkilçilər vasitəsilə, əsasən, mücərrəd və konkret mənalı isimlər (cansız əşya) yaradılır. Məsələn, bilik, bacarıq, sarmaşıq, minik, qoruq, buruq və s.
-ış, -iş, -uş, -üş: Bu şəkilçi vasitəsilə hal-vəziyyət, hərəkət, proses adını bildirən isimlər yaranır. Sonu saitlə qurtaran feillərə qoşulduqda şəkilçidən əvvəl “y” bitişdirici samiti əlavə edilir. Məsələn, baxış, yeriş, döyüş, titrəyiş, axtarış, çağırış, qavrayış və s.
-ğı, -gi, -ğu, -gü: Bu şəkilçi vasitəsilə vəziyyət, alət, mücərrəd məfhumları bildirən isimlər düzəlir. Məsələn, çalğı, sevgi, duyğu, seçki, səpki;
-tı (ıntı)4: Bu şəkilçilər hadisə, əşya, əlamət və s. adları bildirən isimlər yaradır. Məsələn, göyərti, qaraltı, qırıntı, çöküntü;
-acaq, -əcək: Əşya bildirən isimlər düzəldir. Məsələn, çapacaq, tutacaq, yelləncək;
-ma,-mə: Əşya bildirən isimlər yaradır. Məsələn, bağlama, qovurma, dondurma;
-caq,-cək: yığıncaq, bürüncək,oyuncaq, diyircək;
-an,-n: qalxan, talan;
-id,-üd: keçid, öyüd;
-qar: yonqar;
-a,-ə: yara, çevrə (çevir felindəndir, ayırmaq olmur);
-ım,-im, -um,-üm: geyim, ölüm, aşırım, dözüm;
-qan: alışqan, yapışqan;

Yüklə 319,77 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   189




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin